Colchicum Trigynum - Wikipedia
Colchicum trigynum (lat. Colchicum trigynum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir — CR B2ab(v). Azərbaycanın nadir və endemik növüdür. Regional IUCN Statusu: CR B2ab (v).
Colchicum trigynum | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Colchicum trigynum |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaqlı, yumru, yumurtavari, 1–1,5 sm yoğunluğunda, qara və ya qara-qonur, dərivari qınlıdır. Gövdə 6–14 sm hündürlüyündədir. Yarpaqlar üçkünc, neştərşəkilli, küt, çiçəyə bərabər və ya qısa, parlaq-yaşıldır. Çiçəklər 1–5 ədəd ağ və ya çirkli ağdır. Qutucuğu uzunsov-ellipsvari, hər iki ucdan sivridir.
Ekologiyası
redaktəÇiçəkləmə və meyvə əmələgətirmə dövrü fevral-mart aylarına təsadüf edir. Soğanaq yumruları və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru otlu, daşlı, çınqıllı yamaclarda yayılmışdır. İşıq sevəndir. Dekorativ bitkidir. Populyasiyanın sayı azdır. Yeganə lokalitetində mənfi antropogen təsirlər itmə təhlükəsi yaradır. Ancaq bir bitmə yeri məlumdur. Məhdudlaşdırıcı amillər antropogen (əhali tərəfindən çiçəklərin və soğanaqların yığılması) və zoogen amillər.
Mühafizə tədbirləri
redaktəMühafizə tədbirləri görülməyib.
Azərbaycanda yayılması
redaktəDiabar (Lerik rayonu, Qosmalyan kəndi). Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında becərilir.