Azerbaycan Respublikasi Milli Arxiv Idaresi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi[1].
Milli Arxiv İdarəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2 dekabr 2002 |
Əvvəlki qurum | Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Baş qərargah | |
Ünvan | Bakı, Ziya Bünyadov pr. 3 AZ1106 |
Rəhbərlik | |
Rəhbər | Əsgər Rəsulov |
|
|
Rəsmi saytı | milliarxiv.gov.az |
Tarixi
redaktəArxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.
1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.
1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.
1938-ci ildə bütün sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir.
1960-cı ildə keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi arxiv təşkilatları respublikamızda da daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyinə verilir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır. 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.
SSRİ dağıldıqdan sonra keçmiş partiya arxivi Baş Arxiv İdarəsinin sərəncamına verilərək Nazirlər Kabinetinin qərarı ilə onun bazasında Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi yaradılır.
Müstəqillik dövrü
redaktəBu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
Beynəlxalq Əlaqələr
redaktə1996-cı ildə Baş Arxiv İdarəsi YUNESKO yanında Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul edildi. Arxivlərimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin arxivləri ilə yanaşı bir sıra qonşu ölkələrin arxivləri, xüsusilə Türkiyə və İran arxivləri ilə geniş əlaqələr yaratdı. Bu gün ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, İran, Belçika, Polşa və başqa ölkələrdən olan tədqiqatçılar respublikamızın arxivlərində saxlanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən geniş istifadə edirlər.
Milli arxiv fonduna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri, kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir.
Xronologiya
redaktə- 1920-ci ildə Azərbaycanda "Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında" dekret imzalanmışdır.
- 1921-ci ildə Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə başladı.
- 1922-ci ildə Mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur.
- 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Mərkəzi arxivi yaranır.
- 1928-ci ildə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.
- 1930-cu ildə Arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılmasıüçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçininsiyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında Respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.
- 1938-ci ildə Azərbaycanda arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir.
- 1960-cı ildə Arxiv təşkilatları daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan Respublikası Nazirlər Sovetinin tabeliyinə verilir.
- 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılır.
- 1968-1969-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.
- 1999-cu ildə «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilir.
- 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaradılır.
Hazırda Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
Vəzifələri
redaktə- Arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;
- Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan, özündə xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, mədəni, bədii və başqa əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən və Azərbaycana aid tarixi, mədəni irslə bağlı arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini təmin etmək;
- Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, uçotu və istifadəsinin vahid prinsiplərinin hazırlanmasında iştirak etmək;
- Bilavasitə İdarəyə tabe olan dövlət arxivlərinin və dövlət arxivinin filiallarının işlərini əlaqələndirmək və onların fəaliyyətini təmin etmək;
- Respublikada arxiv işinin inkişafını və bu sahədə elmi-texniki tərəqqini tənzimləmək, dövlət arxivlərinə, idarə və qeyri-dövlət arxivlərinə metodiki kömək göstərmək;
- Azərbaycan Respublikasının dövlət orqanlarında arxiv işinin təşkilini əlaqələndirmək;
- Respublikada arxiv işinin vəziyyətini təhlil etmək, sahə xüsusiyyətlərini nəzərə alaraq, onun inkişafının konsepsiya və strategiyasını hazırlamaq;
- Azərbaycan Respublikası Milli arxiv fondunun mərkəzləşdirilmiş dövlət uçotunu aparmaq, onun tərkibi və məzmunu haqqında məlumatlar hazırlamaq;
- Arxiv işi sahəsində beynəlxalq əlaqələr yaratmaq, bu sahədə xarici ölkə arxivlərinin iş təcrübəsini öyrənmək və yaymaq;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə İdarəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək;
- Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA)
- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA)
- S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (ARDƏİA)
- Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi (ARDETSA)
- Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (ARDKFSA)
- Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (ARDSYA)
ARDETSA
redaktəAzərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi (qısaca: ARDETSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri[2]
Tarixi
redaktəAzərbaycan SSR Dövlət Elmi-Texniki və Tibbi Sənədlər Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 mart tarixli qərarına əsasən arxivdə saxlanılan tibbə aid sənədlər sonradan Azərbaycan Respulikası Dövlət Arxivinə verilmiş və hazırda o, Azərbaycan Respublikası Dövlət Elm vəTexnika Sənədləri Arxivi kimi fəaliyyət göstərir. Arxivdə 1870-2005-ci illərə aid 149 fond üzrə 180.573 iş saxlanılmaqdadır.
Direktorlar
redaktə- Şahsuvar Həşimov-1969 -2019
- Fazil Abbasov-2019-Hal-hazıradək
Haqqında
redaktəArxivdə saxlanılan şəxsi fondların çoxsaylı sənədləri təsdiq edir ki, ötən illər ərzində Azərbaycanda geniş məzmunlu elmi tədqiqat işləri aparılmış, hər bir alim öz fəaliyyəti zamanı dünyanın müxtəlif elm xadimləri və elmi müəssisələri ilə əlaqədə olmuşdur. Buna görə də bu dövrdə qiymətli elmi tədqiqat işləri aparmaqla yanaşı, həm də yeni elmi müəssisələr yaradaraq ona rəhbərlik etmiş, yeni elmi istiqamətlərin yaradıcısı kimi çıxış etmiş alim və mühəndislərin şəxsi fondlarında cəmləşmiş sənədlər Azərbaycan tarixinin müxtəlif mərhələlərində həyata keçirilmiş elmi ideyaların müasir tələblər baxımından öyrənilməsi üçün əsas mənbə ola bilər. Arxivdə yaradılmış elmi məlumat aparatı əsasən mövzu və annotasiyalı kataloqlardan, siyasi, xalq təsərrüfatı, tarixi və elmi əhəmiyyətli elmi-texniki və bununla bağlı olan idarəçilik sənədlərinin siyahılarından, fond və mövzu xülasələrindən, mövzu siyahılarından ibarətdir.
Sahələri
redaktə- Neft hasilatı və neft maşınqayırıma sənayesi;
- Neftayırma və neftkimya sənayesi;
- Energetika;
- Nəqliyyat tikintisinin inkişafı;
- Su təsərrüfatı;
- Tikinti işləri;
- Ərzaq sənayesi;
- Texnika elmləri;
- Neft-kimya prosesləri və neftayırma sənayesi.
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilən elm və texnika sənədlərinin fondları respublikada xalq təsərrüfatının sahələri üzrə qruplaşdırılımışdır.[3]
Maliyyələşməsi
redaktəAzərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşir[2].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
- ↑ 1 2 3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Milli Ensiklopediyas" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.