Dag Iqlimi - Wikipedia
Dağ_iqlimi - Haqqında Məlumat
Dağ iqlimi— yüksək dağlıq üçün xarakterik iqlim.
Xüsusiyyəti
redaktəDağ iqlimini düzən ərazi iqlimindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:[1]
Dəniz səviyyəsindən hündürlük
redaktəDəniz səviyyəsindən hündürlük və bununla əlaqədar atmosferin seyrəkləşməsi aşağıdakılara səbəb olur.
- Atmosfer təzyiqinin və temperaturun aşağı olmasına;
- Havanın mütləq rütubətliyinin aşağı olmasına;
- Qış buludluğunun miqdarının azalmasına;
- Havada tozun miqdarının az olmasına;
- Yüksək insolyasiyaya (xüsusilə ultrabənövşəyi radiasiyanın miqdarı);
- Küləyin sürətinin yüksək olmasına;
- Havanın temperaturunun və digər meteoroloji elementlərin sutkalıq və illik dəyişməsinin zəif olmasına.
Sərbəst atmosfer rejiminin pozulması
redaktəDağlıq ərazi ilə əlaqədar sərbəst atmosfer rejiminin pozulması aşağıdakılara səbəb olur:
- Yağıntıların ümumi miqdarının artıq olmasına (oroqrafik yağıntılar hesabına);
- Dağ-dərə küləklərinin əmələ gəlməsinə;
- Dağlarda konveksiyanın güclənməsi ilə əlaqədar yay buludluğunun çoxalmasına.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinad
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.