Babur - Wikipedia
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[3][4][…], Əndican, Teymurilər dövləti – 26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.[5]
Zahirəddin Məhəmməd Babur | |
---|---|
fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد | |
iyun 1494 – 1500 | |
Əvvəlki | Ömər Şeyx Mirzə |
Sonrakı | yoxdur |
oktyabr 1504 – 26 dekabr 1530 | |
Əvvəlki | Mukim |
Sonrakı | yoxdur. |
30 aprel 1526 – 26 dekabr 1530 | |
Əvvəlki | Dövlətin əsası qoyulub. |
Sonrakı | Sultan Hümayun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1483[3][4][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 1530 (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Kabil[q 1] |
Fəaliyyəti | şair, avtobioqraf[d], monarx, yazıçı |
Atası | Ömər Şeyx Mirzə[1] |
Anası | Qutluq Nigar xanım[2] |
Həyat yoldaşları |
Aişə Sultan Bəyim Zeynəb Sultan Bəyim Məsimə Sultan Bəyim Maham Bəyim[q 2] Dildar Ağa Bəyim Gülnar Ağa Bəyim Gülrux Bəyim Əfqani Ağa Bəyim Nargül Ağa Bəyim Salehə Sultan Bəyim |
Uşaqları |
Sultan Hümayun (oğlu) Kamran Mirzə (oğlu) Əsgəri Mirzə (oğlu) Hindal Mirzə (oğlu) Fəxr ün-Nisə (qızı) Gülrəng Bəyim (qızı) Gülbədən bəyim(qızı) Gülçöhrə Bəyim (qızı) Altun Bişik (oğlu olduğu düşünülür) |
Ailəsi | Baburlu sülaləsi |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Soyu və ailəsi
redaktəBabur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[1] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[6] qızı Qutluq Nigar xanım idi.[7]
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[8][9] monqol[10][11] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas e3boyunun qurucu əcdadlarıdır.[10] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[12]
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[11] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş[13] və çağdaş özbəkcənin[14][15] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.
Həyatı
redaktəBabur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub.[16] Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yalnız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu.[17] O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər.[18] Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi.[19] Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.[20][21] 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan Səmərqənd, Buxara və Heratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yalnız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi.[19] Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.
Şeybani xan 1510-cu ildə[22] baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı.[23] Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[24] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
Baburun Böyük Moğol İmperiyasının əsasını qoyması
redaktəSəmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.[25][26] 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,[27] Baburun ordusunda odlu silah vardı.[q 3][28] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.[24][29][30] Babur bu qələbədən sonra Dehli və Aqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.[31][32]
Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.[33][34]
Mədəni fəaliyyətləri
redaktəBabur şah türk dünyasının yetişdirdiyi dahi şəxsiyyətlərdən biri olmuşdur. Müdrik və ağıllı dövlət xadimi, siyasətçi, mahir sərkərdə olmaqla yanaşı, həm də incə ruhlu bir şair idi. Baburun idealı belə idi: "Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".
Babur şah cavan yaşlarında mükəmməl təhsil görmüş, elm və sənət adamlarının əhatəsində olmuşdur. Babur hakimiyyəti illərində sənəti və sənətkarları dəstəkləməklə yanaşı özü də sənətkar və yazıçı idi. O, Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük şairi hesab olunur. Baburun divanında Risaləyi Validiyyə tərcüməsindən başqa 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmamış qəzəl, 3 nəzm, 16 müsərra beyt, 5 müfred və 4 mənsur əsər vardır. Bundan əlavə divanda farsca yazılmış 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur əsər də mövcuddur. Divanda əsasən eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunulub. Divanın beş nüsxəsi vardır. Nüsxələr İstanbul Universitetinin kitabxanası, Fransa Milli Kitabxanası (fr. Bibliothèque nationale de France), Topqapı sarayının Rəvan kitabxanası, İstanbul 100-cü il Atatürk Kitabxanası Müəllim Cədvəl yazmaları və Hindistanın Nəvvab kitabxanasında saxlanılır.
Baburun Əruz Risaləsi adlı başqa bir əsəri də vardır. Risalədə 500-dən çox vəznə yer verilmişdir. Əsərin Fransa Milli Kitabxanasındakı (fr. Bibliothèque nationale de France) nüsxəsi Mehmet Fuad Köprülü tərəfindən tapılmışdır. Əsərin başqa bir nüsxəsinin Tehranda surəti çıxarılmışdır.
Baburun Hənəfi fiqhinə aid Mübəyyən Dər Fiqh adlı məsnəvisi vardır. Baburun tərcümə etdiyi Risaləyi Validiyyə 243 beytdən ibarətdir və bu tərcümə tədqiqatçılara onun təsəvvüfə meylləndiyini söyləməyə əsas verir.
Baburun ən önəmli əsəri Çağatayca yazdığı Baburnamə əsəridir. Bu əsərdə Babur uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs etmiş, gəzib gördüyü yerlər, tanış olduğu insanlar və mədəniyyətlər haqqında yazmış, bir çox sərkərdə və dövlət xadimlərini səciyyələndirmişdir. Əkbər şahın hakimiyyəti illərində çağataycadan farscaya tərcümə olunan əsər daha sonralar urduca, ingiliscə, fransızca, yaponca və başqa dillərə tərcümə olunmuşdur. Əsər Azərbaycan dilinə Ramiz Əskər tərəfindən tərcümə olunmuşdur.
Babur tərəfindən Xətti Babur adlanan yazı sistemi yaradılmışdır. Bu yeni yazı sistemi İslam xəttatlıq sənətinin yazı sistemlərindən fərqlənməklə yanaşı həm də yeni bir əlifbadır. Xətti Babur ərəb və uyğur əlifbalarının sintezidir. Baburun bu yazı sistemi ilə xəbərləşdiyi, hətta bir Quran yazdırdığı məlumdur.
Babur hakim təbəqənin türk olduğunu bilsə də, yerli xalqa — hind xalqına hörmət etmişdir. O, bu ölkənin adət-ənənəsinə, idarəçilik sisteminə əsla toxunmamışdır. Bununla da əhalinin və məmurların rəğbət və dəstəyini qazanmışdır.
Ölümü və mirası
redaktəBabur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında olarkən öldü. Yerinə oğlu Sultan Hümayun keçdi. Babur əvvəlcə öldüyü Aqra şəhərində dəfn olunmuşdu. 1539-cu ildə Baburun vəsiyyəti yerinə yetirildi və məzarı Kabil şəhərində yerləşən Babur bağlarına köçürüldü. 1646-cı ildə Sultan Cahan şah tərəfindən Baburun məzarı üzərində türbə tikildi. Türbəyə 1842-ci ildə baş verən zəlzələdə zərər dəysə də, müxtəlif bərpa işləri aparılmışdır.
Babur öldükdən sonra Həzrəti Firdövsi Məkan və Həzrəti Giti-Sitani adları ilə xatırlanmışdır. Baburun əsasını qoyduğu dövlət 1857-ci ilə qədər varlığını davam etdirə bildi. Baburun irsinə sahib çıxan dövlətlər arasında Hindistan, Pakistan, Özbəkistan və Qırğızıstan kimi dövlətlər vardır.
Türkiyədə Baburun xatirəsinə büstlər qoyulmuşdur və yanında ona aid olduğu iddia olunan bayraq dalğalanmaqdadır. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket Babur adlanırdı.[35] Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırda Özbəkistanda yerləşən və Baburun anadan olduğu Əndican şəhəri Babur yurdu olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır.[36][37] Qırğızıstanın Oş şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur.
Sələf Teymurilər dövləti |
Babur Baburilər sülaləsi |
Xələf Sultan Hümayun |
Qeydlər
redaktəƏdəbiyyat
redaktə- R. Özdək "Türkün qızıl kitabı"
İstinadlar
redaktə- ↑ 1 2 "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
- ↑ Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
- ↑ 1 2 http://www.sscnet.ucla.edu/southasia/History/Mughals/Babar.html.
- ↑ 1 2 Бабур, Зегир-эддин-Мохаммед (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 614.
- ↑ F. Lehmann: Zahir-al-Din Mohammad Babor Arxivləşdirilib 2017-11-17 at the Wayback Machine. In Encyclopaedia Iranica. Online Ed. December 1988 (updated August 2011). "BABOR, ZAHIR-AL-DIN MOHAMMAD (6 Mo?arram 886–6 Jomada I 937/14 February 1483–26 December 1530), Timurid prince, military genius, and literary craftsman who escaped the bloody political arena of his Central Asian birthplace to found the Mughal Empire in India. His origin, milieu, training, and education were steeped in Persian culture and so Babor was largely responsible for the fostering of this culture by his descendants, the Mughals of India, and for the expansion of Persian cultural influence in the Indian subcontinent, with brilliant literary, artistic, and historiographical results."
- ↑ The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
- ↑ Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
- ↑ Encyclopædia Britannica, "Timur" Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine, Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …
- ↑ G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)
- ↑ 1 2 B. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"
- ↑ 1 2 M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
- ↑ The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine
- ↑ G. Doerfer, "Chaghatay" Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine, in Encyclopædia Iranica
- ↑ Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1
- ↑ Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Babar
adlı istinad üçün mətn göstərilməyib - ↑ Khair, Tabish (6 January 2006). Other Routes: 1500 Years of African and Asian Travel Writing. Signal Books. p. 162. ISBN 1-904955-11-8.
- ↑ Lal, Ruby (25 September 2005). Domesticity and Power in the Early Mughal World. p. 69. ISBN 0-521-85022-3. "It was over these possessions, provinces controlled by uncles, or cousins of varying degrees, that Babur fought with close and distant relatives for much of his life."
- ↑ 1 2 Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. ss. 26–7. ISBN 0-06-050508-7.
- ↑ Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. pp. 26–7. ISBN 0-06-050508-7.
- ↑ "The Memoirs of Babur" Arxivləşdirilib 2019-10-21 at the Wayback Machine. Silk Road Seattle. University of Washington. Retrieved 2006-11-08. "After being driven out of Samarkand in 1501 by the Uzbek Shaibanids…"
- ↑ SAVORY, ROGER. ESMĀʿĪL I ṢAFAWĪ Arxivləşdirilib 2019-07-25 at the Wayback Machine
- ↑ Sicker, Martin (August 2000). The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege in Vienna. p. 189. ISBN 0-275-96892-8. "Ismail was quite prepared to lend his support to the displaced Timurid prince, Zahir ad-Din Babur, who offered to accept Safavid suzerainty in return for help in regaining control of Transoxiana."
- ↑ 1 2 Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 428–429. ISBN 8121903645.
- ↑ Satish Chandra, Medieval India:From Sultanat to the Mughals, Vol. 2, 28.
- ↑ Eraly 2007, p. 27–29.
- ↑ (Davis 1999, pp. 181, 183, 184 183)
- ↑ Butalia, Romesh C. The Evolution of the Artillery in India: From the Battle of Plassey to the Revolt of 1857, (Allied Publishing Limited, 1998), p. 16.
- ↑ Chandra, Satish. Medieval India: From Sultanat to the Mughals, Vol. 2, (Har-Anand, 2009), pp. 27–31.
- ↑ Szczepanski, Kallie. "The First Battle of Panipat" Arxivləşdirilib 2016-12-05 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9.
- ↑ Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 432–436. ISBN 8121903645.
- ↑ "Пакистан повторно испытал крылатую ракету". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ "Stamps in Honor of the Great Leader (in Uzbek)". Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine Uznews. 2008-02-08.
- ↑ "Grandeur and Eternity: Zahiriddin Muhammad Bobur in Minds of People Forever" Arxivləşdirilib 2013-05-22 at the Wayback Machine. Embassy of Uzbekistan in Korea.. 2011-02-22.