Culiya Qonzaqa - Wikipedia
Culiya Qonzaqa (it. Giulia Gonzaga; 1513[1] – 19 aprel 1566[1], Neapol[1]) — İtaliya qrafinyası və İntibah dövrünün məktub yazıçısı idi. Qonzaqa 1528–1541-ci illərdə mərhum həyat yoldaşının varisi olaraq Rodiqo qrafinyası idi.
Culiya Qonzaqa | |
---|---|
it. Giulia Gonzaga | |
Doğum tarixi | 1513[1] |
Vəfat tarixi | 19 aprel 1566[1] |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəCuliya 1512-ci ildə Qazzuoloda (Mantua yaxınlığında) Sabbioneta və Bozzolo lordu Ludoviko Qonzaqa və qrafinya Françeska Fieskinin qızı olaraq doğulub.
O, 1526-cı ildə (14 yaşında ikən) Fundi qrafı və Traetto hersoqu (hazırda Minturno) Vespasiano Kolonna (1480–1528) ilə evləndi. 1528-ci ildə həyat yoldaşı öldü və təkrar evlənməməsi şərtilə Rodiqo qraflığını ona miras buraxdı. Culiya yenidən evlənməyi rədd etsə də, sarayını mədəniyyət mərkəzi kimi yenidən təşkil etmiş və dövründə yaşamış bir çoxunun diqqətini bu fəaliyyətləri qədər məşhur gözəlliyi ilə də cəlb etmişdi. Onunla görüşdən sonra ölən Florensiya kardinalı Ippolito de' Mediçi ilə də münasibəti var idi.
1534-cü ilin avqustun 8-dən 9-na keçən gecə Fundi şəhəri onu qaçırıb Osmanlı sultanı Qanuni Sultan Süleymana təslim etmək istəyən Osmanlı admiralı Xeyrəddin Barbarossanın hücumuna məruz qalmışdır. Barbarossaya sədrəzəm Parqalı İbrahim Paşa tərəfindən onun ələ keçirilməsi əmri verilmişdir. İbrahim Paşanın planı onu padşahın hərəminə (kölə cariyə kimi) soxmaq və onun Xürrəm Sultanın yerini tutması idi.[2] Culiya qaçmağı bacardı və məyus olan Barbarossa İtridə geri dəf edilsə də, Fundi və Sperlonqa əhalisini qətl etdi. Culiya tək bir cəngavərlə gecənin qaranlığında qaçmağı bacarmışdı. Ceyms Reston iddia edir ki, Qonzaqa qaçarkən çılpaq olması və cəngavərin bunu görməsi səbəbilə onu öldürüb, ancaq o, bu iddiası ilə bağlı heç bir mənbə göstərməyib.[2]
Culiya Qonzaqa 1566-cı ildə, 53 yaşında öldü. Onun ölümündən sonra Pietro Karnezekki ilə olan məktublaşmaları Pietro Karnezekkinin 1567-ci ildə dirəyə keçirdirilib yandırılaraq öldürülməsinə səbəb oldu.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Dall'Olio G. GONZAGA, Giulia // Dizionario Biografico degli Italiani (it.). 2001. Vol. 57.
- ↑ 1 2 Reston, James. Defenders of the Faith: Charles V, Suleyman the Magnificent, and the Battle for Europe, 1520-1536. New York: Penguin. 2009. səh. 363. ISBN 978-1-59420-225-4.
Mənbələr
redaktə- Camilla Russell, Giulia Gonzaga and the Religious Controversies of Sixteenth-century Italy Brepols, 2006, ISBN 9782503518077
- Christopher Hare; Marian Andrews. A Princess of the Italian Reformation: Giulia Gonzaga, 1513-1566, Her Family and Her Friends. C. Scribner's sons. 1912.
- Julie D. Campbell; Anne R. Larsen. Women, Letters, and Heresy in Sixteenth Century Italy // Early Modern Women and Transnational Communities of Letters. Ashgate Publishing, Ltd. 2009. 75–. ISBN 978-0-7546-6738-4.
- Diana Maury Robin; Anne R. Larsen; Carole Levin. Encyclopedia of Women in the Renaissance: Italy, France, and England. ABC-CLIO. 2007. 166–. ISBN 978-1-85109-772-2.<