Bagel - Wikipedia
Bagel - Haqqında Məlumat
Beyql[1] (ing. Bagel; idiş בײגל, translit: beygl; pol. bajgiel; həmçinin beigel)[2] — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü.
Beyql | |
---|---|
Mənşəyi | |
Tərkibi | |
Əsas |
İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan[3] beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır.
İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
İstinadlar
redaktə- ↑ "Amerikalıların beyql sevdası". 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Definition: Beigel". Dictionary.com. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2011.
- ↑ Balinska, Maria. The Bagel: The Surprising History of a Modest Bread (ingilis). Yale University Press. 2008-11-03. ISBN 978-0-300-14232-7. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-03.