Ardem Pataputyan - Wikipedia
Ardem Pataputyan (ing. Ardem Patapoutian; 2 oktyabr 1967[1], Beyrut, Livan) — Erməni əsilli ABŞ molekulyar bioloq və neyrobioloqu. Hovard Hyuz Tibb İnstitutunda[ing.] (HHMI) çalışır. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2021)[3].
Ardem Pataputyan | |
---|---|
ing. Ardem Patapoutian | |
Doğum tarixi | 2 oktyabr 1967[1] (57 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fiziologiya |
Elmi dərəcəsi | Şablon:PhD |
İş yerləri |
Hovard Hyuz Tibb İnstitutu Skripps Elmi-Tədqiqat İnstitutu[ing.] |
Təhsili |
Los-Anceles Kaliforniya Universiteti Kaliforniya Texnologiya İnstitutu |
Üzvlüyü | |
Mükafatları |
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı (2021) BBVA Foundation Frontiers of Knowledge Award (2020) Kavli mükafatı (2020) Rozenstil mükafatı (2019) U.Olden Spenser mükafatı[ing.] (2017) |
patapoutianlab.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArdem Pataputyan 2 oktybar 1967-ci ildə Beyrutda, erməni ailəsində anadan olmuşdur.[4] 1986-cı ildə ABŞ-yə mühacirət etməmişdən öncə bir il müddətində Beyrut Amerika Universitetində təhsil almışdır. Los-Anceles Kaliforniya Universitetini bitirmiş, 1990-cı ildə sitologiya və inkişaf biologiyası sahəsində bakalavr dərəcəsinə 1996-cı ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. Aspirant olarkən Paputyan San-Fransisko Kaliforniya Universitetində Lui Rayhardla[ing.] birlikdə çalışmışdır. 2000-ci ildə o Skripps Elmi-Tədqiqat İnstitutunda[ing.] dosent olmuşdur. 2000-2014-cü illərdə əlavə olaraq Novartis tədqiqat fondunda da işləmişdir. Paputyan 2014-cü ildən Hovard Hyuz Tibb İnstitutunda tədqiqatçı olaraq çalışır.
Paputyan siqnalın ötürülməsini öyrənir. O, hərarətin, mexaniki enerjinin təsiri və ya hüceyrənin həcminin böyüməsi ilə aktivləşən yeni ion kanallarının və reseptorların identifikasiyası sahəsinə əhəmiyyətli töhfələr vermişdir. Paputyan və kolleqaları sübut etmişlər ki, bu ion kanalları hərarətin, toxunmanın hiss olunmasında, propriosepsiyada, ağrının duyulmasında və damar tonuslarının requlyasiyasında möhtəşəm rol oynayır. Onun daha sonrakı elmi işlərində mexaniki hissiyatlı ion kanallarının (mexanotransduksiya) identifikasiyası və xarakteristikası üçün funksional genomika metodları istifadə olunmuşdir.
Təltifləri və mükafatları
redaktə"Google Scholar"a görə Paputyanın Hirş indeksi 68[5], "Scopus" a görə isə 63-dür[6] (2020-ci ilin mayına olan məlumat). O, 2016-cı ildən Elmin İnkişafına Yardım Amerika Assosiasiyasının, 2017-ci ildən ABŞ Milli Elmlər Akademiyasının[7],2020-ci ildən Amerika Sənət və Elm Akademiyasının[8] üzvüdür. Paputyan 2017-ci ildə U.Olden Spenser mükafatına[ing.][9], 2019-cu ildə Rozenstil mükafatına[10], 2020-ci ildə neyrobiologiya sahəsində Kavli mükafatına[11] və biotibb sahəsində BBVA Foundation Frontiers of Knowledge Award mükafatına[12] layiq görülmüşdür.
2021-ci ildə Paputyan Devid Culius ilə birlikdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı olmuşdur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 https://twitter.com/ardemp/status/914799909982715910?s=20.
- ↑ 1 2 https://www.premiosfronterasdelconocimiento.es/galardonados/ardem-patapoutian/.
- ↑ "The Nobel Prize in Physiology or Medicine 2021". NobelPrize.org (ingilis). 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Two Americans win Medicine Nobel for work on heat and touch". Reuters. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- ↑ "Ardem Patapoutian". scholar.google.com. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Scopus preview - Patapoutian, Ardem - Müəllif haqqında məlumat - Scopus". www.scopus.com. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Ardem Patapoutian". www.nasonline.org. 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Members Elected in 2020". American Academy of Arts & Sciences (ingilis). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "The Thirty-Ninth Annual W. Alden Spencer Award and Lecture". Kavli Institute for Brain Science (ingilis). 2020-06-04. 2020-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Lewis S. Rosenstiel Award for Distinguished Work in Basic Medical Research". www.brandeis.edu (ingilis). 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "2020 Kavli Prize in Neuroscience". www.kavliprize.org (ingilis). 2021-03-12. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Ardem Patapoutian". Premios Fronteras (ingilis). 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
Xarici keçidlər
redaktə- Ardem Patapoutian, PhD на сайте Scripps Research (scripps.edu)
- The Patapoutian Lab (patapoutianlab.org)
- Curriculum Vitae Arxivləşdirilib 2020-02-15 at the Wayback Machine (PDF; 109 kB; Stand November 2019)
- Ardem Patapoutian, PhD на сайте Howard Hughes Medical Institute (hhmi.org)
- Ardem Patapoutian в Academic Tree (neurotree.org)