Con Cekson - Wikipedia
Con Cekson (ing. John Hughlings Jackson; 4 aprel 1835[2][3][…], Yorkşir[d], Birləşmiş Krallıq – 7 oktyabr 1911[2][3][…], London) – ingilis oftalmoloqu və nevropatoloqu; tibb doktoru (1860), London Kral Cəmiyyətinin (1878) və Kral Həkimlər Kollecinin fəxri üzvü.[4]
Con Cekson | |
---|---|
ing. John Hughlings Jackson | |
| |
Doğum tarixi | |
Doğum yeri | Yorkşiir |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | London |
Dəfn yeri | |
Milliyyəti | ingilis |
Elm sahələri | nevrologiya, Epilepsiya[1] |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLondon xəstəxanaları və hospitallarında işləmişdir. 1870-ci ildə epilepsiyanın formalarından birini, bulbar alternasiya edən sindromu təsvir etmiş, hərəki mərkəzlərin lokalizasiyasının insanın böyük beyin yarımkürələri qabığının ön mərkəzi şırımında olduğunu müəyyən etmişdir (1864).[4]
Fəaliyyəti
redaktəİlk dəfə (1864) mərkəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün oftalmoskopiyanın əhəmiyyətini göstərmiş, böyük beyin yarımkürələri qabığının müvafiq sahələrinin funksional pozulmaları ilə epilepsiya və epilepsiyaya oxşar tutmaların əlaqəsini əsaslandırmış (1875), sensor aqnoziyanı təsvir etmişdir (1866).
Mərkəzi sinir sisteminin təkamülü və dissolyusiyası haqqında Con Ceksonun fikirləri təkamül morfologiyasının inkişafına və sinir sistemi xəstəlikləri zamanı bir sıra klinik simptomların şərh olunmasına təsir göstərmişdir.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 John Hughlings Jackson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 Con Cekson// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 212-213. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.