Con Braun - Wikipedia
Con Braun (ing. John Brown; 9 may 1800[1][2][…] – 2 dekabr 1859[1][2][…]) — Amerikalı abolisionist.
Con Braun | |
---|---|
ing. John Brown | |
| |
Doğum tarixi | |
Doğum yeri | Torinqton, Konnektikut |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Carlstaun, Qərbi Virciniya |
Vəfat səbəbi | Edam |
Milliyyəti | Amerkalı |
Fəaliyyəti | Abolisionist |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəCon Braunun quldarlıqa qarşı mübarizəsi 1834-cü ildən başlayır. 1839-cu ildə Braun Nyu-York şəhərinə köçmüşdür. Burada digər bir Abolisionist Gerit Smit ilə tanış olur. Sonralar Braun Gerit Smit tərəfindən hədiyyə olunan ərazilərdə yaşamağa başlamışdır. Con Braunun məşhurlaşmasında 1845-ci ildə Kanzas ştatında baş vermiş hadisələrin rolu böyükdür. Həmin ildə Kanzas ştatında dövlətə məxsus istifadəsiz ərazilərin pulsuz olaraq yerli əhaliyə paylanaçağı xəbəri insanlarda çaşqınlıq yaratmışdır. Qara dərili insanların ağır şərtlərdə yaşadığı Kanzasa gələn Con Braun burada qiyamın təşkil edilməsinə rəhbərlik edir. Braun silahı mübarizəyə 1855-ci ildə başlamışdır. Oğlu və qızının ərindən ibarət olan dəstə quldarlığa qarşı mübarizə aparırdı. Con Braun və silahlı dəstəsinin həyata keçirdikləri ilk silahlı qarşıdurma 1856-cı ilin 24 və 25 may tarixlərində baş vermişdir.
Kanzas şəhərində beş nəfər quldarın eyni sayda abolisionisti öldürməsi xəbəri yayılmışdı. Dərhal hazırlığa başlayan Braun abolisionistlərin öldürülməsinə cavab olaraq beş quldarı öldürmüşdür. Con Braunun bütün ABŞ-də məşhur olması 1858-ci ildə Qərbi Virciniyada Herpes Ferri şəhərində etdiyi silahlı hücum olmuşdur. Şəhərə hücum planı hazırlanmışdı. Plana əsasən şəhərdə olan hərbi silahlar şəhərdən çıxarılmalı, daha sonra isə qullara paylanılaraq, cənubda böyük xalq hərəkatı başladılmalı idi. Ancaq şəhərdə Konfederasiya əsgərlərinin ciddi mübarizəsi ilə qarşılaşan Braunun dəstəsi şəhərdən çıxmalı olmuşdur. Herpes Ferridə şəhərində baş vermiş şiddətli qarşıdurma zamanı Braun 2 oğlunu və 10 nəfər silahdaşını itirmişdir. Sonrakı mübarizələr zamanı Braun Robert Linin əsgərləri tərəfindən sağ olaraq ələ keçirilmişdir. Con Braun 2 dekabr 1859-cu ildə Amerika Konfederativ Ştatlarına xəyanət ittihamı ilə edam edilmişdir.
Qalereya
redaktə-
Con Braunun Nyu-Yorkda yerləşəm ferması
-
Con Braunun son anları adlı tablo. Tabloda Con Braunun edama aparılması təsvir edilmişdir.
-
Con Braun 1859-cu ildə
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 John Brown // Encyclopædia Britannica (ing.).