I Meliksah - Wikipedia
I Məlikşah (tam adı: Sultan Cəlalüddövlə vəd-din Muizzuddin Əbul-Fəth Məlikşah; d. 1055 — v. 1092) — Böyük Səlcuqlu dövlətinin sultanı (1072–1092).
Məlikşah | |
---|---|
Sultan Cəlalüddövlə vəd-din Muizzuddin Əbul-Fəth Məlikşah | |
| |
1072 – 1092 | |
Əvvəlki | Alp Arslan |
Sonrakı | I Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Fəaliyyəti | suveren[d] |
Atası | Alp Arslan |
Həyat yoldaşları | Türkan xatun, Zübeydə xatun, Başulu xatun |
Uşaqları |
oğlanları Börkiyaruq Mahmud Məhəmməd Təpər Əhməd Səncər Davud Əhməd; qızları: Mah Mələk xatun Gövhər xatun Sitarə xatun Türkan xatun İsmah xatun |
Ailəsi | Səlcuqlular |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəlikşah 1055-ci ildə Bəlxdə anadan olub. Atası Alp Arslan Məlikşahın qabiliyyətli bir uşaq olduğunu gördüyünə görə onunla daha yaxından maraqlanmağa başlayıb. Məlikşahın vəliəhd təyin edilməsində şübhəsiz ki, anasının Qaraxani xanədanına mənsub bir xanzadə olması da mühüm rol oynamışdır. Elə bu səbəbdən Alp Arslan 1072-ci ildə Məlikşahı öz vəliəhdi təyin edib. Beləliklə 1072-ci ildə Alp Arslanın ölümündən sonra Məlikşah hökmdar olub.[1]
Məlikşah taxta çıxdıqdan sonra Qəznəvilər və Qaraxanlılar Səlcuq dövlətinin torpaqlarına hücum etdilər. Başqa bir tərəfdən əmisi Kavurd bəy Səlcuq taxtının həm də onun haqqı olduğu iddiasıyla Məlikşaha qarşı üsyan qaldırdı. Kavurdun üsyanı vəzir Nizamülmülk tərəfindən basdırıldı. Məlikşah ordusuyla Qaraxanlılara hücum etdi və işğal olunmuş torpaqları azad etdi.
Məlikşah 3 dəfə Gürcüstana səfər edərək Gürcü kralına Böyük Səlcuq Dövlətinin hakimiyyətini qəbul etdirdi. Bundan başqa Məlikşah dövründə Səlcuqların sərkərdələri Suriya, Fələstin və Yəməndə fəthlər həyata keçirdilər.
Abbasi Xəlifəsi 1087-ci ildə Bağdada gələn Məlikşaha müxtəlif hədiyyələr verərək onu şərqin və qərbin sultanı elan etdi.
Qaraxanlı hökmdarının Səlcuq torpaqlarına yenidən hücumu nəticəsində Məlikşah ordusuyla birgə ilk əvvəl Qərbi Qaraxanlını, daha sonra isə Şərqi Qaraxanlını Böyük Səlcuq dövlətinin tərkibinə qatdı.
Beləliklə Böyük Səlcuqların 1085-ci ildə Diyarbəkiri ələ keçirmələri nəticəsində Mərvanilər dövləti süqut etdi. Bir il sonra isə Suriya səfərinə çıxan Məlikşah Urfa, Menbic və Hələb qalalarından sonra Antalyada Aralıq dənizinə qədər gəldi. Burada namaz qılaraq, Allahına şükür edən Sultan, dəniz sahilindən götürdüyü qumu İrana aparıb, atası Alpaslanın qəbrinə səpərək belə dedi: "Atacan, bax sənə müjdə gətirmişəm. Hələ balaca uşaq olaraq qoyub getdiyin oğlun, Allahın izniylə dünyanı başdan ayağa ələ keçirdi".
Məlikşah dövründə Böyük Səlcuq Dövlətinin sərhədləri Aralıq dənizindən Mərmərə dənizinə kimi oradan Qaşqara, Qaşqardan Yəmənə qədər uzanırdı. Bundan başqa Məlikşah elmə və alimlərə çox dəyər vərən bir sultan idi. O, Gazali, Mahmud Kaşğari, Ömər Xəyyam kimi alim və şairləri himayə etdi. Bağdadda Sultan Məlikşah mescidini inşa etdirdi. İsfahanda rəsədxana, müxtəlif yerlərdə körpülər saldırıb, mədrəsələr tikdirdi.
1074-cü ildə qəbul etdiyi Cəlali təqvimiylə, ticarət mallarından alınan vergilərin bəzilərini ləğv etdi. Həcc yollarında su quyuları qazdırdı və bu yolların təhlükəsizliyini təmin etdirdi.
Sultan Məlikşahin hədəfi Şimali Afrikanı tamamilə İslam birliyi içinə almaqdı. Ancaq bu əməlinə nail olmadan xəstələnərək 1092-ci ildə bu dünya ilə əbədilik vidalaşdı.
Sultan Məlikşah iyirmi illik hökmdarlıq dövründə dövlətin sərhədlərini Kaşqardan Qərbi Anadoluya və Qafqazdan Yəmənə qədər genişləndirdi.
O orta boylu, enli kürəkli və ağ üzlü idi. Böyük bir dövlətin hökmdarı olmasına baxmayaraq, sakit təbiətli idi. Sarayda hər zaman alimlərlə həmsöhbət olur, onların qiymətli fikirlərinə qulaq asırdı.
Məlikşah bütün Səlcuq ölkələrini abadlaşdıraraq, xalqını rifaha qovuşdurdu. Vəzir Nizamülmülk onun haqqında belə deyir: "Məlikşah çox dindardır. Alimlərə hörmət edən, kasıblara yardım edən, xalqına ədalət bəxş edən bir cahan hökmdarıdır"