Qasimagali - Wikipedia
Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Qasımağalı | |
---|---|
40°38′ şm. e. 45°26′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2128[1], Az 2128 |
Nəqliyyat kodu | 21 |
Toponimikası
redaktəQasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır.[4]
Tarixi
redaktəSSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır.
1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər
İlkin tarixi
redaktəQasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır. Hal-hazırda kənddə iki nəslin nümayənələri yaşayır ki, bunları da qohumluq əlaqələri birləşdirir. Belə ki, Kalveyi Məmməd adlı ağa Eyyub bəyin qızı ilə evlənib və bu kənddə yerləşib, onun nəsli Sadıxlılar adlanır. Eyyub bəyin oğlanları Əliş bəy (1937-ci ildə Nargində güllələnib), Bağır bəy, Süleyman bəy və onların uşaqları bu kəndin əsas sakinləridi. Kəndin sakinlərindən biri söyləyir ki, Qazaxın Çaylı kəndinə toya getmişdim, buradakı uşaqların adları bizim adlarımızla eyni idi, bir yaşlı qadın mənim Qasımağalıdan olduğumu biləndə, bu uşaqlarla siz eyni kökdənsiniz, dedi… onların da soyadları Eyyubov idi.[mənbə göstərin]
Coğrafiyası və iqlimi
redaktəKəndin ətrafındakı yer adları əhalinin maldarlıqla məşğul olduğunu təsdiqləyir: Cöngə dağı, Camışölən, Qancıquçan və s.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əhalisi
redaktəTanınmış şəxsləri
redaktə- Osman Fərmanoğlu — Şair, pedoqoq.
- Oruc İsgəndərov (1965–2017) — Fizika üzrə fəlsəfə doktoru.
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ Qasımağalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |