Cize - Wikipedia
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir.
şəhər | |
Giza | |
---|---|
ərəb. مدينة الجيزة | |
30°00′36″ şm. e. 31°12′36″ ş. u.HGYO | |
Ölkə | Misir |
Muhafaz | El-Cizə |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə.642 |
Sahəsi | 1,579,75 km² |
Mərkəzin hündürlüyü | 19 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +20 2 |
Poçt indeksi | (+20) 2 |
Digər | |
giza.gov.eg/English/defa… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəCizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır. Piramidalar divarlarla əhatələnmiş sahələrin arasında yerləşir. Onların ətrafında fironun heykəlləri olan xatirə (anım) məbədləri, kiçik piramida-peyklər və əyanların dəfn edildiyi mastablar var. Hər üç piramida (içərisindəki dəhlizlər, şaxtalar və dəfn kameraları daxil olmaqla) şimal-cənub oxu üzrə planlaşdırılmış, kənarları ilə dünyanın dörd baş cəhətinə istiqamətlənmiş, əhəngdaşı bloklarından inşa olunmuş və kipbirləşdirilmiş daş lövhələrlə üzlənmişdir. Girişi şimaldan olmuşdur. Cizədə qazıntılar 1815-ci ildən aparılır. Əsas tikili olan Böyük piramida və ya “Xeopsunüfüqü” (memar Xemiun; çəkisi 2,5 t-dan 30 t-dək olan daş bloklardan quraşdırılmışdır; kvadrat oturacağın tərəfləri təqribən 230 m-dir; ilkin hündürlüyü 146,6 m, hazırda137 m-ə yaxındır; dağılmış üst hissəsinin yerində kiçik platforma yaranmışdır) iki məbədlə (yuxarı və aşağı məbəd uzunluğu 800 m olan döşənmiş yol vasitəsi ilə birləşir) və digər tikililərlə ansambl təşkil edir. Xefren piramidası nisbətən hündür sahədə yerləşir, lakin ölçüsü daha kiçikdir (oturacağın tərəfləri 215,25 m, hünd. 143,5m-dir). Aşağıda, yolun yaxınlığında yerləşən və uzanmış şiri xatırladan qayadan (uzunluğu 57 m, hündürlüyü 20 m) inşaatçılar tərəfindən məbədin və piramidanın simvolik gözətçisi – firon Xefrenin sfinks surətində, “Böyük sfinks” adlandırılan nəhəng heykəli yonulmuşdur. Mikerin piramidasının (oturacağın tərəfləri 108,4 m, ilkin hündürlüyü 66,5 m-dir) aşağı hissəsinə qranitdən, yuxarı hissəsinə isə ağ əhəngdaşıdan üz çəkilmişdir. Cizə piramidaları haqqında antik müəlliflər Herodot, Siciliyalı Diodor, Strabon, Böyük Plini məlumat vermişlər. Cizə nekropolu Ümumdünya irsi siyahısına daxil edilmişdir. Piramidaların yerləşdiyi sahədə Qədim Misir əsilzadələrinin dəfn olunduğu 7 mindən artıq sərdabadan ibarət nekropol var. Qədim padşahlıq dövründə (e.ə.təqr. 2800 – təqr. 2250) Misirin təsərrüfatının, iqtisadi və mədəni həyatının öyrənilməsi üçün Cizə abidələri qiymətli materiallarla zəngindir. Sərdabalardan əmək alətləri, silahlar, çaxmaqdaşıdan bıçaqlar, dulusçuluq məmulatı, heykəltəraşlıq əsərləri və s. tapılmışdır. Bəzi sərdabalarda mərhumun həyatından səhnələr təsvir olunan barelyeflər, həmçinin heroqlif yazılar aşkar edilmişdir. Nekropolun yaxınlığında piramida ların tikintisində iştirak edənlərin qəsəbəsi yerləşirdi: mərkəzləşdirilmiş taxıl anbarı ilə birlikdə inzibati bina, müntəzəm planlı küçələri və kərpic divarlarla biri-birindən ayrılmış “qalereya” məhəllələri olan hasarlanmış sahə, ağac dirəklər üzərində hipostil zal, nəzarətçi evləri, misgər emalatxanası, mətbəxlər, çörəkxanalar, an barlar və s. tikililər, o cümlədən 1600–2000 işçi üçün nəzərdə tutulmuş “yataqxanalar” və s. Ehtimal ki, qəsəbədə dulusçuluq emalatxanasıda var idi. Burada böyük miqdarda kül, keramika, malqara, donuz, balıq sümükləri, daş dəstəciklər və dəyirmandaşıları, çörək bişirmək üçün saxsı formalar, pivə üçün qablar, gil iplikbəndlər, çaxmaqdaşıdan bıçaq, balıq tutmaq üçün mis qarmaq, təqribən 70 saxsı mun cuqdan ibarət boyunbağı aşkarlanmışdır. Yaşayış sahəsində tək-tək uşaq qəbirlərinə rast gəlinir, qəsəbənin xaricində fəhlələrin qəbiristanı yerləşir. E.ə. 1-ci minilliyə, həmçinin Roma və xristianlıq dövrünə aid qəbirlər var.[2].[3]
Müasir dövr
redaktəŞəhərdə Qahirə univerisiteti (1908; 1924 il -dən Cizəyə köçürülmüşdür), Ali Tətbiqi Sənətlər məktəbi, Oftalmologiya ETİ və s. var. Milli muzey; zoopark fəaliyyət göstərir. Misir kinostudiyalarının çoxu Cizədə yerləşir. Cizə buğda ticarətinin iri mərkəzidir. Metallurgiya, avtomobil, radiotexnika, kimya, toxuculuq, ayaqqabı, tütün, yeyinti (o cümlədən pivə istehsalı), ağac emalı, sement sənayesi müəssisələri fəaliyyət göstərir.
Şəkillər
redaktə-
Cizə. Ehramlar yaylası
-
Cizədə küçə
-
Əl Giza ehramları
Mənbə
redaktə- Cizə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 370. ISBN 978-9952-441-10-9.
Istinadlar
redaktə- ↑ http://www.citypopulation.de/Egypt-Cities.html.
- ↑ Emile Amélineau. La géographie de l’Egypte à l’époque copte Paris. Imprimerie nationale. 1893. 190. 690
- ↑ "Le Sphinx et les Pyramides de Gizeh". 2010-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.