Behbud Mustafayev - Wikipedia
Behbud_Mustafayev - Haqqında Məlumat
Behbud Mustafayev (13 mart 1982, Bakı) — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş.
Behbud Mustafayev | |
---|---|
rus. Мустафаев, Бехбуд | |
Doğum tarixi | 13 mart 1982 (42 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | katolik keşişi[d] |
Həyatı
redaktəBehbud Mustafayev Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışmışdır. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilmişdir. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdur[1]. Hal-hazırda Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən Müqəddəs 2-ci İoann Pavel Katolik Prixodunda Baş Keşiş olaraq xidmətinə davam edir.
İstinadlar
redaktə- ↑ Рукоположение во диаконы Arxivləşdirilib 2016-06-17 at the Wayback Machine (rus.)