Axund Mustafa Talibzade - Wikipedia
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə (1842, Sarvan – 1903, Tiflis) — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini.
Axund Mustafa Talıbzadə | |
---|---|
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə | |
Doğum tarixi | |
Doğum yeri | Sarvan, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Uşaqları | Abdulla Şaiq, Yusif Ziya Talıbzadə |
Fəaliyyəti | axund |
Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası.
Həyatı
redaktəMustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub[1]. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb.[2]
1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib.[3] 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb.[3]
Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini,[4] sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub.[5][6]
1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.[7]
1903-cü ildə vəfat edib, Tiflis müsəlman qəbiristanlığında dəfn olunub.[2]
Ailəsi
redaktəAxund Mustafa Talıbzadə Mehri xanım Cəfər qızı ilə ailə qurub. Bu evlilikdən 1877-ci il yanvarın 22-də Yusif , 1881-ci il fevralın 12-də Abdulla adlı oğulları, 1884-cü il iyulun 22-də isə Ruqiyə adlı qızları dünyaya gəlib.[2]
Oğlu Yusif Ziya Talıbzadə pedaqoq, siyasətçi, dramaturq, hərbçi olub.[8] Balkan müharibələrində,[9] Birinci Dünya müharibəsində,[10] Bakı döyüşündə[11] və Basmaçı hərəkatında iştirak edib.[12] Naxçıvanın hərbi komissarı olub.[13]
Oğlu Abdulla Şaiq Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, yazıçı olub.[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Abdulla Şaiq. Xatirələrim. Bakı: XAN nəşriyyatı. 2015. səh. 12. ISBN 978-9952-405-56-9.
- ↑ 1 2 3 Nazim Nəsrəddinov. "Maarif fədaisi - Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə" (az.). modern.az. 2011-11-22. Archived from the original on 2022-12-27. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 19.
- ↑ "Abdulla Şaiqin Trəcümeyi halı" (az.). abdullashaig.az. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ Əyyub Qiyas. "Ülkər Talıbzadə: "Nəinki mən, məndən əvvəlki, məndən sonrakı nəsil də bu şeirlərlə böyüyüb"" (az.). Ədəbiyyat qəzeti. 2020-09-07. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-27.
- ↑ Nəzmin Cəfərov. "Abdulla Şaiq: Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır" (az.). science.gov.az. 2021-02-21. Archived from the original on 2021-10-25. İstifadə tarixi: 2022-12-27.
- ↑ Sarvan M. Borçalı alimləri. Bakı: Azərbaycan Milli Ensiklopediyası. 2001. səh. 425.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 60.
- ↑ Cafer Mustafalı. "Türk dünyasnının şerefli bir kahramanı: kafkasyalı Yusuf Ziya Talıbzade" (türk). kafkassam.com. 2018-10-19. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 6. ISBN 978-9952-514-77-3. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ Əhməd Zəki Vəlidi Toğan. Hatıralar: Türkistan ve Diğer Müslüman Doğu Türklerinin Milli Varlık ve Kültür Mücadeleleri. İstanbul. 1969. səh. 407.
- ↑ Həsən Həsənov. Nəriman Nərimanov Milli dövlətçilik baxışları və fəaliyyəti (PDF). Bakı: Elm . 2005. səh. 37. ISBN 5 – 8066 – 1718 – 1. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-27.
- ↑ Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 14. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-27.