Yana Batirsina - Wikipedia
Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.[1]
Yana Batırşina | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Яна Батыршина | |||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Yanina Fərhad qızı Batırşina | ||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | Daşkənd, Özbəkistan SSR | ||||||||||||||||||||||||
Boyu | 165 sm | ||||||||||||||||||||||||
Çəkisi | 46 kq | ||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi[2]) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub.
Atletika Karyerası
redaktəDoqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
İdman karyerası ərzində 180 medal qazanıb, bu mükafatlar arasında 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarının gümüş mükafatı, dünya çempionatının 7 qızıl medalı, Avropa çempionatının 5 qızıl medalı, habelə daha 40 kubok vardır. 1997-ci ildə "Vətən qarşısında xidmətlərinə görə" ordeninin II dərəcəsi ilə təltif edilib.[3] 1998-ci ildə, 19 yaşı olarkən böyük idmandan getmişdir.
20 yaşında olarkən bədii gimnastika üzrə Braziliya yığmasının baş məşqçisi olub.[4]
İdmandan sonrakı karyerası
redaktə2000-ci ildə televiziya karyerasına başlayıb. "16-ya qədər və daha böyük" proqramının aparıcısı olmuşdur. "Stolitsa" kanalında idman buraxılışları xəbərlərini aparmışdır. 2002-ci ildən 2009-cu ilədək "Rossiya" telekanalında — "Xəbər-İdman" və "Xəbər-İdman. Yerli Vaxt. Moskva" informasiya proqramlarının aparıcısı olmuşdur.
"Fort Boyard" (2003), "Xalq artisti" (2004), "İdmanla məşğul ol" (2010) televiziya verilişlərinin, həmçinin "Şöhrət" milli idman mükafatının (2003, 2004, 2006, 2008-ci illərdə) aparıcısı olmuşdur.
2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Soçi-2014 rus evinin aparıcısı olmuşdur. 2013-2016-cı illər ərzində "Karusel" kanalında yayımlanan, məktəblilər üçün intelektual şou olan "Tək hamıya qarşı" verilişinin aparıcısı olmuşdur.
Şəxsi həyatı
redaktə2004-cü ildə[5][6] prodüser, "Parni iz Baku" şən və hazırcavablar klubu komandasının sabiq üzvü Timur Vaynşteyn ilə ailə həyatı qurub.[7][8] Onların toy mərasimi iki şəhərdə — Moskva və Bakıda baş tutub.[5] Cütlüyün Məryəm[9] və Ayla[10] adında iki qızı və Leonid adlı bir oğulları var.[11]
İctimai fəaliyyəti
redaktə2010-cu ilin yayından "Təmiz idman səfirləri" anti-dopinq layihəsinin səfirlərindən biridir.[12]
2017-ci ilin dekabrında Rusiyanın hazırkı prezidentinin siyasətini dəstəkləyən — Putin Team komandasının sıralarına qoşulub.[13]
2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının səfiri olub.[14]
İstinadlar
redaktə- ↑ ДОСТИЖЕНИЯ - официальный сайт Яны Батыршиной Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine (rus.)
- ↑ О происхождении Яны Батыршиной. Яна Батыршина. Биография Arxivləşdirilib 2021-12-02 at the Wayback Machine, Sem40 Arxiv surəti 4 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ "Указ Президента Российской Федерации от 6 января 1997 года № 1". 2015-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-01.
- ↑ Яна Батыршина: «Я смотрела на Тимура Вайнштейна и думала: «По-моему, этот парень станет моим мужем» Arxivləşdirilib 2021-12-02 at the Wayback Machine (rus.)
- ↑ 1 2 "Красивая любовь Яны Батыршиной". Arqumentı i faktı. 2004-09-20. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ Текст от 10 июля 2011 года
- ↑ "РАЗВЛЕЧЕНИЯ". Oqonyok. 2004-08-29. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Яна Батыршина: "Я прятала шоколадки в капюшон, чтобы не заметил тренер"". Худеем правильно. 2014-12-03. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Яна Батыршина родила дочку. Телеведущая стала дважды мамой". Komsomolskaya pravda. 2007-05-19. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Тимур Вайнштейн: "Влюбился с первого взгляда и не задавал вопросов" - ИНТЕРВЬЮ". Day.AZ. 2015-04-27. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "38-летняя гимнастка Яна Батыршина подарила супругу сына Леонида". Костромской городской портал. 2018-02-12. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Новая работа Алины Кабаевой, или куда уходят чемпионы". Теленеделя. 2013-02-07. 2018-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Гимнастка Яна Батыршина вступила в ряды Putin Team". Putin Team. 2017-12-06. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Посол 37-го Чемпионата мира по художественной гимнастике Яна Батыршина посетила клуб "Оджаг Спорт" - ФОТО". Day.az. 2019-09-15. 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.