Baskend Emeliyyati - Wikipedia
Başkənd əməliyyatı — 1992-cü ilin avqustunda, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Başkənd, o cümlədən Gədəbəy rayonunun Mutudərə və Qasımağalı kəndlərinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Başkənd əməliyyatı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 6 avqust 1992 – 8 avqust 1992 (2 gün) | ||
Yeri |
Başkənd, Ermənistan Mutudərə və Qasımağalı, Gədəbəy, Azərbaycan |
||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Əsası XIX əsrdə qoyulan Başkənd sovet dövründə sərhəddən 18 kilometr (11 mil) uzaqlıqda, Azərbaycan ərazisi tərəfindən əhatələnmiş bir Ermənistan eksklavına çevrilmişdi. 6 avqust 1992-ci ildə erməni qüvvələri Başkənd ilə əlaqə qurmaq üçün Mutudərə və Qasımağalı kəndlərini işğal etmişdir. Növbəti gün Azərbaycan tərəfi əraziyə canlı qüvvə, artilleriya və tank bölmələri cəlb edir. 8 avqustda keçirilən əməliyyat Mutudərə və Qasımağalı işğaldan azad edilmiş, növbəti hədəf Başkənd olmuşdur. Ermənilərin ciddi müqavimətinə baxmayaraq, onlar həmin gün təslim olaraq kəndi təhvil vermişdir.
Zəmin
redaktəBaşkəndin əsası 1845-ci ildə qoyulmuşdur.[1] İlk adı Başkənd olan kəndin[2] adı 1890-cı ildə dəyişdirilərək Arsvaşen adlandırılmışdır.[1] Sovet dövründə Başkənd Ermənistanın Azərbaycan–Ermənistan sərhədindən 18 kilometr (11 mil) aralıda yerləşən eksklavına çevrilmişdi.[3] [4] Təqribən 50 kv. metkilor (5,000 ha) ərazini əhatə edən kənddə[5] 1991-ci ildə 3 minə yaxın erməni yaşayırdı.[6]
1991-ci ilin mayında Ermənistan Daxili İşlər Nazirliyi Başkənd sakinlərinin Çaykənd əməliyyatı çərçivəsində hansısa bir əməliyyatın qarşısını almaq üçün silahlarını təhvil verməsi barədə məlumat yaymışdır.[7] 1992-ci ilin yayında Azərbaycan qüvvələri Qarabağda böyükmiqyaslı əməliyyata başlamışdır. Goranboy əməliyyatı çərçivəsində Ağdərə işğaldan azad edilmiş, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin təxminən 40%-nə nəzarəti bərpa etmişdir.[8] ATƏT-in Minsk Qrupunun təklifi ilə Azərbaycan 9 iyul 1992-ci ildə 30 günlük atəşkəsə razı olmuş, lakin Ermənistandan cavab gəlməmişdir. 5 avqustda 60 günlük atəşkəs təklif edilmişdi. Ermənistan tərəfi bunu dərhal qəbul etsə də, Azərbaycandan cavab gəlməmişdir.[9] Azərbaycanın ATƏT-in Minsk Qrupundakı nümayəndə heyətinin üzvü Nadir Mehdiyev münaqişəyə son qoymaq üçün bir sıra təkliflərlə çıxış etmişdi. 7–8 avqust tarixlərində Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri Nadir Mehdiyev və David Şahnəzəryan Rusiya Xarici İşlər Nazirliyinin binasında görüşdülər. Növbəti gün saziş layihəsi təsdiq olunmaq üçün Bakı və İrəvana göndərilmişdi.[10]
Döyüş
redaktə5 avqust 1992-ci ildə Çəmbərək və Başkənd ətrafında döyüşlər baş vermişdir.[11] Növbəti gün Ermənistan Silahlı Qüvvələri Başkənd ilə əlaqə yaratmaq üçün Gədəbəy rayonunun Mutudərə və Qasımağalı kəndlərini işğal edir. Növbəti gün İsgəndər Aznaurovun artilleriya bölmələri və Eldar Salmanovun rəhbərlik etdiyi tankçılar bölüyü əraziyə cəlb olunur.[12] Planlaşdırılan əməliyyatlara xüsusi təyinatlı qüvvələr də cəlb edilir.[13]
Azərbaycanın hücum əməliyyatı 8 avqustda başlayır.[13] Dilqəm Əliyevin komandanlığındakı qüvvələr Mutudərə və Qasımağalı kəndlərini işğaldan azad edir. Qalan azərbaycanlı qüvvələr Başkəndə doğru irəliləyir.[12] Azərbaycan qüvvələri Ermənistan Daxili İşlər Nazirliyinin sərhəd alayının bölmələrini anklavdan qovaraq kəndi azad edir,[13][14] lakin Ermənistan mənbələri yerli əhalinin təslim olaraq kəndi Azərbaycana təhvil verdiyini bildirir.[15]
Nəticə
redaktəAzərbaycan mənbələri döyüş zamanı 300 erməni hərbçisinin öldürüldüyünü, bir neçə tankın məhv edildiyini bildirmişdir. Ermənistan mənbələri döyüş zamanı erməni tərəfindən ölüm halının olmadığını qeyd etmiş, lakin 29 nəfərin itkin düşdüyünü əlavə etmişdir.[16] Kəndin erməni əhalisi məcburi olaraq Ermənistana köçmüş, əsasən Çəmbərəkə yerləşdirilmişdir.[4] Başkənd erməniləri həmçinin, azərbaycanlı sakinlərinin qovulduğu Cıvıxlı kəndinə,[1] o cümlədən Qubadlı və Zəngilan rayonlarına da köçmüşdür.[17] Arsvaşenin adı dəyişdirilərək yenidən Başkənd adlandırılmışdır.[5][18] 1992-ci ildən sonra kəndin sakinləri azərbaycanlılardan ibarətdir.[6]
Ermənistan Prezidenti Levon Ter-Petrosyan 10 avqustdakı çıxışında Azərbaycanı Ermənistan Respublikası ilə elan olunmamış müharibəyə başlamaqda günahlandırmışdı. O, kömək üçün Müstəqil Dövlətlər Birliyinin digər üzvlərinə də müraciət etmişdi.[16] Başkənd Dağlıq Qarabağ münaqişəsi zamanı xarici qüvvə tərəfindən ələ keçirilən eksklavlardan biridir. Azərbaycanın Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[19]
Bu məsələ İkinci Qarabağ müharibəsindən sonra gündəmə gəlmiş, yeni mübahisələrə səbəb olmuşdur.[3] 2021-ci ildə keçirilən seçkilər zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Başkəndin Azərbaycanın işğal altında olan eksklavları ilə dəyişdirilməli olduğunu bildirmişdi.[20]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Kizlinq, 2009. səh. 31
- ↑ Sukiasyan, 2021
- ↑ 1 2 de Vaal, 2021
- ↑ 1 2 IWPR, 2011
- ↑ 1 2 Yunusov, 2005. səh. 48
- ↑ 1 2 HRW, 1994. səh. 92
- ↑ Reuters, 1991
- ↑ Kazimirov, 2014. səh. 56
- ↑ Kazimirov, 2014. səh. 386
- ↑ Kazimirov, 2014. səh. 73
- ↑ Middle East Journal, 1993
- ↑ 1 2 Güneyli, 2020
- ↑ 1 2 3 Jiroxov, 2012. səh. 263
- ↑ Ruqman, 1992. səh. 6
- ↑ Bədəlyan, 2019
- ↑ 1 2 Reuters, 1992
- ↑ ATƏT, 2005. səh. 18–19
- ↑ Kazimirov, 2014. səh. 368, 543
- ↑ PCGN, 2021. səh. 4
- ↑ İsayev, 2021
Ədəbiyyat
redaktə- Kazimirov, Vladimir. Peace to Karabakh. Russia's Mediation in the Settlement of the Nagorno-Karabakh Conflict (ingilis). Moskva: VES MIR. 2014. ISBN 978-5-7777-0568-6.
- Kizlinq, Con Bredi. Rediscovering Armenia (ingilis). İrəvan: Tigran Mets. 2001. ISBN 9993052280.
- "Cold Comfort for Displaced Armenian Villagers". Institute for War and Peace Reporting (ingilis). 12 fevral 2011.
- de Vaal, Tomas. "Unfinished Business in the Armenia-Azerbaijan Conflict" (ingilis). 11 fevral 2021. 13 yanvar 2022 tarixində arxivləşdirilib.
- Jiroxov, Mixail. Семена распада. войны и конфликты на территории бывшего СССР (rus). Moskva: BHV-Peterburg. 2012. ISBN 978-5-9775-0817-9.
- Ruqman, Conatan. "'Turkish troops 'not helping Azeris'". The Guardian (ingilis). London. 13 avqust 1992 – Newspaper.com vasitəsilə.
- "Chronology July 16, 1992-October 15, 1992". Middle East Journal (ingilis). Middle East Institute. 47 (1). 1993. JSTOR 4328531.
- "Soviet Army Is Reported to Attack And Occupy 2 Armenian Villages". Reuters (ingilis). 10 may 1991. 11 oktyabr 2021 tarixində arxivləşdirilib – The New York Times vasitəsilə.
- Sukiasyan, Hamo. "The process of drawing the borders between Armenia and Azerbaijan in the 1920s". Heinrich-Böll-Stiftung (ingilis). 6 iyul 2021. 29 noyabr 2021 tarixində arxivləşdirilib.
- "Armenia Seeks Help in Fighting Azerbaijan". Reuters (ingilis). 10 avqust 1992. 28 noyabr 2021 tarixində arxivləşdirilib – The New York Times vasitəsilə.
- Fate of ex-Soviet exclaves uncertain in the wake of Armenia-Azerbaijan war. Eurasianet (ingilis). 29 iyul 2021. 24 noyabr 2021 tarixində arxivləşdirilib.
- Report of the OSCE Fact-Finding Mission (FFM) to the Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh (PDF) (ingilis). Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 2005.
- Bədəlyan, Naira. "Former residents of Artsvashen village seized by Azerbaijan held a protest rally in front of the government". Arminfo (ingilis). 5 dekabr 2019. 2021-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
- Yunusov, Arif. Karabakh: Past and Present (ingilis). Bakı: Turan İnformasiya Agentliyi. 2005. ISBN 950021135811.
- Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh (ingilis). Human Rights Watch, Helsinki Watch. 1994. ISBN 9781564321428.
- Toponymic Factfile, Azerbaijan (PDF). Permanent Committee on Geographical Names (ingilis). Müdafiə Nazirliyi. yanvar 2021.