Anar Quliyev - Wikipedia
Anar Quliyev (1977, Bakı) — Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti (2024).
Anar Quliyev | |
---|---|
Vəzifədədir | |
8 yanvar 2020-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Samir Nuriyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəAnar Quliyev 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.
Əmək fəaliyyəti
redaktə1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005–2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009–2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.[1]
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
22 may 2024-cü ildə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında Anar Quliyev Azərbaycan Oxatma Federasiyasının prezidenti seçilib.[2]
Təltifləri
redaktə- Dövlət başçısının 16 may 2014-cü il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ "A. A. Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
- ↑ "Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib". Report İnformasiya Agentliyi (az.). 2024-05-22. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.