Arvadim Menim Usaqlarim Menim Film 1978 - Wikipedia
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər.
Arvadım mənim, uşaqlarım mənim | |
---|---|
Fayl:Arvadım mənim, uşaqlarım mənim (film, 1978).jpg | |
Janr |
dram komediya məhəbbət |
Rejissor | müxtəlif |
Ssenari müəllifi | müxtəlif |
Baş rolda | müxtəlif |
Operator | müxtəlif |
Bəstəkar | müxtəlif |
Rəssam | aşağıya baxın |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 1978 |
Müddət | 67 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycan dilində (dublyaj) |
İl | 1978 |
Texniki məlumatlar |
7 hissə 1860 metr |
Rəng | rəngli |
Məzmun
redaktəFilmin adı | Məzmun |
---|---|
Toy | Əhvalat kənddə baş verir. Şamil (Kazım Abdullayev) əsgərlikdən gələndən sonra öyrənir ki, sevdiyi qız (Məlahət Salmanova) sözünə xilaf çıxaraq başqasına (Hacı İsmayılov) ərə gedir. O, toy günü traktoru ilə gəlin karvanının qarşısını kəsir. Və şərti də o olur ki, bəy onunla döyüşməlidir...[1]
Kinonovella mənəvi təmizlik probleminə həsr olunmuşdur.[2] |
Bağçada rahat yer | Filmin qəhrəmanı şəhərin məşhur bərbəri Məmmədəlidir (Həsən Məmmədov). O, öz peşəsinin vurğunudur. Onun müştəriləri məmurlar, məşhur adamlardır. Xaraktercə zarafatcıl, yumşaq adam olan Məmmədəlinin arvadıyla (Ofeliya Məmmədzadə) münasibətləri çətindir. Onun arvadı müəllimədir, meşşan təbiətli qadındır, ərinin peşəsinə də aşağılayıcı münasibət bəsləyir...[1]
Arvadı, böyük oğlu Məmmədəliyə etinasız yanaşsa da, o bunu faciəyə çevirmir, əksinə anlayışlı olmağa çalışır. Və onun sevgisi peşəsinə də, ailəsinə də yetir. Hətta on altı yaşlı oğlu atasından ad günündə evdən getməsini, dostlarıyla tək qalmaq istədiyini xahiş edəndə belə o bunu anlayışla qarşılayır. Ani məyusluqla yanaşsa da.[1] Kinonovella sadə peşə adamlarının vicdan təmizliyindən, əxlaqi keyfiyyətlərindən söhbət açır.[2] |
Arvadım mənim, uşaqlarım mənim | Əhvalat kənddə yaşayan böyük bir ailə haqdadır. Ailədə 11 uşaq böyüyür. Fazil (Kamil Məhərrəmov) bostançı, Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Günlərin birində Güldəstəyə 11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur.[1]
Toylarda müğənnilik edən qonşusu Səfər (Ramiz Əzizbəyli) Fazili tovlayır, avtomobili ona satmağı, onunla toylara getməyi məsləhət görür, daha çox pul qazana biləcəklərini deyir. Fazil daha bostançı da işləmək istəmir, ailəsini də unudur. Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir...[1] Müəllif mərkəzə sevgini gətirir. Məhz sevgi ailəni dağılmaqdan xilas edə bilər.[1] Kinonovella müasir birgəyaşayış qaydaları barədədir.[2] |
Film haqqında
redaktəFilmin adı | Film haqqında |
---|---|
Toy | Film yazıçı İsa Hüseynovun hekayəsi üzrə çəkilmişdir.[2] Rejissor Nicat Feyzullayevin diplom işidir.[3] |
Filmin heyəti
redaktəFilmin adı | Filmin üzərində işləyənlər | Rollarda |
---|---|---|
Kinoalmanax | Rəssam: Nadir Zeynalov Səs operatoru: Kamal Seyidov Montaj edən: Gülşən Səlimova |
|
Toy | Rejissor: Nicat Feyzullayev Ssenari müəllifi: İsa Hüseynov Operator: Hüseyn Mehdiyev |
Kazım Abdullayev — Şamil Hacı İsmayılov — bəy Məlahət Salmanova — gəlin Şahmar Ələkbərov — Şahmar Məmmədrza Şeyxzamanov — Xan dayı |
Bağçada rahat yer | Rejissor: Ziyafət Abbasov Ssenari müəllifi: Maqsud İbrahimbəyov Operator: Teyyub Axundov Bəstəkar: Adil Bəbirov |
Həsən Məmmədov — Məmmədəli Ofeliya Məmmədzadə — Solmaz Şamil Süleymanov — Qəzənfər İlham Namiq Kamal — MİS rəisi Daşqın Turabov — Səməd Elxan Cəfərov — Fazil |
Arvadım mənim, uşaqlarım mənim | Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Fərman Kərimzadə Operator: Ələsgər Ələkbərov Bəstəkar: Azər Dadaşov |
Gülşən Qurbanova — Güldəstə Kamil Məhərrəmov — Fazil Ramiz Əzizbəyli — Səfər Eldəniz Zeynalov — inspektor |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Sevda Sultanova. "Toy günü gəlinin qarşısını kəsən traktorçu" (az.). Lent.az. 23 sentyabr 2017. 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
- ↑ 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98.
- ↑ "Tanınmış kinorejissor Nicat Feyzullayev — 70". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
Mənbə
redaktəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218; 370.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı