Bmv - Wikipedia
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW — baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır.
BMW | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Məhsulları | avtomobil, Motosiklet, Elektrik avtomobili |
Təsis tarixi | 7 mart 1916 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Land Rover, Mini (avtomobil modeli) |
bmw.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir.
İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.
Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu.
1922-ci ildə BMW Münhendə özünün bugünkü əsas binasını tikir. (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir).
1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır.
1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır — Dixi.
1934-cü ildə Şirkət ayrılır. Təyyarə mühərriklərinin istehsalı müstəqillik qazanır. BMW Flugmotorenbau GmbH bir şirkət olaraq ayrılır.
1936-cı ildə BMW şirkəti 2 litrlik mühərrikli BMW 328 istehsalına başlayıb. Bu maşın o zaman Berlində keçirilmiş Olimpiya yarışlarında Avropada idman avtomobilləri sinifində ən böyük müvəffəqiyyət əldə etmişdir.
1939-cu ildə BMW şirkəti Berlin-Şpandauda yeni Brandenburgische Motorenwerke şirkətini alır və onunla birlikdə Berlin yaxınlığındakı Basdorf və Sülsdorfda xüsusiləşdirilmiş zavodlara sahib olur.
İkinci dünya müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tədbiq edildi.
Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi.
1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motosiklet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir — BMW 501.
1955 — BMW Triebwerk GmbH şöbəsi yenidən fəaliyyətə qayıdır. Şirkət təyyarə mühərriklər üzərində mütəxəssisləşir. Isetta modeli ilə şirkət kiçik avtomobillət klasının tarixini başladır.
1956 — İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.
1959 — BMW şirkəti satışa çıxarılır.
1965 — BMW Triebwerkbau GmbH şöbəsi satılır və sonrakl 25 il ərzində şirkət təyyarə mühərriklərini düzəltməkdən imtina edir.
1974 — BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.
1980 — ABS sisteminin sənaye istehsalatı və Formula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motosiklləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.
Modelləri
redaktəBMW SIBER
BMW ULTIMATE
BMW ISETTA
BMW 600
BMW 2002
BMW NEW SIX
BMW NEW CLASS
BMW 501
BMW 503
BMW 507
BMW 700
BMW 1 Seriyası
BMW 2 SERIES
BMW 3 Seriyası
BMW 4 Seriyası
BMW 5 Seriyası
BMW 6 Seriyası
BMW 7 Seriyası
BMW 8 Seriyası
BMW X Seriyası
BMW Z Seriyası
BMW M Seriyası
BMW İ Seriyası
Fəaliyyəti
redaktəHal-hazırda BMW dünyanın ən iri avtomobil istehsal edən şirkətlərindən biridir. MİNİ, Rolce-Royce şirkətlərin səhmlərinə malikdir. Təkcə ötən 2005-ci ildə dünyada 1,3 mln. BMW avtomobilləri satılmışdır. Bunun nəticəsində ümumi gəiliri 55,3 mlrd, xalis gəlir isə 2,7 mlrd. olmuşdur.
Hal-hazırda BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.
Azərbaycandakı rəsmi distrubütoru isə "İmprotex Motors"dur.
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- BMW International
- BMW TARİXİ Arxivləşdirilib 2006-12-28 at the Wayback Machine