Fazil Abbasov - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990).
Fazil Abbasov | |
---|---|
Fazil Eyvaz oğlu Abbasov | |
Doğum tarixi | 8 dekabr 1950 (74 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
İş yeri |
|
Təhsili |
Həyatı
redaktəFazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir.[1]
Fəaliyyəti
redaktəF. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur).[1]
Tədqiqatları
redaktəTədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 19. ISBN 978-9952-441-02-4.