Artemisia Incana - Wikipedia
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ağarmış yovşan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağarmış yovşan |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Arealı
redaktəİranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır.
Botaniki təsviri
redaktəYarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir.
Ekologiyası
redaktəRütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəKiçik Qafqazda yayılmışdır.
İstifadəsi
redaktəTərkibində efir yağı vardır,qida sənayesində və kosmetologiyada geniş istifadə olunur.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.