Dmitri Muradov - Wikipedia
Dmitri Andreyeviç Muradov (rus. Дми́трий Андре́евич Мура́тов;29 oktyabr 1961[1][2][…] və ya 30 oktyabr 1961[3][4], Kuybışev[3]) — Rusiya jurnalisti, teleaparıcısı. "Novaya qazeta"nın baş redaktoru (1995-2017 və 2019-cu ildən), qurucularından biri.
Dmitri Muradov | |
---|---|
rus. Дми́трий Андре́евич Мура́тов | |
| |
Doğum tarixi | 29 oktyabr 1961[1][2][…] (63 yaş) və ya 30 oktyabr 1961[3][4] (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1987-ci ildən |
Mükafatları |
2021 Nobel Sülh Mükafatı laureatı |
Vikianbarda əlaqəli mediafayllar |
İfadə azadlığını qorumaq sahəsində fəaliyyətinə görə 2021 Nobel Sülh Mükafatı laureatı (Andrey Saxarov və Mixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusdür)[5][6]
Muratov 1993-cü ildə bir neçə başqa jurnalistlə birlikdə demokratiya tərəfdarı olan “Novaya qazeta” qəzetini təsis edib. O, 1995-2017-ci illərdə qəzetin baş redaktoru olub, 2019-cu ildə yenidən bu vəzifənin icrasına başlayıb. Qəzet hökumətin korrupsiyası, insan hüquqlarının pozulması, seçki saxtakarlığı, polis zorakılığı və səlahiyyətdən digər sui-istifadə halları[7] kimi həssas mövzularda reportajları ilə tanınır.[8] Baş redaktor kimi o, müstəqil mətbuatın fəal müdafiəçisi idi və Anna Politkovskayanın Putin administrasiyasını diqqətlə araşdıran məqalələrini dərc edirdi. Jurnalistləri Müdafiə Komitəsinin fikrinə görə, Muratov “bu gün Rusiyada milli təsiri olan yeganə həqiqi tənqidi qəzetin” yaradılmasına kömək edib. 28 mart 2022-ci ildə qəzet Roskomnadzordan ikinci xəbərdarlıq aldıqdan sonra onlayn və çap fəaliyyətini dayandıracağını açıqladı.[9]
2022-ci ilin aprelində Norveçin ikinci ən böyük media qrupu olan "Amedia" Rusiyadakı fəaliyyətini dayandırdığı üçün Rusiyadakı təxminən 4 milyon avro həcmində qiymətləndirilən dörd mətbəəsini Muratova təhvil verdiyini elan etdi.[10]
Həyatı
redaktə30 oktyabr 1961-ci ildə Kuybışevdə anadan olub.
1983-cü ildə Kuybışev Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1983-1985-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
Hərbi xidmətdən sonra "Volqa Komsomoletsi" qəzetində çalışmışdı. 1987-ci ildə "Komsomolskaya Pravda" qəzetinin komsomol həyatı şöbəsinin müdiri oldu. 1990-cı ildə nəşrin informasiya şöbəsinin redaktoru təyin edildi.
1992-ci ilin noyabrında KP-dən ayrıldı və eyni zamanda qəzetin yeni redaksiya siyasəti ilə razılaşmayan jurnalistləri özündə birləşdirən "6-cı mərtəbə" Jurnalistlər Birliyini təsis etdi. Növbəti il, ilk nömrəsi 1 aprel 1993-cü ildə nəşr olunan "Novaya" gündəlik qəzetinin təsisçisi oldu. Muratov redaksiya heyətinə daxil edildi və baş redaktor müavini oldu.
1994-cü il dekabrından 1995-ci ilin yanvarına qədər Çeçenistan ərazisindəki döyüş bölgəsində qəzetin xüsusi müxbiri oldu.
1995-ci ilin fevral ayında, o vaxta qədər "Gündəlik Novaya Gazeta" olan və adı "Novaya Gazeta" olaraq dəyişdirilən nəşrin baş redaktoru oldu.
Bir müddət Muradov eyni vaxtda həm qəzetdə, həm də televiziyada işləməyi birləşdirdi. Beləliklə, 1997-ci ildə Press Club (ATV - ORTV) proqramının, 1998-2000-ci illərdə - NTV kanalında həftəlik "Məhkəmə gedir" verilişinin aparıcısı idi.[11]
2004-cü ildə, "2008: Azad Seçim Komitəsi"nin qurucularından biri idi. 2005-ci ildə "Demokratların birləşməyə çalışmasından tamamilə məyus olduğunu" ifadə edərək Komitədən ayrıldı.[12]
2004-cü ildə Rusiya "Yabloko" Demokratik Partiyasına üzv oldu.
2005-ci ildə "Krokodil" jurnalının həm sahiblərindən biri oldu.[13] Ancaq artıq 2008-ci ildə yenilənmiş jurnalın nəşri dayandırıldı.[14]
2009-cu ildə V çağırış Moskva Şəhər Dumasına seçkilərdə "Yabloko" partiyasının seçki siyahısını dəstəkləmək üçün İctimai Şuraya daxil oldu.
2011-ci ildə Rusiya Birləşmiş Demokratik Partiyası "Yabloko"nun 101 saylı seçki siyahısına daxil oldu.
2014-cü ilin martında Krımdakı Rusiya hakimiyyətinin siyasətinə qarşı müraciət imzaladı.[15].
2020-ci ilin sentyabrında Belarusda etiraz aksiyalarına dəstək məktubu yazdı.[16]
2017-ci ilin noyabr ayında "Novaya Qazeta]]nın baş redaktoru vəzifəsini tərk etdi, lakin 2019-cu ildə vəzifəsinə qayıtdı.[5][17][18][19]
2021-ci ilin oktyabrında ABŞ-Filippinli jurnalist Mariya Ressa ilə birlikdə "demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Nobel Sülh Mükafatını aldı. Muratov hesab edir ki, ona verilən mükafat "Novaya Qazeta"nın və dünyasını dəyişmiş jurnalist həmkarlar İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Anastasiya Baburova, Natalya Estemirova və Stanislav Markelovun xidmətidir.[5][19] Muratov həmçinin bildirib ki, o, Nobel mükafatını onurğa əzələlərinin atrofiyası olan uşaqların müalicəsinə və jurnalistikaya, o cümlədən “xarici agent” elan edilən insanlara dəstək olmaq üçün xərcləmək niyyətindədir. Onun sözlərinə görə, pulun bölüşdürülməsi ilə bağlı yekun qərarı “Novaya qazeta”nın redaksiya heyəti verəcək.[20] 22 mart 2022-ci ildə Dmitri Muratov və “Novaya qazeta”nın əməkdaşları 2021-ci il Nobel Sülh Mükafatı Medalını Ukrayna Qaçqınlar Fonduna bağışlamaq qərarına gəliblər.[21]. Подписал[22] Nobel mükafatı laureatlarının Ukraynaya dəstək üçün petisiya məktubunu imzalanmışdır.[23]
2022-ci il aprelin 7-də Moskva-Samara qatarının kupesində Samaraya gedərkən Dmitri Muratova hücum etdilər. Onun üzərinə asetonla qarışdırılmış qırmızı boya atılmışdı. Kimyəvi maddə onun gözlərinə düşmüşdü. Hücum edən şəxs hadisə yerindən qaçıb.[24][25][26][27][28] 8 aprel 2022-ci ildə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi hücumda şübhəli bilinənlərdən birinin - İlya Markovetsin həbs edildiyini elan etdi.[29]
Ailəsi
redaktə- Vətəndaş nigahında - İrina Vadimovna Stolyarova.
- Böyük qızı - Kseniya Muratova Moskva Dövlət Universitetini bitirmiş, Ali İqtisadiyyat Məktəbinin prorektoru vəzifəsində çalışmış, sonra Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullinanın müşaviri olmuşdur.[30]
- Kiçik qızı - Finli (Anna) Muratova Oksford Məktəbini bitirib və Nyu-York Universitetinin İncəsənət və Elm Kollecində jurnalistika təhsili alıb. Rusiyadan köç etdikdən sonra Anna Finli (ing. Finley) adını götürdü və cinsini qeyri-müəyyən elan edib.[31] 2020-ci ilə qədər Anna Muratova "Washington Square News"un müxbiri və redaktoru olub, rəhbərlik dəyişikliyinə etiraz olaraq oranı tərk edib.[32] Anna indi müstəqil jurnalistdir və marjinallaşdırılmış icmalar və azlıqlar, həmçinin cinsi zorakılıq qurbanları haqqında yazır.[33]
- Oğlu - Dmitri Muratov, Moskva Dövlət Universitetini bitirmiş, oyun istehsal edən Enplex Games-də PR direktoru vəzifəsində çalışır.
Mükafatları
redaktə- "Dostluq" ordeni;
- Şərəf ordeni;
- Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatı (2007);[34][35]
- "Fəxri Legion" ordeni Kavaleri (Fransa,2010);
- 3 -cü dərəcəli Məryəm Torpağının Xaç Ordeni (Estoniya, 2013);[36]
- Azadlığın qızıl lələyi (2016);[37]
- Nobel Sülh Mükafatı laureatı (2021) - "ifadə azadlığını qorumaq səylərinə görə".
Müsahibələri
redaktə- «Кремль никак не участвует в этом деле и не будет в него втягиваться». О «деле Аксаны Пановой» Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine — 05.03.2013
- «Муратов: крутая Политковская, защита Кадырова, большая война» ещенепознер — 16.12.2018
- Дмитрий Муратов / Особое мнение // Эхо Москвы — 09.08.2019
Xeyriyyəçilik
redaktə2019-cu il aprelin 19-da Muratov və “Novaya qazeta” komada olan jurnalist və yazıçı Dmitri Bıkov üçün Ufadan Moskvaya xüsusi aviasiya təyyarəsi reysini təşkil etdi və pulunu ödədi. Bunun səbəbi, Bıkova görə (həmçinin The Insider və Bellingcat-ın araşdırmasına görə) zəhərlənmə idi.[38][39].
2020-ci ilin fevralında, hokkey azarkeşi Muratov Valeri Xarlamovun çubuğunu satışa çıxardı. 100 min dollar gəliri Muradov onurğa əzələsi atrofiyası olan uşaqlara yardım edən xeyriyyə fonduna bağışladı.[40]
2021-ci ildə Nobel Sülh Mükafatını aldıqdan sonra Muradov mükafatının bir hissəsini "Xeyirxahlıq Dairəsi" xeyriyyə fonduna köçürəcəyini açıqladı.[41]
20 iyun 2022-ci ildə Dmitri Muratovun Nobel medalı ABŞ-də Heritage auksionunda 550 000 dollar başlanğıc qiyməti ilə 103,5 milyon dollara satılıb. Alıcı anonim qalmaq istəyib. Muratov pulu “Ukraynadan olan qaçqınların və qaçqın uşaqlarının olduğu” ölkələrə göndərəcək UNİCEF-ə köçürəcəyinə söz verib.
Siyasi görüşləri
redaktəO, dəfələrlə Vladimir Putinin müxtəlif məsələlərdə apardığı siyasətlə, eləcə də MDB ölkələrinin digər liderlərinin siyasəti ilə razılaşmadığını bildirib. Xüsusən, 2014-cü ilin martında Rusiya hakimiyyətinin Krımdakı siyasətinə qarşı müraciətə imza atmış[42] və 2020-ci ilin sentyabrında Belarusun ölkənin hazırkı Prezidenti Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyalarına dəstək məktubunu imzalamışdır.[43]
2016-cı ildə VII çağırış Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə Yabloko siyasi partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.
2018-ci ildə Muradov Rusiya Federasiyası Prezidentliyinə namizəd Qriqori Yavlinskinin və onun səlahiyyətli nümayəndəsi kimi ona dəstək İctimai Qərargahın həmsədri idi.[44][45]
2021-ci ilin yanvarında Aleksey Navalnının azad edilməsini tələb edən petisiyanı dəstəkləmişdir.[46]
Nobel mükafatı laureatı kimi o, bütün dünya ölkələrini xarici agentlərlə bağlı qanunları ləğv etməyə çağırırdı.[47]
2022-ci ilin fevralında o, Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı müraciəti imzaladı.[48] O, öz mövqeyini belə izah etmişdir:[49]
Kədər içindəyik. Ölkəmiz prezident Putinin göstərişi ilə Ukrayna ilə müharibəyə başladı. Və müharibəni dayandıracaq heç kim yoxdur. Ona görə də kədərlə yanaşı, biz də, mən də utancla da yaşayırıq.
Baş komandan əlində bahalı avtomobildən brelok kimi “nüvə düyməsini” fırladır. Növbəti addım nüvə zərbəsidir? Vladimir Putinin qisas silahı ilə bağlı sözlərini başqa cür şərh edə bilmərəm. Ancaq biz "Novaya qazeta"nın budəfəki sayını iki dildə - ukrayna və rus dillərində dərc edəcəyik. Çünki biz Ukraynanı düşmən, Ukrayna dilini isə düşmən dili kimi tanımırıq. Və biz bunu heç vaxt etiraf etməyəcəyik. Və sonuncu. Yalnız rusların müharibə əleyhinə hərəkatı bu planetdə həyatı xilas edə bilər. |
İstinadlar
redaktə- ↑ 1 2 https://ria.ru/20211008/muratov-1753662577.html.
- ↑ 1 2 https://tass.ru/encyclopedia/person/muratov-dmitriy-andreevich.
- ↑ 1 2 3 4 Muratov and Novaya Gazeta: Russia's independent media stalwarts.
- ↑ 1 2 https://lenta.ru/lib/14160484/.
- ↑ 1 2 3 "Главред «Новой газеты» Муратов стал лауреатом Нобелевской премии". РБК (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ BFM.ru. "Муратов и Ресса удостоены Нобелевской премии мира". BFM.ru - деловой портал (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Dmitry Muratov, Editor of Novaya Gazeta, Russia". 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Dmitry Muratov". Encyclopædia Britannica. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2022.
- ↑ "Russia's Novaya Gazeta newspaper pauses activities after official warning". Reuters. 28 March 2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Norwegian media group Amedia leaves Russia, hands over presses to Novaya Gazeta editor-in-chief". interfax.com. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Авторское бесправие. Закон, защищающий интеллектуальную собственность, суров, но беспробуден". Итоги. 2000-03-30. Archived from the original on 2020-02-17. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Дмитрий Муратов на сайте Lenta.ru". 2011-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-05.
- ↑ Атлас контентменеджеров. Муратов Дмитрий. — Медиа Атлас
- ↑ Виктория Буравченко. «Крокодил» без денег не кусается Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine. — Газета. Ru, 13.08.2008
- ↑ "Обращение инициативной группы по проведению Конгресса интеллигенции «Против войны, против самоизоляции России, против реставрации тоталитаризма» и письмо деятелей культуры в поддержку позиции Владимира Путина по Украине и Крыму" (rus). Новая газета. 2014-03-13. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
- ↑ "«Мы глубоко возмущены, что диалогу с обществом власть предпочитает насилие»". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
- ↑ "Главред «Новой газеты» покидает пост". РБК (rus). 13 ноября 2017. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Муратов вернулся на должность главного редактора "Новой газеты"". Интерфакс (rus). 15 ноября 2019. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ 1 2 "Главный редактор «Новой газеты» Дмитрий Муратов получил Нобелевскую премию мира". Meduza (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Главред «Новой газеты» Дмитрий Муратов стал первым россиянином, получившим Нобелевскую премию мира". Meduza (rus). 2021-10-08. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "«Новая газета» и Дмитрий Муратов передают Нобелевскую Медаль в пользу украинских беженцев". Новая газета (rus). 2022-03-22. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "205 Laureates Supporting Ukraine" (ingilis). 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-02.
- ↑ "Открытое письмо нобелевских лауреатов" (PDF) (rus). 2022-03-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-02.
- ↑ "На нобелевского лауреата Дмитрия Муратова совершено нападение". Радио Свобода (rus). 2022-04-07. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "На главреда «Новой газеты» Муратова напали с краской на пути из Москвы". Фонтанка.ру (rus). 2022-04-07. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "На главреда "Новой газеты", нобелевского лауреата Муратова напали в поезде". MK.ru (rus). 2022-04-07. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "Нобелевского лауреата и главреда "Новой газеты" Дмитрия Муратова облили краской в поезде Москва-Самара". BBC News ― Русская служба (rus). 2022-04-07. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "Издание запустят по «Новой»". КоммерсантЪ (rus). 2022-04-07. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "«Придем к каждому из вас»". ru:Новая газета (rus). 2022-04-07. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ "Председатель Центрального Банка РФ // Протокол Первого заседания Межведомственной координационной комиссии" (PDF). 2021-12-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-25.
- ↑ "Finley Muratova: About Me". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Finley Muratova, Under the Arch Managing Editor". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "We're Resigning from WSN. Here's Why: We are now publicizing the grievances that led us all to this decision". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Главный редактор "Новой газеты" получит премию свободы прессы". lenta.ru. 2016-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.
- ↑ "Dmitry Muratov, Editor of Novaya Gazeta, Russia". Committee to Protect Journalists (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.
- ↑ "Главред «Новой газеты» получил в Эстонии орден за защиту свободы слова". 2013-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-24.
- ↑ "Golden Pen of Freedom Awarded to Novaya Gazeta Editor, Dmitry Muratov - WAN-IFRA". WAN-IFRA[alm.]. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ "У Дмитрия Быкова нашли тяжелую форму сепсиса". Газета.Ru (rus). 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ Муратов Дмитрий. "Дмитрий Муратов — Особое мнение". ru:Эхо Москвы (rus). 2020-09-11. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Харламов играет за Тимура! Но этого мало". Новая газета - Novayagazeta.ru (rus). 1581025620000. 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ BFM.ru. "Муратов передаст часть Нобелевской премии мира в фонд детям". BFM.ru - деловой портал (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
- ↑ "Обращение инициативной группы по проведению Конгресса интеллигенции «Против войны, против самоизоляции России, против реставрации тоталитаризма» и письмо деятелей культуры в поддержку позиции Владимира Путина по Украине и Крыму". ru:Новая газета (rus). 2014-03-13. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
- ↑ "«Мы глубоко возмущены, что диалогу с обществом власть предпочитает насилие»". Эхо Москвы (rus). 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
- ↑ "Явлинский может удержать нас от войны". Runaruna (rus). 2021-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ "News" (rus). Яблоко. 2018-02-16. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ "Петиция «Освободить Алексея Навального»". ru:Change.org (rus). 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ "Нобелевский лауреат призвал страны мира отменить законы об "иностранных агентах"". Радио Свобода. 9.12.2021. 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ «Это наш позор». Российские писатели, журналисты и режиссеры призвали остановить войну с Украиной
- ↑ "Самое страшное утро в жизни". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
Xarici keçidlər
redaktə- Журнал «Журналист» о 50-летии Дмитрия Муратова
- Лентапедия/Муратов, Дмитрий - Lentapediyada Dmitri Muradov haqqında məqalə
- Муратов: крутая Политковская, защита Кадырова, большая война «ru:Ещёнепознер» — 16.12.2018
- Речь главреда «Новой газеты» Дмитрия Муратова на вручении Нобелевской премии мира — телеканал «Дождь», 2021-10-10.
- "«Кремль никак не участвует в этом деле и не будет в него втягиваться». О «деле Аксаны Пановой»". ru:Znak.com. 2013-03-05. İstifadə tarixi: 2021-10-17.
- "«Антидот от тирании. Нобелевская речь главного редактора „Новой газеты" Дмитрия Муратова»". 2021-12-10. İstifadə tarixi: 2021-12-11.
- "Дмитрию Муратову — 50". www.journalist-virt.ru (rus). Журнал «Журналист». 2011-11-01. 2011-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-04.