Avstraliya Futbolu - Wikipedia
Avstraliya futbolu — əksərən "Aussie qanunları", danışıq dilində "footy" və yaxud da tarixi adı ilə Avstralasiya futbolu və ya Viktoriya futbolu kimi tanınır. 2 komanda və 18 oyunçu arasında açıq havada geniş, ovalşəkilli yarış meydanında oynanılır. Bəzən kriket meydanında da keçirilir.
Tarixi
redaktəAvstraliya futbolu 1858-ci ildə idmançı Tom Willis tərəfindən kriket oyunçularının qış ayları ərzində formada qalması məqsədilə yaradılmışdır. Tarixə keçən ilk qarşılaşma elə həmin ildə bir şotland kollecinin tələbələri ilə Melburn şəhərinin qrammatika dərslərini tədris edən məktəblərindən birinin tələbələri arasında baş tutdu. 1896-cı ildə ilk proffesiyonal liqa sayılan Viktoriya Futbol Liqası (VFL) yaradıldı və cəmi bir il sonra rəsmi qaydada oyunlar keçirilməyə başladı. 1987-ci ildən etibarən beynəlxalq xarakter daşımağa başladı və 1994-cü ildə Avstraliya Futbol Liqası adını aldı.
Qaydaları
redaktəBir oyun hər biri 20 dəqiqədən ibarət olmaqla 4 setdə oynanılır. Oyun 2 yan xətt hakimi, 3 meydan hakimi və qapılar arxasında 2 köməkçi hakim olmaqla 7 referi tərəfindən idarə olunur. Hər komanda meydanda 18 iştirakçı ilə çıxış edir. Komandaların 4 əlavə ehtiyat skamiya oyunçuları ola bilər. Oyun boyu istənilən sayda oyunçu dəyişdirmək mümkündür.
Top hər bir istiqamətə ayaq və əl vasitəsilə atıla bilər. Oyunçu zərbə ilə gələn topu tutmağı bacarsa 1 "işarə xalı" qazanır. Oyunçu topun topu tutduğu anda əl və ya ayaqla rəqib oyunçuya mane ola bilməz. Oyunçu top ilə birlikdə qaça bilər, lakin hər 5 metrdən bir onu çiləmək məcburiyyətindədir. Topla qaçan oyunçunun rəqib müdafiəçilər tərəfindən qarşısı alına və yerə yıxıla bilər. Əgər yerə enərsə topu dərhal əlindən buraxmalıdır. Əks təqdirdə penalti ilə cəzalanar. Sərbəst zərbə olaraq bilinən penaltilər, əsasən, rəqibi arxadan itələmək, qaydadankənar şəkildə oyunçunun formasından tutmaq kimi qayda pozuntuları ilə əlaqədar olaraq verilir. Rəqibə hücum edən, badalaq atan, itələyən və ya hər hansı bir yolla şəxsiyyətini alçaldacaq ifadə işlədən oyunçu növbəti oyunu buraxmalı olur.
Meydança standartlar
redaktəMeydança 3 sahədən ibarətdir. Oyun hissə əvvəllərində və qol atılması vəziyyətində mərkəzdən başlanılır. Sahənin ortasındakı nöqtə mərkəz nöqtəsi sağ və sol tərəflər isə cinahlar adlanır. Müdafiədən hücuma keçiş həmlələri burada reallaşdırılır. Qol bölgələri meydançanın hər iki tərəfində olur və mərkəz nöqtəsindən buraya qədər məsafə, adətən, 50 metrə yaxın olur. Meydançalarnın uzunluğu 135–185 metr arasında dəyişir. Genişlik isə, adətən, 110–115 metr uzunluğundadır. Həm qapı daxili, həm də qapı xarici dirəklərinin məsafəsi 6.4 metrdir. Xarici dirəklərin uzunluğu 3, daxili dirəklərin uzunluğu 6 metrədək çatır.
Avstraliya futbol Liqası
redaktəLiqa 18 komandadan ibarətdir.
- Greater Sydney W. Giants
- Adelaide Crows
- Hawthorn Hawks
- Brisbane Lions
- Kangaroos
- Carlton Blues
- Melbourne Demons
- Collingwood Magpies
- Port Adelaide Power
- Essendon Bombers
- Richmond Tigers
- Fremantle Dockers
- St Kilda Saints
- Geelong Cats
- Sydney Swans
- Gold Coast Suns
- West Coast Eagles
- Western Bulldogs