Azadliq Meydani Baki - Wikipedia
Azadlıq meydanı — Bakının ən böyük meydanı, SSRİ dövründə Lenin meydanı adlanırdı.[1]
Azadlıq meydanı | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Səbail rayonu |
metro | Sahil, 28 May |
Əvvəlki adı | Lenin meydanı |
Tarixi
redaktə1952-ci ildə Bakının mərkəzində Hökumət Evinin tikintisindən sonra, meydanın salınmasına başlanıb. 1960-1970-ci illərdə salınmış meydanın qarşısında Leninin heykəli ucalırdı.
Meydan hərəkatı
redaktəİlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başladı. 20 yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edildi. Daha sonra isə rəsmiləşdirildi. Meydanın qarşısında Hökumət evinin fasadında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır[2].
1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi komitənin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı.