Avec - Wikipedia
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi.
Şəhər | |
Avəc | |
---|---|
35°34′44″ şm. e. 49°13′27″ ş. u.HGYO | |
Ölkə | |
Ostan | Qəzvin ostanı |
Şəhristan | Avəc şəhristanı |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1,962 m |
Əhalisi | |
Əhalisi | 5.142 nəfər |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 282 |
Tarix
redaktə2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır.[1]
Coğrafiya
redaktəAvəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə.[2]
Əhalisi
redaktə2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi.[3]
Milli tərkibi
redaktəŞəhər monoetnik azərbaycanlı şəhəridir.[4][5]
Görməli yerlər
redaktəŞah Abbas karvansarası
redaktəŞəhərin içində yerləşən bu əski karvansara Şah Abbas dönəminə aid dir.
Qaranqılıq şəlaləsi
redaktəQaranqılıq sözü yerli azərbaycan türkcəsində işıqsız deməkdir, niyə ki şəlalənin iki tərəfin hündür qayalar əhatə edərək, gün işığının buraya saçmasına mane olurlar. Şəlalənin qarşısındakı qayalar qartalların yuvasıda sayılır. Qaranqılıq şəlaləsi Məşanə kəndinin Qabaq-quzey dağının ətəyində və qoz ağaclarının çox göyərdiyi bir bölgədə yerləşir.
Şahdərə şəlaləsi
redaktəŞəhərin yaxınlığında yerləşən bu şəlalə idmançılar və qaya alpinistlərinin ən çox üz tutduğu yerdir. Çünki, şəlalənin mühiti tam qayalıqdır.[6]
Mənsur şəlaləsi
redaktə7 metr hündürlüyü olan bu şəlalə Avəcin mənsur kəndində yerləşir.
Asma körpü
redaktə170 metr uzunluğa malik olan bu körpü 2018-ci ildə Şahdərə şəlaləsinin yaxınlığında tikilmişdir. Bu körpü İranın 2-ci ən uzun asma körpüsüdür və yerləşdiyi dərənin dibindən 105 metr hündürlüyü var.[7]
İmamzadə Məhəmməd Tahir türbəsi
redaktəŞəhərin içində yerləşir.[8]
İmamzadə Əlaəddin türbəsi
redaktəİmamzadə Ələddin Avəc şəhərindən 30 km uzawda eyni adlı kəndin yanındadır. Türbə, ölçüləri təqribən 5.15 x 5.14 metr olan düzbucaqlı kvadrat şəklində bir plana malikdir və bir metr hündürlükdə bir lövhədə yerləşir. Binanın iç tərəfi bəzəksizdir və xarici üzü çərçivə və tağlıdır. Bu tikili, ehtimal ki, Səfəvi dönəminə aiddir.[9]
İstinadlar
redaktə- ↑ "Avəc zəlzələsi". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
- ↑ "İsveçcə". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ "Əhalisi". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
- ↑ "Mehrnews". 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
- ↑ Adasözlük: آوج
- ↑ "cazibələ,Farsca". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
- ↑ "Avəc Asma körpüsü farsca". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
- ↑ İmamzadə haqqında daha ətraflı məlumatlar [ölü keçid]
- ↑ "Qəzvin bələdiyyəsi". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |