Doqonlar - Wikipedia
Doqonlar — Mali Respublikasının ərazisində, Niger çayının sahilində yaşayan xalq. Ana dilləri doqon dilidir. Saylarının 400 mindən 800 minə qədər olduğu təxmin edilir.[1]
Doqonlar | |||
Ümumi sayı | |||
---|---|---|---|
400 mindən 800 minə qədər[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Tədqiqi
redaktəDoqonlar haqqında ən çox araşdırma aparmış və doqon mədəniyyətini dünyaya tanıtmış ilk şəxs fransalı etnoqraf, professor Marsel Qrioldur. O, ilk dəfə 1931-ci ildə doqon qəbiləsinin qonağı olmuşdur.[2] Həmin vaxt onların sayı 100 min nəfər idi.[2] Yazı mədəniyyətindən xəbəri olmayan bu qədim tayfa əkinçiliklə məşğul olur və sivilizasiya səviyyəsinə görə qonşu tayfalardan heç nə ilə fərqlənmirdi.[2] Amma maraqlı bir fakt professorun diqqətini cəlb edir: doqon qəbiləsində nəsildən-nəsilə şifahi formada ötürülən bir əfsanə vardı.[2] Bu əfsanədə Dünyanın yaranmasından və doqon xalqının kosmosla əlaqələrindən söhbət açılırdı.[2] Bu tarixdən etibarən professor Marsel Qriol öz həmkarları ilə birlikdə Doqon tayfasını mütəmadi ziyarət etməyə başladı.[2] Qonaqpərvər afrikalılar professoru və onun dostlarını sevinclə qarşılayırdılar.[2] Qonaqlar ev sahibinin etibarını qazanmağa və beləcə, doqon tayfasının ən gizli sirlərinə bələd olmağa başladılar.[2]
Marsel Qriol və onun əsas köməkçisi, professor Jermen Deterlen daha çox məlumat ala bildilər.[2] Onlar tədqiqatlardan sonra bir sıra məqalələr yazdılar.[2] 1950-ci ildən etibarən işıq üzü görən bu məqalələr sensasiyaya səbəb oldu.[2] 1956-cı ildə Qriol vəfat etdikdən sonra xanım Jermen onun işini davam etdirmişdir.[2]
İnancları və mifologiyası
redaktəDoqonların inancına görə, Yer planeti kainatın mərkəzi deyil.[2] Yer planetinin sakinləri kainatda yeganə canlı varlıqlar deyil.[2] Bu barədə onların əfsanəsində belə deyilir:
"Spiral formalı ulduz dünyaları canlı aləmi olan dünyalardır. Dünyaya forma və hərəkət verən, amma eyni zamanda hər şeyi və canlı aləmi olan digər planetləri də yaradıb. Bu planetlərdə həyat və canlı aləm Yer planetinə çox bənzərdir".[2]
Doqonların əfsanələrində ulduz məfhumu ilə yanaşı "planet", "planetlərin peyki" kəlmələrinə rast gəlmək mümkündür.[2]
Doqonlar adi gözlə, optik cihazların köməyi olmadan görünən Venera, Mars, Saturn və Yupiter planetlərini Günəş sistemi planetlərindən ayırırlar.[2] Veneranın peykinin mövcudluğu barədə doqonlarda məlumat olsa da, müasir elm, hələ ki, bu barədə məlumata sahib deyil.[2]
Doqonlar öz əfsanələrini simvol və sxemlərlə şəkilləndirirdilər. Bu simvol və sxemlər hərdən mürəkkəb olsa da, hər zaman inandırıcı təəssürat bağışlayırdı.[2] Doqonlar Yupiteri böyük çevrə formasında çəkirlər və onun ətrafında 4 kiçik dairə təsvir edirlər ki, bu dairələr də planetin peykləridir.[2] Qeyd edək ki, müasir elm Yupiterin 16 peyki haqqında məlumata sahibdir ki, onlardan da məhz 4-ü 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilib.[2] Həmin 4 peyk 16 peykin içində ən iri və ən parlaq olanlarıdır.[2]
Saturn isə doqonlar tərəfindən 2 formada – konsentrik (ümumi mərkəzli) dairələr formasında təsvir edilir ki, buradakı xarici dairə planetin halqasıdır.[2]
Doqonların mifologiyasında əsas yeri kainatın ən parlaq ulduzu sayılan Sirius ulduzu tutur.[2] Onların fikrinə görə, Sirius ulduz sistemidir.[2] Bu ulduz sistemi Yer planetində həyatın inkişafına təsir edib və kainatın təməlini təşkil edir. Doqonlar bu ulduz sisteminin Sirius A, ikinci ulduz Sirius B və üçüncü ulduz sayılan Sirius C-dən ibarət olduğunu iddia edirlər. Eyni zamanda, digər ulduzların əsas Siriusa çox yaxın olduğunu iddia edirlər.[2] Müasir elm bu günə qədər, yalnız, ikinci ulduzu kəşf edə bilib.[2] Üçüncü ulduz, yəni Sirius C ulduzunun mövcudluğu alimlər arasında bu günə qədər də mübahisə mövzusu olaraq qalır.[2]
Doqonların mövcud olan əfsanələrindən birinə görə, insanları Yer planetinə səma gəmiləri ilə gətiriblər. Onlar Sirius B ulduzlu günəş sistemindəki planetdən gəliblər və bu planet partlamazdan əvvəl gəmilər vasitəsilə insanları Yer planetinə uçublar.[2]
Şəkilləri
redaktə-
Kənd
-
Adam Karter adlı turis doqon uşaqları ilə
-
Bruklin muzeyində doqonlara aid boyunbağı
-
Doqon ailəsi
-
Doqon qadınının fiquru
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "General Facts on the Dogon". Necep.net. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Hikmət Həsənov. Sirli Sirius Planeti: ilk insan və ya Doqonlar - ARAŞDIRMA Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine. publika.az, 21.01.2015 (az.)
Ədəbiyyat
redaktə- Xalq haqqında
- Marcel Griaule: Conversations With Ogotemmeli: An Introduction To Dogon Religious Ideas. 1st. ed. 1965. ISBN 0-19-519821-2
- Marcel Griaule: Dieu d'eau. Entretiens avec Ogotemmêli. (1966) Ed Fayard. ISBN 2-213-59847-9 (the original French work of Griaule (that was published in 1948) on his discussions with Ogotemmêli)
- Bedaux, R. & J.D. van der Waals (eds.) (2003) Dogon: mythe en werkelijkheid in Mali [Dogon: myth and reality in Mali]. Leiden: National Museum of Ethnology.
- Morton, Robert (ed.) & Hollyman, Stephenie (photographs) & Walter E.A. van Beek (text) (2001) Dogon: Africa's people of the cliffs. New York: Abrams. ISBN 0-8109-4373-5
- Wanono, Nadine & Renaudeau, Michel (1996) Les Dogon (photographs by Michel Renaudeau; text by Nadine Wanono). Paris: Éditions du Chêne-Hachette. ISBN 2-85108-937-4
- Eds. Petit Futé. Mali 2005–2006 ISBN 2-7469-1185-X
- Sékou Ogobara Dolo: La mère des masques. Un Dogon raconte. (2002) Eds. Seuil ISBN 2-02-041133-4
- Gerard Beaudoin: Les Dogon du Mali (1997) Ed. BDT Développement. ISBN 2-9511030-0-X
- Dil haqqında
- Bertho, J. "La place des dialectes dogon de la falaise de Bandiagara parmi les autres groupes linguistiques de la zone soudanaise". Bulletin de l'IFAN. 15. 1953: 405–441.
- Hantgan, Abbie (2007) Dogon Languages and Linguistics An (sic) Comprehensive Annotated Bibliography Arxivləşdirilib 2008-11-19 at the Wayback Machine
- Hochstetler, J. Lee, Durieux, J.A. & E.I.K. Durieux-Boon (2004) Sociolinguistic Survey of the Dogon Language Area. SIL International. online version Arxivləşdirilib 2012-10-07 at the Wayback Machine
- Williamson, Kay & Blench, Roger (2000) 'Niger–Congo', in Heine, Bernd and Nurse, Derek (eds) African Languages – An Introduction. Cambridge: Cambridge University Press, pp. 11–42.
- İncəsənət haqqında
- Ezra, Kate. Art of the Dogon: selections from the Lester Wunderman collection. New York: The Metropolitan Museum of Art. 1988. ISBN 0870995073.
- Laude, Jean. African Art of the Dogon: The Myths of the Cliff Dwellers (New York: The Viking Press 1973).
- Davis, Shawn R. “Dogon Funerals” in African Art; Summer 2002, Vol. 35 Issue 2.
Xarici keçidlər
redaktə- Official tourism website for Dogon Country
- Griaule, Marcel and Dieterlen, Germaine (1954) "The Dogon", in African Worlds: Studies in the Cosmological Ideas and Social Values of African Peoples, edited by Daryll Forde Arxivləşdirilib 2009-02-12 at the Wayback Machine
- Photos of Dogon Country
- Pictures of Dogon Country Arxivləşdirilib 2008-01-29 at the Wayback Machine
- Pictures of Dogon Country
- Dogon images from the Smithsonian Institution Research Information System Arxivləşdirilib 2010-03-30 at the Wayback Machine
- Dogon images & traditions
- Pictures about Dogon dances