Bagdad Qalasi - Wikipedia
Bağdad qalası — indiki İraqın Bağdad şəhərində Abbasi xəlifələri tərəfindən tikilmiş qala. Səlcuqi sultanı Məlikşah tərəfindən bura bəzi əlavələr edilərək tamamlanmış, xəlifə Müstəhzirin təmiri ilə son şəklini almışdır. 1518-ci ildə Zülfüqar xan, 1534-cü ildə I Süleyman, 1587-ci ildə Cığalazadə Sənan paşa, 1639-cu ildə IV Murad, 1648–1649-cu illərdə Dərviş Mehmed Paşa, 1648–1649-cu illərdə Mələk Əhməd Paşa, 1690-cı ildə Bezirqan Əhməd Paşa və Böyük Süleyman Paşa tərəfindən təmir edilən çöl qala[1][2][3][4][5] 1869–1871-ci illərdə Midhət Paşa tərəfindən şəhərin genişlənməsi səbəbindən sağıdılmışdır. 1534-cü ildə inşa edilən daxili qala 1647-ci ildə Musa Paşa, 1667-ci ildə Kethüda Yəhya Ağa, 1748-ci ildə Kəsriyəli Əhməd Paşa, 1763-cü ildə Qara Mustafa Paşa tərəfindən təmir edilmişdir. Bu gün Bağdad qalasından Babül Vüstanidən başqa əsər-əlamət qalmayıb.[6] Bağdadın qərb tərəfində Quş qala kimi tanınan kiçik bir qala da var idi.
Bağdad qalası |
---|
Bağdadın şərq tərəfini qövs kimi əhatə edən divarların uzunluğu 20 kilometr idi. Sarayın və dövlət idarələrinin yerləşdiyi daxili qala daha kiçikdir və Kərh körpüsünün başında tikilmişdir.
İstinadlar
redaktə- ↑ بشير يوسف فرنسيس، موسوعة المدن والمواقع في العراق، ج2، ص767
- ↑ واليس بودج، رحلات إلى العراق، ص58.
- ↑ كليمان هوارت، خطط بغداد، ترجمة: ناجي معروف، بغداد ، 1961م، ص2.
- ↑ عباس العزاوي، موسوعة تاريخ العراق بين إحتلالين، ج4، ص239.
- ↑ عماد عبد السلام رؤوف، الحياة الإجتماعية في العراق أيام عهد المماليك، ص69.
- ↑ مجلة سومر (العراقية)، دائرة الآثار والتراث، بغداد، ج1وج2، مج45، 1987-1988م، ص314.