Borcali Qezasi - Wikipedia
Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir.[1]
Borçalı qəzası | |
---|---|
Борчалинский уезд | |
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Tiflis quberniyası |
Mərkəzi | Şüləver |
Yaradılıb | 1880 |
Ləğv edilib | 1929 |
Sahəsi | 5 938,5 |
Əhalisi | 128 587 (1897) |
Xəritə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.
Coğrafiya
redaktəBorçalı qəzası yaradılmışdır . Qəza Lori, Borçalı, Trialeti və Yekaterinenfeld nahiyələrindən ibarət olmuş
Ərazisi
redaktə- 1835-ci ilə aid məlumata əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasının ərazisi 6.000 verst² idi.[2] Bu ümumi ərazisi 40.000[2] verst² olan Gürcüstan quberniyası ərazisinin təxminən 15 %-nə bərabər idi.
- 1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası 6036.96 verst² ərazini əhatə edirdi.[3] Bu göstərici Tiflis quberniyasının 35904.14[3] verst² olan ümumi ərazisnin təxminən 17 %-nə bərabər idi.
- 1 yanvar 1926-cı il tarixinə olan məlumata əsasən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkib hissəsi olan Gürcüstan Sovet Sosialist Respublikasının Borçalı qəzası 2.348 km² ərazini əhatə edirdi.[4] Bu göstərici Gürcüstan Sovet Sosialist Respublikasının 51.739[4] km² olan ümumi ərazisinin 4.54 %-nə bərabər idi. BSE-nin I nəşri, VII cildində verilən məlumata əsasən isə Borçalı qəzası 2.970 km² ərazini əhatə edirdi.[5]
Əhali
redaktə- 1804-cü ildə rus ordusunun apardığı kameral siyahıyaalmaya əsasən Rusiya İmperiyası himayəsində olan Kartli-Kaxeti çarlığının Borçalı distansiyasında 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.[6] Onların 16.195 nəfərini (7.832 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) qara papaq turkleri (azərbaycanlılar) təşkil edirdi.[7]
- 1835-ci ilə olan məlumata əsasən Borçalı distansiyasında hər iki cinsdən toplam 25 min nəfər əhali yaşayırdı.[2]
Etnik tərkib
redaktə1886-cı il
redaktəŞöbə - İcma - Kənd | Əhali | Azərbaycanlılar | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şöbə | İcma | Kənd | Ailə | Kişilər | Qadınlar | Hər iki cins | Ailə | Kişilər | Qadınlar | Hər iki cins | Nisbəti |
Borçalı | 3 022 | 10 955 | 8 154 | 19 109 | 2 046 | 7 150 | 5 227 | 12 377 | 64.77% | ||
Baydar | 295 | 1 001 | 858 | 1 859 | 294 | 1 000 | 858 | 1 858 | 99.95% | ||
Baydar | 55 | 218 | 192 | 410 | 54 | 217 | 192 | 409 | 99.76% | ||
Böyük Bəylər | 18 | 39 | 21 | 60 | 18 | 39 | 21 | 60 | 100% | ||
Bala Bəylər | 12 | 28 | 40 | 68 | 12 | 28 | 40 | 68 | 100% | ||
Gültəpəli | 21 | 49 | 46 | 95 | 21 | 49 | 46 | 95 | 100% | ||
Qurdlar | 77 | 309 | 258 | 567 | 77 | 309 | 258 | 567 | 100% | ||
Lecbəddin | 42 | 152 | 148 | 300 | 42 | 152 | 148 | 300 | 100% | ||
Böyük Muğanlı | 52 | 152 | 109 | 261 | 52 | 152 | 109 | 261 | 100% | ||
Qırıxlı Muğanlı | 18 | 54 | 44 | 98 | 18 | 54 | 44 | 98 | 100% | ||
Görarxı | 296 | 1 153 | 940 | 2 093 | 296 | 1 153 | 940 | 2 093 | 100% | ||
Görarxı | 231 | 894 | 741 | 1 635 | 231 | 894 | 741 | 1 635 | 100% | ||
İvanbəyli | 65 | 259 | 199 | 458 | 65 | 259 | 199 | 458 | 100% | ||
Dəmirçihəsənli | 451 | 1 738 | 1 201 | 2 939 | 451 | 1 738 | 1 201 | 2 939 | 100% |
1897-ci il
redaktəAna dili | Kişilər | Qadınlar | Toplam | Nisbəti |
---|---|---|---|---|
toplam | 70 501 | 58 086 | 128 587 | 100 % |
ermənicə | 24 986 | 22 437 | 47 423 | 36.88 % |
azerbaycan turkcesi | 20 779 | 16 963 | 37 742 | 29.51 % |
yunanca | 11 074 | 10 319 | 21 393 | 16.64 % |
rusca | 4 465 | 3 624 | 8 089 | 6.29 % |
gürcücə | 4 771 | 3 069 | 7 840 | 6.10 % |
almanca | 1 231 | 1 265 | 2 496 | 1.94 % |
ukrayınca | 996 | 245 | 1 241 | * |
osetincə | 616 | 12 | 628 | * |
avar-andi | 240 | ... | 240 | * |
türkcə | 143 | 19 | 162 | * |
yəhudicə | 125 | 28 | 153 | * |
talışca | 151 | ... | 151 | * |
farsca | 120 | 1 | 121 | * |
kürdcə | 61 | 47 | 108 | * |
italyanca | 86 | 20 | 106 | * |
kürəcə | 101 | 1 | 102 | * |
litovca | 53 | 1 | 54 | * |
qazı-qumuxca və d.l.l. | 53 | ... | 53 | * |
dargicə | 27 | ... | 27 | * |
belorusca | 19 | ... | 19 | * |
aysor (siro-xaldey) | 19 | ... | 19 | * |
imereti | 16 | 1 | 17 | * |
çeçencə | 8 | ... | 8 | * |
fransızca | 4 | 3 | 7 | * |
meqrelcə | 5 | 1 | 6 | * |
çuvaşca | 4 | ... | 4 | * |
latışca | 4 | ... | 4 | * |
moldavca və rumınca | ... | 3 | 3 | * |
çexcə | ... | 1 | 1 | * |
digər | 102 | 4 | 106 | 2.64 %* |
1908-ci il
redaktə1915-ci il
redaktəEtnik qrup | Kişilər | Qadınlar | Toplam | Nisbəti |
---|---|---|---|---|
toplam | 98 736 | 79 827 | 178 563 | 100 % |
erməni | 41 960 | 34 287 | 76 247 | 42.7 % |
tatar | 31 676 | 22 918 | 54 594 | 30.57 % |
urum | 15 036 | 14 187 | 29 223 | 16.37 % |
rus | 6 247 | 4 951 | 11 198 | 6.27 % |
polyak, alman və digər[10] | 2 096 | 1 970 | 4 066 | 2.28 % |
kartvel | 1 447 | 1 353 | 2 800 | 1.57 % |
yəhudi | 179 | 151 | 330 | 0.18 % |
qafqaz dağlısı | 95 | 10 | 105 | 0.06 % |
Kəndləri
redaktə- Avranlı
- Aydar bəy
- Allahverdi
- Trialeti
- Hamamlı (Başkeçid)
- Ərcivan-Sarvan
- Arıxlı
- Axnat
- Aşqala
- Baydar (Sarvan)
- Barmaqsız
- Başköy (Barmaqsız)
- Başkeçid
- Beşdaşen
- Kəpənəkçi (Sarvan)
- Vorontsovka
- Gür Arx
- Qomareti
- Güney Qala
- Güləkərək
- Darbaz (Borçalı)
- Cəlaloğlu
- Güləkərək
- Dəmirçi Həsənli
- Disix
- Dmanisi
- Yekaterinenfeld
- Qəmərli (Başkeçid)
- Qaçağan (Sarvan)
- Kveşi
- Kirpili (Borçalı)
- Qızılhacılı (Marneuli)
- Qırıxlı (Sarvan)
- Qurtan
- Qoçulu (Borçalı)
- Maqart
- Nardevan
- Nikolayevka
- Novo-Pokrovka
- Orpeti
- Privolnoye (Loru)
- Sadaxlı
- Yuxarı Saral
- Saraçlı (Borçalı)
- Sarvan (kənd)
- Uzunlar (Loru)
- Faxralı
- Çoçkan
- Şahnəzər
- Şınıx (Borçalı)
- Şüləver
- Dağ Arıxlı
Mənbə
redaktə- Энциклопедический словарь, под редакцией профессора Ивана Ефимовича Андреевского. Томь IV. Битбург — Босха. Издатели: Фридрих Арнольд Брокгаузь (Лейпцигь), Илья Абрамович Ефронь (Санкт-Петербургь). Санкт-Петербургь, Типо-Литография (И.А. Ефрона), Прачешный переулок № 6, 1891, стр. 451-452
- Халăддин Ибраḣимли. "Азербайджанцы Грузии: историко-этнографический и социально-политический комментарий". Издательство "Европа", 2006. стр 156
- "Qarabağ dünən, bu gün və sabah" - IX elmi-əməli konfransının materialları (2010-cu il): Loğman Nəsibli: Borçalı türk mədəniyyəti və əxlaqının beşiyidir Arxivləşdirilib 2012-03-27 at the Wayback Machine
- Большая советская энциклопедия: Борчалинский уезд[ölü keçid]
- Ethno-Caucasus, Этнодемография Кавказа: Борчалинский уезд (1926 г.)
- Tarix. — Azərbaycan 1920–91–ci illərdə, səhifə 305–306. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
İstinadlar
redaktə- ↑ Словари и энциклопедии на Академике: Массальский В. М.[rus.]. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- ↑ 1 2 3 Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Пространство и население, стр. 130
- ↑ 1 2 Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., стр. 42
- ↑ 1 2 Народный Комиссариат Внутренних дел. Статистический отдел. Москва. 1926. Территориальное и административное деление Союза ССР на 1 января 1926 года.,стр. 196
- ↑ Большая Советская Энциклопедия. Первое издание. Том седьмой. Больница - Буковина. Москва, 31 августа 1927 года, стр. 200Orijinal mətn (rus.)
БОРЧАЛИНСКИЙ УЕЗД, Грузинской ССР, центр—г. Люксембург (б. Екатериненфельд). Площадь 2.970 км²; 86.494 ж. (1926).
- ↑ Тифлис, Канцелярии Наместника Кавказского. 1850. "Кавказский календарь на 1851 год", стр. 82
- ↑ Адольф Петрович Берже. Акты, собранные Кавказской Археографической комиссией.
- ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Борчалинский уезд - вес Arxivləşdirilib 2012-08-29 at the Wayback Machine-Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905
- ↑ Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., 42-45 стр.
- ↑ digər Avropa xalqları
Həmçinin bax
redaktə
Tiflis quberniyasının qəzaları | ||
---|---|---|
Tiflis • Borçalı • Qori • Zaqatala • Duşeti • Telavi • Sığnaq • Tionet • Axalkələk • Axalsıx |