Askenazi Yehudileri - Wikipedia
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Aşkenazi yəhudiləri (ivr. אשכנזים, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir. Bu dil X–XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır. Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar.
Məşhur insanlar
redaktə- Abraham Maslou—yəhudi əsilli Amerikalı psixoloq (ailəsi Ukrayna əsilli yəhudilər)
- Adam Levin—Amerikalı müğənni
- Albert Eynşteyn—alman fiziki
- Arye Qut—İsrailli siyasətçi (atası azərbaycanlı, anası Ukraynadan olan aşkenaz yəhudisi)
- Aviqdor Liberman—İsrailin keçmiş Müdafiə Naziri
- Benjamin Blum—ABŞ psixoloqu və pedaqoqu
- Benyamin Netanyahu—İsrailin keçmiş baş naziri
- Daniel Kaneman–ABŞ psixoloqu
- Deniel Redklif—məşhur Britaniya aktyori, Harri Potter rolunun ifaçısı
- Eden Golan—2024-cü il Avroviziya mahnı müsabiqəsində İsraili təmsil edən iştirakçı (atası Latviya, anası Ukrayna yəhudisi)
- Emin Ağalarov—müğənni (anası yəhudi)
- Faina Zukerman—azərbaycanlı model (atası yəhudi, anası azərbaycanlı)
- Frans Kafka—Çexiyalı yazıçı
- Haim Veytzman—İsrailin ilk prezidenti
- Leonid Yakuboviç—rusiyalı aparıcı
- Lev Vıqotski—yəhudi əsilli Sovet psixoloqu
- Lütfi Zadə—tanınmış Azərbaycan alimi (atası Cənubi Azərbaycanlı, anası Odessa yəhudisi)
- Mark Levi—fransız yazıçısı
- Mark Zukerberq—Amerikalı media maqnatı, internet sahibkarı və xeyriyyəçi. Meta-nın (keçmiş Facebook) təsisçisi
- Məryəm Şabanova—azərbaycanlı müğənni
- Mixail Finkel—əslən Rusiyadan olan, İsrailli ravvin, siyasi ekspert
- Mixail Qusman—Sovet və Rusiya aktyoru, aparıcı, jurnalist, tərcüməçi
- Natali Portman—Amerikalı aktrisa
- Oleq Qazmanov—rusiyalı müğənni (atası tatar, anası yəhudi)
- Omer Adam—İsrailli müğənni (atası dağ yəhudisi, anası aşkenaz yəhudisi)
- Rober Osseyn—Azərbaycan əsilli məşhur fransız aktyoru (atası azərbaycanlı, anası Bessarabiya yəhudisi)
- Shantel—Almaniyalı repçi (atası yunan, anası yəhudi əsilli)
- Skarlet Yohanson—Amerikalı aktrisa
- Stefan Sveyq—Avstriyalı yazıçı
- Teymur Rəcəbov—azərbaycanlı şahmatçı (atası yəhudi, anası azərbaycanlı)
- Timati—rusiyalı müğənni (atası tatar, anası yəhudi)
- Timur Rodrigez (Kərimov)—Rusiyada aktyor, şoumen (atası azərbaycanlı, anası yəhudi)
- Timur Vaynşteyn—Rusiyalı aktyor, aparıcı, prodüser (atası yəhudi, anası azərbaycanlı)
- Vado Korovin—azərbaycanlı aktyor
- Volodimir Zelenski—Ukraynanın prezidenti
- Yan Kum—Whatsap-ın yaradıcısı
- Yana Batırşina—Rusiyalı gimnast (atası tatar, anası yəhudi)
- Ziqmund Freyd—Avstriyalı psixoloq
1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi. Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər. Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan yəhudiləri- tarixdən bu günə". anl.az/down. Archived from the original on 16 May 2023.