Solomon Quqqenhaym Muzeyi - Wikipedia
Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur.
Solomon Quqqenhaym muzeyi | |
---|---|
Solomon R. Guggenheim Museum | |
Əsası qoyulub | 1937 |
Açılış tarixi | 21 oktyabr 1959[2] |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Nyu-York, ABŞ |
Ziyarətçi sayı | 1 199 123 (2013)[1] |
Telefon | +1 212-423-3500[4] |
40°46′59″ şm. e. 73°57′32″ q. u.HGYO | |
guggenheim.org/new-york | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin tikintisi tarixi
redaktə1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi.
Muzey binasının arxitekturası haqqında
redaktəArxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: — orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri — Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir.
Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır. Bu bina XX əsrin ən gözəl arxitektura əsərlərindən biri hesab olunur. Muzeyin binasının tikintisi 1959-cu ildə başa çatmışdır, bu zaman Solomon Quqqenhaym və Frenk Rayt həyatda deyildilər.
Direktor
redaktə- 1961–1988 — Tomas Messer (1920–2013)
Muzeyin filialları
redaktə- Venesiyada filialı
- Las-Veqasda filial (2001–2008)[5]
- Bilbaoda (İspaniya) Quqqenhaym muzeyi
- Abu-Dabidə (BƏƏ) Quqqenhaym muzeyi (inşa olunur)
- Qvadalaxarda (Meksika) Quqqenhaym muzeyi (inşa olunur)
- Vilnusda (Litva) Quqqenhaym muzeyi (layihələşdirilir)[6]
- Helsinkidə (Finlandiya) Quqqenhaym muzeyi (layihə halında)[7]
Maraqlı faktlar
redaktəSolomon Quqqenhaym muzeyindən "İnterneşnl" (The International), "Qaranın içində adamlar" (Men in Black), "Bir dəfə Romada" (When in Rome), "Mister Popperin pinqvinləri" (Mr. Popper’s Penguins) filmlərinin çəkilişində iştirak edilmişdir[8])..
Mənbə
redaktə- Ballon, Hillary; et al. (2009). The Guggenheim: Frank Lloyd Wright and the Making of the Modern Museum. London: Thames and Hudson.
- Kumar, Lisa (2011). The Writers Directory. Detroit: St. James Press. ISBN 9781558628137.
- Levine, Neil (1996). The Architecture of Frank Lloyd Wright. New Jersey: Princeton University Press.
- Sennott, R. Stephen. Encyclopedia of 20th-Century Architecture: Volume 2 (New York: Fitzroy Dearborn, 2004)
- Spector, Nancy (ed) (2001). Guggenheim Museum Collection: A to Z. New York: The Solomon R. Guggenheim Foundation.
- Storrer, William Allin. The Architecture of Frank Lloyd Wright: A Complete Catalogue (Chicago: The University of Chicago Press, 2002)
- Vail, Karole (ed) (2009). The Museum of Non-Objective Painting. New York: The Solomon R. Guggenheim Foundation.
İstinadlar
redaktə- ↑ Рейтинг посещаемости музеев и выставок // The Art Newspaper Russia № 4 (23). — 2014. — май.
- ↑ https://frenchdistrict.com/new-york/articles/musee-solomon-r-guggenheim-art-contemporain/.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.guggenheim.org/contact-us.
- ↑ "Отчёт музея за 2008 год" (PDF) (ingilis). 2012-10-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
- ↑ Водо В. Вильнюс попал в сеть Гуггенхайма // Коммерсантъ. — 2008. — 9 апр.
- ↑ Собств. корр. Музей Гуггенхайма в Хельсинки // www.artukraine.com.ua. — 2012. — 11 янв.
- ↑ Shineberg, Susan. "Wall-to-wall culture" Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine, The Age, November 10, 2007
Xarici keçid
redaktə- Официальный сайт музея Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine (ing.)