Qezvin Ostani - Wikipedia
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir.
Qəzvin ostanı | |
---|---|
استان قزوین | |
36°16′09″ şm. e. 50°00′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1993 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 281 |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu.
Tarix
redaktəQədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir.
Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur.
Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur. Hazırkı dövrdə də Qəzvin İranın şimalındakı vacib şəhərlərdən sayılır.
Coğrafiya
redaktəCoğrafi mövqeyinə əsaslanaraq, Qəzvin vilayəti (ostanı) körpü rolunu oynayır: ölkənin paytaxtını şimal və qərb rayonları, Avropa və Qafqaz ölkələri ilə birləşdirir. Kənd təsərrüfatının inkişafı üçün uyğun şəraiti vardır. Coğrafi baxımdan Qəzvin ostanı 2 dağlıq və düzənlik hissəyə bölünür. Əyalətin iqlimi şimalda soyuq, cənubda sabitdir. Ümumiyyətlə, qışı soyuq və qarlı keçən bu ərazidə, yay ayları nisbətən mülayim və isti olur.
Dağlıq hissəyə şərqdə yerləşən Əlborz dağları və cənub ərazilər daxildir. Qəzvin və Takistan şəhərləri əyalətin inzibati və siyasi mərkəzləri statusu almışdır.
Qəzvin şəhəri
redaktəQəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Əhalisi 2006-cı il siyahıya almasına əsasən 349,821[4] nəfərdir. Hazırda əhalinin 75%-i Azərbaycan kökənlidir.[5] Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdı. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Takistan şəhəri
redaktəBir vaxtlar "Siyadeh" və "Siyadhen" adlandırılan, yerli xalq arasında da hələ də bu adlarla tanınan Takistan şəhərinin qədim tarixi var. Bu şəhərin çiçəklənməsi və inkişafı Sasanilər dövrünə təsadüf olunur. Sasanilər zamanında bu şəhərdə böyük tikinti işləri aparılmışdır və Təpə Xudaya inşa edilmişdir. Takistan Tehrandan Avropaya gedən yolun üstündə yerləşir və əyalətin kənd təsərrüfatının mərkəzidir.
Əhali
redaktə2006-cı ildə aparılmış siyahıya almanının nəticələrinə əsasən ostanın əhalisi 1.143.200 nəfər , urbanizasiya isə 68,05%- dir.[8] Ostan əhalisini əsasən azərbaycanlılar[9][10][11] (Əhalinin 70% ya 75%-i)[12][13][14][15][16][17][18][19], qismən fars dillilər az sayda tatlar, giləklər, lurlar və ləklər təşkil edir.[20] Etnologue[21]-a əsasən: Qəzvin ostanı Ramand bəxşinin (2006 s.a.-na əsasən əhalisi 18,054 nəfər) əhalisini tati dilində-daha doğrusu bu dilin Takistani dalektində danışan əhali təşkil edir. Onlar etnik cəhətdən və danışdıqları dilin xüsusiyyətlərinə görə Azərbaycanda və Rusiyanın Dağıstan Respublikasında yaşayan tatlardan fərqlidirlər.[21]
- Kəkəvənd:[22] lur əsilli köçəri tayfadır. Onlar lur xalqının dörd (Bala Gəridə, Silsilə, Delfan və Tarxan) əsas qrupundan Delfan qrupuna aiddirlər.[22] Bu tayfaya mənsub insanlar lur dilinin dialekti olan lək dialektində danışırlar.[22] Dindarları müsəlmandır, Əhli-Həqq təriqətindədirlər. Kəkəvənd tayfasının mənsub qəbilələr hazırda İranın Luristan və Qəzvin ostanlarında yaşayırlar. Luristan ostanında yaşayan hissəsi: Luristan ostanının Delfan şəhristanının Kəkəvənd bəxşinin (əhalisi 23,598 nəfər, 2006 s.a.) Şərqi Kəkəvənd dehestanında (əhalisi 8,241 nəfər, 2006 s.a.) və Qərbi Kəkəvənd dehestanında (əhalisi 5,831 nəfər, 2006 s.a.) əhali elliklə bu tayfaya mənsubdur. (Qeyd: Luristan ostanının Delfan şəhristanında əhalinin əksəriyyəti lur dilinin lək dialektində danışan Mirbağ, Nurəli, Şahivənd, Kəkəvənd, İtivənd, Uladğubad və Quluvənd tayfalarından ibarətdir.). 1963-cü ilə olan məlumata əsasən Luristan vilayətində yaşayan kəkəvənd tayfasının qəbilələrinə mənsub insanlar 2,000[23] ailədən ibarət olmuşdur. XIX əsrdə daha dəqiq 1860–1861-ci[24] illərdə Kəkəvənd tayfasının bir qolu Qəzvin vilayətində məskunlaşmışdır. Kəkəvənd tayfasının Qəzvin vilayətində məskunlaşan qismi iki qəbiləyə ayrılır: Məsihxani və Nəmdərxani. Bu qəbilələrə mənsub insanlar Qəzvin şəhərinin qərbində əhalisi elliklə bu qəbilələrə məxsus 10 kənddə və Qəzvin şəhristanın Qaqazan bəxşində bir neçə qarışıq əhalili kənddə yaşayırlar. Qəzvin vilayətində yaşayan bu iki qəbilənin insanları 1932-ci ilə olan məlumata əsasən 300[25] ailədən, 1970-ci ilə olan məlumata əsasən isə 450[22] ailədən ibarət olmuşdur.
- Giyətvənd:[26] Ağa Məməmməd Şah Qacarın hakimiyyəti zamanı İranın qərbindən köç edərək indiki Qəzvin vilayətinin ərazisinə yerləşmişdirlər. Köçəri həyat tərzi sürürlər. Bu tayfa dörd qəbilədən ibarətdir: Kuməsi, Dərvişvənd, Salquri və Məhəmməd Bəyi. Hazırda dağınıq halda Qızılüzən və Şahrud çayları sahillərində yaşayırlar. Köçəri olanlar yayda vilayətin dağlıq qismində yerləşən ərazilərə — Yüzbaşı çayının sahilinə köç edirlər (Qəzvin ostanının Qəzvin şəhristanının Tarım-i Süfla (Aşağı Tarım) bəxşinin Kugir dehistanında bu çayın sahilində eyniadlı Yüzbaşıçay kəndi yerləşir, bu kəndin əhalisini Azərbaycan türkləri təşkil edir). 1970-ci ildə aparılmış lokal araştırmaya əsasən sayları 850–900 ailədən ibarətdir. Tədricən oturaq həyata keçirlər: oturaq həyata keçənlərin vilayətdə qalan hissəsi türkləşmiş, müəyyən qismi isə isə köç edərək digər vilayətlərə yerləşmişdirlər.
- Çiqani[27] (Çeqini və ya Çingənə) : qaraçı əsilli köçəri tayfadır. Hazırda İranın Luristan, Fars, Kürdüstan (Bicar şəhristanında) və Qəzvin ostanlarında yaşayırlar. Qəzvində yaşayan nümayəndlərinin sayına dair müxtəlif təxminlər mövcuddur: L. S. Fortescue-yə və Pərviz Vərcavəndə görə 1970-ci il üçün 800–1000 arası ailə, kürd əsilli İranlı tədqiqatçı S. M. Marduk Kürdüstaniyə görə 1974-cü il üçün təxminən 1500 ailə.[28]
- Cəlilvənd[29]
Şəhristanlar
redaktəQəzvin ostanı inzibati cəhətdən 6 şəhristana ayrılır:[30]
Qəzvinin görməli tarixi yerləri
redaktə- Mineral su bulaqları;
- Ala Qapısı və Çehel(Qırx) Sütunu;
- Ələmut, Növzərşah, Ləmbsər, Şimiran, Səngrud, Şəhrək, Sasan, Şirkuh və s. qalaları;
- Daş qalasının kufi yazıları ilə bəzədilmiş daşları, Baracin qalası;
- Yelə Günbəz və Qafar Günbəz məqbərələri;
- Bir neçə qədim yaşayış binaları: Rəzəvi, Səidə, Zərbxana, Gülşən, Vasir, Hadqi və Şahrudi;
- Seyid Əlixan və Seləhsalar qədim məqbərələri;
- Həsənabad və Şahkuh qədim qəbiristanlıqları;
- Qədim Qazorxan və Hərzvil kəndləri;
- Nüsrətabad, Qazançılar, Hüseynabad, Meşkintəpə, Əlvəndtəpə, Ağababa, Dövlətabad təpələri;
- Bir neçə qədim bazarlar;
- Karvansaraylar;
- Qədim Qəzvinin darvazaları (qala qapıları);
- Külah Fərəngi muzeyi;
- Kəbir, Heydəriyə, Məscidülnəbi və Sancidə Cami məscidləri;
- Qədim məktəb və mədrəsələr;
- Qədim məqbərələr və mavzoleylər;
- Pirlər və müqəddəs yerlər;
Takistanın görməli yerləri:
redaktə- Yaleh bulağı:
- Avağ istisu bulağı:
- Sultanabad, Xundab və Dakan qədim təpələri:
- Xala Düxtər qalası:
- Müqəddəs yerlər;
Turizm
redaktəQəzvin və Takistan şəhər və bölgələri bütün vilayətin tanınmış turizm mərkəzlərindəndir. İnkişaf etdirilmiş nəqliyyat yolları, telekommunikasiya vasitələri, rahat mehmanxanaları, yüksək səviyyəli servisi turizm üçün əlverişli şərait yaratmışdır. Hər bir turist buranı tərk edəndə özü ilə yadigar olaraq suvenirlər: əl xalçaları, keramik əşyalar və s aparır.
İstinadlar
redaktə- ↑ https://www.amar.org.ir/english/Iran-at-a-glance/Qazvin.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.). 1965.
- ↑ "anl.az". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
- ↑ Statistical Centre of Iran :Census of the Islamic Republic of Iran, 1385 (2006) Arxivləşdirilib 2011-11-14 at the Wayback Machine
- ↑ Unrepresented Nations and Peoples Organization (UNPO) :Southern Azerbaijan Arxivləşdirilib 2013-07-26 at the Wayback Machine:…In 1925 when the Gajar state collapsed Southern Azerbaijan was annexed to Iran and there was a massive move of non-Azerbaijanis to the cities of Gazvin and Hamadan where 75% of the population are now of Azerbaijani descent.
- ↑ طرح بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی){گزارش}:استان قزوین/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۳-۵۳-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۶۸ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)
- ↑ "dananews". 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- ↑ "İran Statistika Mərkəzi". 2008-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-02.
- ↑ "Amerikanın Səsi:Tehranın yaxınlığında yerləşən Qəzvin vilayətində əhalinin əksəriyyətini türklər təşkil edir". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
- ↑ "prezi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
- ↑ "mainboard". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
- ↑ "az.info". 2021-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
- ↑ "İranontrip". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
- ↑ "Günaz TV". 2021-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
- ↑ "gadtb". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
- ↑ "Azərbaycan türkcəsinin qəzvin ləhcəsi haqqında". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
- ↑ "Tehran universiteti". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
- ↑ "dana news". 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- ↑ "Sobhe-Qəzvin". 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- ↑ Farhangsara.com :QAZVIN Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine:…Today people in most parts of Qazvin speak Turkish, although Persian is spoken in some other parts.
- ↑ 1 2 Etnologue report for language code :tks Arxivləşdirilib 2010-07-07 at the Wayback Machine
- ↑ 1 2 3 4 Encyclopædia Iranica :KĀKĀVAND Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine
- ↑ Komisyun-e melli-e Yunesko (UNESCO) dar Irān, Irān-šahr, Tehran, 1963.I, p. 139 Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine
- ↑ Iraj Afšār-Sistāni, Ilhā, čādornešinān wa ṭawāyef-e ʿašāyeri-e Irān, 2 vols., Tehran, 1987.p. 208 Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine
- ↑ Masʿud Kayhān, Joḡrāfiā-ye mofaṣṣal-e Irān, 2 vols., Tehran, 1932–33.II, p. 111 Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine
- ↑ Encyclopædia Iranica :GĪĀṮVAND Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine
- ↑ Encyclopædia Iranica :ČEGĪNĪ Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine
- ↑ Š. M. Mardūḵ Kordestānī, Tārīk-e Kord o Kordestān o tawābeʿ yā tārīḵ-e Mardūḵ, Tehran, n.d. [1353 Š./1974].
- ↑ Encyclopædia Iranica :JALILAVAND Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine
- ↑ "Qazvin.gov.ir". 2008-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |