Con Vilyams - Wikipedia
Con Uilliams (ing. John Towner Williams; 8 fevral 1932[1][2][…], Nyu-York, Nyu-York ştatı, ABŞ[1]) — ABŞ bəstəkarı.
Con Vilyams | |
---|---|
ing. John Towner Williams ing. John T. Williams ing. John Williams | |
Ümumi məlumatlar | |
Doğum adı | John Towner Williams |
Doğum tarixi | 8 fevral 1932[1][2][…] (92 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, pianoçu, film bəstəkarı |
Fəaliyyət illəri | 1952-ci ildən |
Janr | müasir klassik musiqi[d] |
Musiqi alətləri | piano, klavesin |
Albom şirkətləri | MCA Records[d], Columbia Records |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCon Uilliams 8 fevral 1932-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Atası cazz zərb alətlərində ifa edirdi. 1948-ci ildə ailə Los-Ancelesə köçdü. "North Hollywood High School" məktəbinə daxil olan Con 1950-ci ildə buranı bitirdi. Daha sonra Kaliforniya Universitetində təhsil almağa başlayan Uilliams 1952-ci ildə onu ABŞ Hərbi Hava Qüvvələrinin musiqi qrupuna köçürdülər. 1955-ci ildə burada xidmətini başa vurduqdan sonra Nyu-Yorka qayıtdı və "Juilliard School"-da oxudu. Bu müddətdə o, cazz klublarda və bəzi film studiyalarında işlədi. 1956-cı ildə Uilliams aktrisa Barbara Ryuiklə evləndi və 1974-cü ilə kimi, Barbaranın ölümünə qədər onunla evli qaldı. Onların 3 övladı var. 1980-ci ildən etibarən Uilliams Samanta Uinslou ilə evlidir. Film və Televiziya: Əsasən 20-ci əsr musiqi ənənələrinə sadiq olan Uilliamsın əsas ilham mənbəyi XIX əsr neoromantizmi, xüsusilə Riçard Vaqnerin musiqisidir.
"Juilliard School"-u bitirdikdən sonra Los-Ancelesə qayıdan Uilliams film studiyalarında orkestrator kimi işləməyə başladı. O, burada Frans Vaksman, Bernard Herman, Alfred Nyuman kimi bəstəkarlarla çalışırdı. O, həmçinin Cerri Qoldsmit, Elmer Bernşteyn, Henri Mançini kimi bəstəkarların musiqilərində pianoçu kimi iştirak etmişdi. "Universal Studios"-da işləyən Uilliamsın ilk böyük işi "Daddy-O" ("O-Ata") — 1958 filmində oldu. O, ilk Oskar nominasiyasını 1967-ci ildə "Valley of Dolls" ("Gəlinciklər Vadisi"), ilk Oskarını isə 1971-ci ildə "Fiddler on the Roof" ("Skripkaçı Damda") filminə görə aldı. 1974-cü ildə gənc rejissor S. Spilberq ona ilk tammetrajlı bədii filmi olan "The Sugarland Express" ("Şuqerlend Ekspressi") filminə musiqi yazmağı təklif etdi. Növbəti il isə, "Jaws" ("Çənələr") filminin musiqisinə görə Uilliams 2-ci Oskarını qazandı. Bundan sonra Uilliams və Spilberq "Close Encounters of the Third Kind" ("Üçüncü Növün Yaxın Əlaqələri") filmində yenidən əməkdaşlıq etdilər. Lakin onlar Hollivud tarixində yenilik edərək, film və musiqi üzərində sinxron olaraq işlədilər.
Bu dövrdə Spilberqin yaxın dostu Corc Lukas "Star Wars" (1977) filmi üçün bəstəkar axtarışında idi. Spilberq ona Uilliamsı məsləhət gördü. Uilliams bu filmə görə 3-cü Oskarını qazandı. 1981-ci ildə İndiana Consun macəralarından bəhs edən ilk film "Raiders of the Lost Ark" ("İtmiş Mücrünün Axtarışında") üçün musiqi yazıldı. Filmin əsas musiqi nömrəsi "The Raiders March" hal-hazırda da bütün dövrlərin ən yaxşılarından hesab edilir. 1982-ci ildə "E. T. the Extra-Terrestrial", 1993-cü ildə isə "Schindler's List" filminə görə 4-cü və 5-ci Oskarını qazandı.
Uilliamsın son işi Spilberqin "War Horse" və "The Adventures of Tintin"("Tintinin Macəraları") filmlərində olub. O, bu filmlərin hər ikisinə görə Oskara namizəd olmuşdu. Hal-hazırda onlar 2012-ci ilin sonlrarında ekranlara çıxacaq "Lincoln" ("Linkoln") filmi üzərində işləyirlər. Beləliklə, Uilliams 47 Oskar nominasiyasından 16-nı Spilberqin filmlərinə görə alıb və 3-nü qazanıb. Mükafatlar: Oskardan əlavə Uilliams 22 Qızıl Qlobus nominasiyasından 4-nü, 12 BAFTA nominasiyasından 7-ni, 59 Qremmi nominasiyasından 21-ni qazanıb. 2005-ci ildə Amerika Film İnstitutu (AFİ) bütün dövrlərin ən yaxşı film musiqilərini seçdi. İlk onluqda Uillimasın 2 bəstəsi var idi: "Star Wars" 1-ci və "Jaws" 6-cı yerdə.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Eldridge A. John Williams American composer and conductor // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 John Williams // filmportal.de. 2005.