Bilbaoda Quggenheim Muzeyi - Wikipedia
Bilbao Quggenheim muzeyi (isp. Museo Guggenheim Bilbao, bask Guggenheim Bilbao Museoa) — İspaniyanın Bilbao şəhərindəki müasir incəsənət muzeyidir. Solomon Quggenheim Müasir İncəsənət Muzeyinin filiallarından biridir. Nervion çayının sahilində yerləşir.
Bilbaoda Quggenheim muzeyi | |
---|---|
Museo Guggenheim Bilbao | |
Əsası qoyulub | 18 oktyabr 1997 |
Açılış tarixi | 18 oktyabr 1997 |
Ölkə | |
Yerləşir | Bilbao[1][2][…] |
Ziyarətçi sayı |
|
Telefon | +34-944-35-90-80[4][5] |
43°16′07″ şm. e. 2°56′02″ q. u.HGYO | |
guggenheim-bilbao.eus | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeydə daimi sərgilər, həm ispan, həm də xarici rəssamların müvəqqəti sərgiləri nümayiş etdirilir.
Muzey binası
redaktəMuzey binası amerikalı-kanadalı memar Frank Geri tərəfindən layihələndirilib və 1997-ci ildə ictimaiyyətə açılıb. Bina dərhal dünyanın ən möhtəşəm dekonstruktivist binalarından biri kimi tanındı. Memar Filip Conson onu "zəmanəmizin ən görkəmli binası" adlandırdı[6]..
Sahildə yerləşən bina, bəlkə də planetlərarası səyahət üçün futuristik gəminin mücərrəd ideyasını təcəssüm etdirir[7][8]. Onu həmçinin quş, təyyarə, artişok və çiçək açan qızılgüllə müqayisə edirlər[9].
Hündürlüyü 55 metr olan mərkəzi atrium nəhəng metal çiçəyə bənzəyir, ondan iri əyri ləçəklər ayrılır, burada müxtəlif ekspozisiyalar üçün sərgi salonlarının enfiladaları yerləşir[10].
Gerinin əksər işləri kimi, struktur da yumşaq konturlardan ibarətdir. Frank Geri bir müsahibəsində "əyrilərin qarma-qarışıq olmasını işığı tutmaq üçün nəzərdə tutulduğunu" iddia etdi. Binanın layihələndirilməsi zamanı CATIA avtomatlaşdırılmış dizayn sisteminin imkanlarından maksimum dərəcədə istifadə edilmişdir[11].
Bina ümumi sahəsi 24.000 m² olan titan təbəqələrlə üzlənmişdir.
Bilbao effekti
redaktə75 milyon dollara başa gələn muzeyin tikintisi İspaniyanın çiçəklənən maliyyə, sənaye və turizm mərkəzi olan müasir Bilbaonun inkişafı üçün başlanğıc nöqtəsi oldu. Obyektin açılışından sonrakı üç il ərzində şəhərə 4 milyondan çox turist gəlib, müasir infrastruktura və memarlığa investisiyalar davam etdirilib. Bir simvolik bina sayəsində cəlbedici olmayan turistik məkanı mədəni məkana çevirmək fenomeni “Bilbao effekti” adlanır[12].
İstinadlar
redaktə- ↑ 1 2 3 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 3 Museos y centros de interpretación de Euskadi.
- ↑ Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556
- ↑ Museos y centros de interpretación de Euskadi. 2010.
- ↑ https://www.guggenheim-bilbao.eus/en/useful-information.
- ↑ Bilbao, 10 Years Later Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine, The New York Times
- ↑ "Guggenheim Museum Bilbao — Frank O. Gehry". 2008-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-07.
- ↑ Google Books — Learning from the Bilbao Guggenheim, Авторы: Ana María Guasch, Joseba Zulaika, стр. 51[ölü keçid]
- ↑ Learning from the Bilbao Guggenheim, Авторы: Ana María Guasch, Joseba Zulaika, стр. 41[ölü keçid]
- ↑ Орельская О. В. Современная зарубежная архитектура: учеб. пособие для студ. высш. учебных заведений — М.: Издательский центр «Академия», 2007—272 с.
- ↑ "Master Builder из книги Design and Crime (and Other Diatribes), 2002". 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-27.
- ↑ "«Эффект Бильбао» в действии: примеры из прошлого и настоящего". www.berlogos.ru (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.