Arif Eliyev - Wikipedia
Arif_Əliyev - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əliyev Arif Aslan oğlu (31 avqust 1960, Qazax) — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis.
Arif Əliyev | |
---|---|
1992 – 28 iyun 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Sonrakı | Tofiq Abbasov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəArif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur.
- 1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur;
- 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır;
- 1983–1986 — Azərinformun xüsusi müxbiri;
- 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri;
- 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru;
- 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri;
- 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;[1]
- 1994–1995 – Xəzər Universitetinin müəllimi;
- 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri;
- 1998 – Bakı Mətbuat Klubunun prezidenti;
- 2005 – "Gün" qəzeti idarə heyətinin sədri;
- Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir.
"Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.
2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
- ↑ Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018 (az.)