Artemisia Szowitziana - Wikipedia
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soviç yovşanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Soviç yovşanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
Təbii yayılması
redaktəQafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir.
Botaniki təsviri
redaktəGövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar. Çiçək qrupu süpürgəvaridir. Səbətcikləri dar silindrik, aşağı yarpaqlar 3–4 sm uzunluğundadır. Sentyabr-oktyabr aylarında çiçəkləyir, noyabrda meyvə verir.
Ekologiyası
redaktəÇay kənarlarında, quru dərələrdə, duzlu torpaqlarda bitir. Quraqlığa, istiyə davamlıdır.
Azərbaycanda yayılması
redaktəAbşeronda, Kür-Araz ovalığında təbii halda yayılmışdır.
İstifadəsi
redaktəTərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadəsi məqsədyönlüdür.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.