Artemisia Abrotanum - Wikipedia
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Müalicəvi yovşan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Müalicəvi yovşan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəCənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır.
Botaniki təsviri
redaktəŞaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır. Qələmlərlə çoxalır.
Ekologiyası
redaktəİşıqsevəndir, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-da, Kiçik Qafqazda düzənliklərdə təbii halda bitir.
İstifadəsi
redaktəMüalicəvi yovşanın yerüstü hissəsində efir yağı, flavonoid birləşmələri, kumarinlər, aşılayıcı və acı maddələr, abrotanin və alkaloidlər vardır. Yarpaqlarının cövhəri və həlimi mədə-bağırsaq xəstəliklərində, soyuqdəymədə, anginada, sarılıqda, revmatizimdə, diş ağrısında və saçların bərkidilməsində istifadə edilir. Park və bağlarda, qarışıq əkinlərdə dekorativ kol kimi istifadəsi məqsədəuyğundur.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 845.