Artemisia Persica - Wikipedia
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ağ yovşan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ yovşan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəOrta Asiyada, Azərbaycanda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir.
Ekologiyası
redaktəQumlu təpəciklərdə rast gəlinir. Quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəAbşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.
İstifadəsi
redaktəTərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadə olunur və əsasən aşağıdakı maddələrdən ibarətdir: 12%-pinen, 23%-kamfen, 16%-kamfora, 10%-borneol, 25%-bornilasetat.