Edvard Maletski - Wikipedia
Edvard Maletski (pol. Edward Małecki; bilinmir 1941 – 14 yanvar 2018, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı.
Edvard Maletski | |
---|---|
pol. Edward Małecki | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Varşava, Polşa |
Milliyyəti | Polyak |
Vətəndaşlığı |
PXR Polşa |
Fəaliyyəti | Siyasətçi, ictimai xadim, siyasi fəal |
|
|
Təltifləri | Polşanın Dirçəlişi Ordeni |
Bioqrafiya
redaktə1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi.[1] Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır.[2] O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Z żałobnej karty" (polyak). sws.org.pl. 2019-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ "Edward Małecki" (polyak). nekrologi.wyborcza.pl. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ "Bolesna strata" (polyak). pragapld.waw.pl. 2019-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.