Alan Rikman - Wikipedia
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[5][6][…], Akton[d] – 14 yanvar 2016[7][8][…], London[9]) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir.
Alan Rikman | |
---|---|
ing. Alan Rickman | |
| |
Doğum adı | Alan Sidni Patrik Rikman |
Doğum tarixi | |
Doğum yeri | London, Birləşmiş Krallıq[3] |
Vəfat tarixi | [1][2] (69 yaşında) |
Vəfat yeri | London, Birləşmiş Krallıq |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Milliyyəti | ingilis |
Vətəndaşlığı | Böyük Britaniya |
Həyat yoldaşı | Rima Horton (2012-2016) |
Fəaliyyəti | aktyor, rejissor, film prodüseri, ssenari müəllifi |
Fəaliyyət illəri | 1964-2016 |
Təhsili | |
İstiqamət | dram, fantaziya, macəra, komediya |
Tanınma səbəbi | Severus Sneyp |
Mükafatları |
"Qızıl Qlobus Mükafatı" (1997) "Emmi mükafatı" (1996) BAFTA (1992) |
IMDb | ID0000614 |
Vikianbarda əlaqəli mediafayllar |
Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır.
1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır.
Aktyor Tom Byörkun xaç atasıdır.[10] Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.[11]
Həyatı
redaktəErkən dövr və təhsili
redaktəRikman Akton, Londonda[12][13] işçi ailəsində dünyaya gəlmişdir. Evdar xanım olmuş Marqaret Dorin Rouz (Barlett) və fabrika işçisi olmuş Bernard Rikmanın övladıdır.[14] Onun nəsil şəcərəsində ingilis, irland və uelslilər daxil olmuş[15], atası katolik, anası isə metodist olmuşdur.[16][17] Onun Devid adlı özündən böyük (doğ.1944) qardaşı qrafik dizayner, Maykl adlı kiçik qardaşı (doğ. 1947) tennis hakimidir. Şeyla (doğ. 1950) adlı kiçik bacısı da vardır.[16][18] Alan Aktondakı Deruonuoter İbtidai Məktəbində təhsilə başlamış, daha sonra isə təhsilini montessori metodu ilə davam etdirmişdir.[19]
Rikmanın səkkiz yaşı olduqda atası vəfat etmiş və anası onları tək böyütməli olmuşdur. Bir müddət sonra anası yenidən evlənsə də, üç il sonra boşanmışdır. Rikman sonradan anasını xatırlayaraq qeyd edirdi ki, “Onun həyatında yalnız bir sevgi olmuşdur.”[16] Rikman kalliqrafiya və akvarel istedadı ilə fərqlənmişdir. Rikman Deruonuoter Kiçik Məktəbinə daxil olmuş, daha sonra təhsilini Latimer Yuxarı Məktəbində davam etdirmişdir. Burada o, dram ilə maraqlanmağa başlamışdır. Latimer məktəbini bitirdikdən sonra Alan təhsilini Çelsi Sənət Kollecində, daha sonra isə Kral Sənət Kollecində davam etdirmişdir. Bu təhsil Alana “Nottinq Hill Herald” üçün qrafik dizayner fəaliyyətinə başlamağa kömək etmiş və Rikman bu işi aktyorluqdan daha sabit iş hesab etmişdir. “18 yaşlı gənc üçün dram məktəbi ağıllı seçim deyildi.”[20]
Təhsilini başa vurduqdan sonra, Rikman bir neçə dostu ilə birlikdə “Graphiti” adlı qrafik dizayn studiyası açır, lakin, üç illik uğurlu fəaliyyətdən sonra, Rikman, nəhayət ki, peşəkar aktyorluqla məşğul olmaq qərarına gəlir. O, Kral Dram Sənəti Akademiyasına (RADA) müraciət edir[21] və 1972-1974-cü illərdə burada təhsil alır. Şekspiri öyrəndiyi müddətdə Rikman Ser Naycel Hotorn və Ser Ralf Riçardson üçün geyim hazırlayan (səhnə dərzisi) işləyir.[22]
Şəxsi həyatı
redaktə1965-ci ildə 19 yaşlı Alan 18 yaşlı Rima Hortonla tanış olur və bu gənc xanım, Rikmanın ilk qız dostu olur. Sonradan Rima Horton Kensinqton və Çelsi London Boro Şurasının Leyboristlər Partiyasının müşaviri (1986-2006) olur, həmçinin Kensinqton Universitetində iqtisadiyyatla bağlı mühazirələr oxuyur.[23][24] 2015-ci ildə Rikman onların 2012-ci ildə Nyu-Yorkda gizli mərasimlə evləndiklərini açıqlamışdır. Onlar 1977-ci ildən 2016-cı ilin yanvarında Rikman vəfat edənə kimi birlikdə yaşamışlar.[25]
“Üzlərin Saxlanması” tədqiqat fondunun rəhbəri olmuş[26] Rikman həm də, bütün dünyada kasıblıqdan əziyyət çəkən artistlərə kömək edən Beynəlxalq Artistlərə Yardım Təşkilatının fəxri rəhbəri olmuşdur.[27] Siyasətdən danışarkən Rikman demişdi ki, o, “Leyboristlər Partiyasının kart-daşıyan üzvü kimi doğulub.”[28]
Rikman aktyor Tom Byörkun xaç atası olmuşdur.[29]
Xəstəliyi və vəfatı
redaktə2015-ci ilin avqustunda Rikman kiçik insult keçirmiş, lakin, həkim baxış zamanı onda mədəaltı vəzi xərçəngi olduğunu da aşkarlamışdır. Yaxın ətrafı istisna olmaqla, aktyor hər kəsdən ağır xəstə olduğunu gizlətmişdir.[30] 14 yanvar 2016-cı ildə Rikman dostları və qohumlarının əhatəsində London hospitalında vəfat etmişdir.[31] Aktyorun ölümündən sonra onun fanatları Londonun Kral Xaçı Dəmir Yolu Stansiyasındakı "9¾ Platforması"-na çiçəklər gətirməyə başlamışlar.[32]
Rikmanın xəstəliyi hər kəsdən gizlədildiyi üçün onun vəfatı da gözlənilməz olmuş, bir çox həmkarları və müasirləri bu hadisədən təəssüfləndiklərini bildirmişlər. Ralf Fayns “onun getdiyinə inana bilmirəm”, Ceyson Ayzek isə “dəhşətli xəbərdir” deyə qeyd etmişlər.[23] Harri Potter romanlar seriyasının müəllifi olan yazıçı Coan Roulinq Rikmanın “möhtəşəm aktyor və gözəl insan” olduğunu demişdir. Emma Uotson yazır: “Bu cür xüsusi insan və aktyorla bir yerdə işlədiyimə görə çox xoşbəxtəm. Mən həqiqətən də bizim söhbətlərimiz üçün darıxacam.” Deniel Redkliff isə qeyd edir ki, “Mən əmin idim, o, London və Nyu-York səhnələrində elədiyim hər şeyi izləyir. O, bunu eləməli deyildi.”[33] Evanna Linç deyir ki, “Rikmanın canladırdığı Sneyp obrazı ilə qarşılaşmaq çox qorxulu idi, lakin Sneyp olmadığı vaxt o, çox xeyirxah və səxavətli idi.”[34] Rupert Qrint deyir ki, “hətta getmiş olsa belə, mən həmişə onun səsini eşidəcəyəm.”[23]
London Film Tənqidçiləri Dairəsi Mükafatının təqdimetmə mərasimində göz yaşları içində nitq söyləyən Keyt Uinslet Rikmanı isti və səxavətli sözlərlə yad etmişdir.[35] Helen Mirren deyir ki, “onun səsi bal və ya stiletto ülgüc təklif edə bilərdi”.[23] Emma Tompson bildirir ki, “Barışmazlıq, bir çox şeyi, o cümlədən məni aydın gördüyü... təsvir edilməz və sinik ağlı onu böyük aktyor etmişdi ... Mən ondan çox şey öyrənmişdim.”[33] “The Hollywood Reporter”-ə verdiyi müsahibədə Kolin Fört qeyd etmişdi ki, “bir aktyor kimi Rikman müəllim idi”.[36] “Məğlubedilməz” filminin rejissoru Con MakTirnan qeyd edir ki, Rikman “ekranda daha çox məşhur olduğu mənfi obrazların antitezisi olmuşdur.”[37] Ser Yan MakKellen yazır: “[Rikmanın] sevincli olduğu qədər gözəl olan kədərli üzünün arxasında axtarıcı və nail, super-qəhrəman, təvazökar, lakin ölümcül effektiv olan super-aktiv ruh yaşayırdı.” [33]
Fəaliyyəti
redaktəTeatr
redaktəRADA-da təhsilini başa vurduqdan sonra, Britaniya repertuarı üzərində aktiv çalışan Rikman, eksperimental teatr truppası ilə birlikdə Çexovun “Qağayılar” və Snu Uilsonun “Şən dul” pyeslərinin Royal-Kort Teatrında səhnələşdirilməsində iştirak etmiş, üç dəfə Edinburq Beynəlxalq Festivalında iştirak etmişdir. 1978-ci ildə Kort Dram Qrupu ilə “Romeo və Cülyetta” və "Körpüdən görünüş” pyesləri də daxil olmaqla bir neçə əsərin səhnələşdirilməsində iştirak etmişdir. Kral Şekspir Kompaniyasında (RSC) işlədiyi müddətdə o, “Sizə necə xoşdursa” tamaşasında iştirak etmişdir. Həmin dövrdə BBC-nin istehsalı ilə Entoni Trollopun ilk iki Barçester romanlarının ekranlaşdırılmasında iştirak etmişdir. Bunlar “Barçester xronikaları” (1982) və “Möhtərəm Obadiya Slop” əsərləridir.[28][38]
1985-ci ildə Rikman Kral Şekspir Kompaniyasında Hovard Devisin rejissorluğu ilə hazırlanmış Kristofer Hemptonun “Təhlükəli əlaqələr” (fr. Les Liaisons Dangereuses) adaptasiyasında əsas kişi rolu olan Vikomt de Valmont obrazını canlandırmışdır.[39] Kral Şekspir Kompaniyası istesalının 1987-ci ildə Brodveyə köçürülməsindən sonra, Rikman bu roluna görə Toni mükafatına və Drama Desk mükafatına namizəd göstərilmişdir.[40]
Alan Rikman Noel Kauardın romantik-komediya tamaşası olan “Şəxsi həyatlar” pyesinin səhnələşdirilməsində rol almışdır. 2002-ci ildə Londonun Alberi Teatrında tamaşanın göstərişi uğurla başa çatdıqdan sonra, o, Brodveyə transfer olunmuşdur. Toni mükafatına layiq görülmüş bu səhnələşdirmədə Rikman “Təhlükəli oyunlar” tamaşasında bir yerdə çalışdıqları rejissor Hovard Devis və aktyor Lindsi Dunkanla yenidən bir araya gəlmişdir. Onun növbəti səhnə performansı “Antoni və Kleopatra” tamaşasında Antoni obrazı olmuşdur. Kral Milli Teatrının Londonun Oliver Teatrında səhnələşdirdiyi bu tamaşa 20 oktyabr-3 dekabr 1998-ci ildə göstərilmişdir. Viktoriya Vudun BBC-də yayımlanmış “Viktoriya Vud bütün haşiyələrlə birlikdə” adlı xüsusi Milad buraxılışında rola alan Rikman Hanisakl Uilksin obrazı ilə əlaqəsini qırmalı olmuş Vaterlo döyüşünün yaşlı polkovnikini canlandırmışdır.[41]
1995-ci ildə Rikman Londonun Almeida Teatrında “Qış qonağı” pyesinin səhnələşdirilməsində rejissor kimi iştirak etmiş, həmin tamaşa əsasında Rikmanın rejissorluğu ilə çəkilmiş, baş rollarını Emma Tompson və onun həyatda da anası olan Fillida Lavın canlandırdığı film isə 1997-ci ildə çıxarılmışdır.[42] Rikmanın Ketrin Vaynerlə birgə baş rolları bölüşdüyü “Mənim adın Raşel Korridir” tamaşasının açılışı 2005-ci ilin aprelində Royal-Kort Teatrında baş tutmuşdur. Həm də tamaşanın rejissoru olan Rikman Ən Yaxşı Rejissor nominasiyasında Teatra Gələnlərin Seçimi Mükafatına layiq görülmüşdür. Korri ailəsi ilə dostlaşmış Rikman onların etibarını qazanmış və tamaşa 2005-ci ildə Londonda çox yaxşı qəbul edilmişdir. Lakin, növbəti il, tamaşanın Nyu-York premyerası onda “Anti-İsrail agit-prop” görənlərin boykot ehtimalı nəzərə alınaraq təxirə salınmışdır. Rikman bildirmişdi ki, “senzura qorxudan doğur”. Toni Kuşner, Harold Paynter, Vanessa Redqreyv və başqaları tamaşanın təxirə salınmasına etiraz etmişdilər. Növbəti ilə tamaşa başqa bir teatrda səhnələşdirilmiş və bu günə kimi dünyanın müxtəlif teatrlarında səhnələşdirilməkdədir.[43]
2009-cu ildə Rikman Dublin Universitet Kollecinin Ədəbiyyat və Tarix Cəmiyyətinin Ceyms Coy Mükafatına layiq görülmüşdür.[38] 2010-cu ilin oktyabr-noyabr aylarında Rikman Dublinin Abbey Teatrında Lindsi Dunkan və Diona Şou ilə birlikdə Henrik İbsenin “Con Qabriel Brukman” tamaşasında Con obrazını canlandırmışdır.[44] "Irish Independent” qəzeti Rikmanın performansını “nəfəskəsən” adlandırmışdı.[45]
21 noyabr 2011-ci ildə Brodveyin Con Qolden Teatrında Tereza Rebekin eyniadlı pyesi əsasında Alan Rikmanın əsas rolu canlandırdığı “Seminar” tamaşası təqdim edilmişdir.[46] Tamaşanı 1 apreldə tərk etmiş Rikman Sevilən Aktyor nominasiyasında “Broadway.com”-un İzləyicilərin Seçimi Mükafatına layiq görülmüş[47], həmçinin, Dram Liqası Mükafatına namizəd göstərilmişdir.[48]
Kino
redaktəRikmanın fəaliyyəti çoxşaxəli olmuşdur. O, “Eşq və Yaşam” (1995) filmində Kolonel Brendon, "Həqiqətən, dəlicəsinə, dərindən" (1991) filmində Ceymi kimi romantik qəhrəman rollarını, "Məğlubedilməz" (1988) filmində alman terrorist Hans Qruber obrazını, "Robin Hud: Oğrular Şahzadəsi" (1991) filmində Nottingem Şerifi kimi müxtəlif böyük büdcəli Hollivud filmlərində mənfi qəhrəmanları canlandırmış, 1996-cı ildə çəkilmiş “Rasputin” filmində canlandırdığı Rasputin obrazına görə Qızıl Qlobus və Emmi mükafatlarını qazanmışdır.[49]
Rikmanın “Məğlubedilməz” filmində canlandırdığı Hans Qruber obrazı “AFİ-nin 100 il...100 Qəhrəman və Xəbis” siyahısında film tarixinin 46-cı ən yaxşı xəbisi kimi qeyd edilmiş, lakin, o, bir daha bu cür rol oynamayacağını bəyan edərək “Məğlubedilməz” kimi filmlərdə çəkilmək istəmədiyini açıqlamışdır.[50] “Robin Hud: Oğrular şahzadəsi” filmində canlandırdığı Nottingem Şerifi obrazı isə onun filmlərdə mənfi qəhrəman canlandıran ən yaxşı aktyorlardan biri olduğunu sübut etmişdir.[51][52]
Rikman həmişə qəddar adamlar olmaqdan çəkinilməli olunduğunu desə də, yaratdığı “sevilməyən obrazlar”la yadda qalmışdır.[53] Onun Harri Potter filmlər seriyasında (2001-2011) yaratdığı qaranlıq Severus Sneyp obrazının motivasiyası erkən filmlərdə bəlli deyildi.[54] Yaradıcılığı boyunca Rikman “Qalaktika axtarışında” (1999) filmində Ser Aleksandr Deyn/Dr. Lazarus, “Doqma” (1999) filmində Tanrının səsi olan mələk Metatron, Milad mövzulu Britaniya komediya filmi olan “Həqiqətən sevgi” filmində (2003) Emma Tomsonun axmaq əri Harri, “Avtostopla qalaktikada” filmində (2005) Paronoik android Mervin, “Nobelin oğlu” filmində (2007) Nobel mükafatı qazanmış eqoist ata kimi komedik obrazlar da yaratmışdır.[41]
HBO-nun “Tanrının yaratdığı” (2004) filmində canlandırdığı Dr. Alfred Blalok obrazına görə Rikman Emmi mükafatına namizəd göstərilmişdir. Rikman, Siqurni Uiver və Kerri-Enn Mossla birlikdə Berlin Beynəlxalq Film Festivalında debüt etmiş “Qar Piroqu” (2006) filmi və Tom Tikverin rejissorluğu ilə çəkilmiş “Parfümer” filmi kimi müstəqil filmlərdə də rol almışdır. Rikman, Harri Potter filmlərində də rol almış Helena Bonem Karter və Timoti Spalla birlikdə Tim Börtonun tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış “Svini Todd:Flit-stritdən olan şeytan bərbər” filmində qəddar Hakim Turpin obrazını canlandırmışdır. Bundan sonra isə Börtonun “Alisiya möcüzələr ölkəsində” filmində Soxulcan Absolem obrazını səsləndirmişdir.[41][55]
2011-ci ildə Rikman Harri Potter filmlər seriyasından olan “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmində yenidən Severus Sneyp rolunu canlandırmışdır. Bu seriyadan olan bütün filmlərdə onun yaratdığı obraz tənqidçilər tərəfindən müsbət qəbul edilmişdir.[56] “Los Angeles Times”dan Kennet Turan qeyd edir ki, “həmişəki kimi Rikman ən uzunmüddətli təəssüratı yaradır”.[57] “Rolling Stone” jurnalından Piter Travers isə Rikmanı “sərt simanın arxasında qayğıkeş ürəyi gizlədən...Sneypin maskasını yaxşı daşımış” aktyor adlandırır.[58]
Mətbuatda Rikmanın Sneyp rolunu canlandırmasının Ən Yaxşı İkinci dərəcəli rola görə Oskar mükafatına layiq olması qeyd edilmişdir.[59] Bu roluna görə ən yaxşı ikinci dərəcəli rol aktyoru kimi o, 2011 Qadın Film Jurnalistləri Assosasiyasının mükafatına, 2011 Saturn mükafatına, 2011 Skrim mükafatına, 2011 Sent Luis Geytvey Film Tənqidçiləri Assosasiyasının mükafatına namizəd göstərilmişdir.[60]
2012-ci ildə Rikman Kolin Fört və Kameron Diazla birlikdə Maykl Hoffmanın “Qambit” filminə çəkilmişdir. Film 1966-cı ilə aid eyni adlı filmin remeyki idi.[61] 2013-cü ildə Harri Potter filmlərində bir yerdə işlədikləri Rupert Qrintlə birlikdə Rikman, “CBGB” filmində İst-Vilic pank-rok qrupu CBGB-nin banisi Hilli Kristalı canlandırmışdır.[62]
Filmoqrafiyası
redaktəFilmlərin xronoloji ardıcıllıqla siyahısı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Mükafat və nominasiyaları
redaktəMediada
redaktə1995-ci ildə “Empire” jurnalının “Film tarixinin 100 ən seksual ulduzu” siyahısında Rikman 34-cü yerdə qərarlaşdırılmışdır. 1997-ci ilin oktyabrında həmin jurnalın “Bütün zamanların Top 100 film ulduzu” siyahısında isə Rikman 59-cu yerdə qərarlaşdırılmışdır. 2009-2010-cu illərdə Rikman yenidən iki dəfə “Empire” jurnalının 100 Ən Seksual Ulduz siyahısına salınmış, hər dəfə seçilmiş 50 aktyor arasında 8-ci yerdə qərarlaşdırılmışdır. 1993-cü ildə Rikman Kral Dram Sənəti Akademiyası (RADA) Şurasına seçilmişdir; o, RADA-nın sədr müavini, Bədii Məşvərət və Təhsil komitələrinin, həmçinin İnkişaf Kollegiyasının üzvü olmuşdur.[65]
“Empire” jurnalının keçirdiyi “50 yaşından yuxarı yaşayan Ən böyük film ulduzları” sorğusu nəticəsində Alan Rikman 19-cu yerə layiq görülmüşdür. Rikman iki dəfə Ən Yaxşı Aktyor (tamaşada) kimi Brodveyin Toni mükafatına namizəd göstərilmişdir: 1987-ci ildə “Təhlükəli əlaqələr” və 2002-ci ildə Noel Kauardın “Şəxsi həyatlar” tamaşalarında canlandırdığı obrazlara görə. “The Guardian” qəzetinin heç vaxt Oskar mükafatına namizəd olmamış ən yaxşı aktyorlar siyahısında Alan Rikman “fəxri qeyd” kimi xüsusi vurğulanmışdır.[66]
Linqvist və səs mühəndisi olan iki müstəqil tədqiqatçı 50 səs nemunəsi əsasına Rikman və Ceremi Ayronun “mükəmməl kişi səsi”nə malik olduqlarını açıqlamışlar.[67]
Adam Leonard tərəfindən bəstələnmiş "Not Alan Rickman" mahnısı da daxil olmaqla aktyor bir neçə musiqi əsərinin mövzusu olmuşdur.[68] Mayk Oldfildin “Tubular Bells II” (1992) albomuna daxil olan “The Bell” musiqisində aktyor "Master of Ceremonies" hissəsini ifa etmişdir.[69] Rikman “When Love Speaks” (2002) albomunda Şekspir sonetlərini səsləndirmiş aktyorlardan biri olmuşdur.[70] Alan Rikman Texas qrupunun 2000-ci ildə MTV telekanalında təqdim edilmiş “In Demand” musiqi videosunda yer almışdır.
İstinadlar
redaktə- ↑ "Alan Rickman, giant of British film and theatre, dies at 69". The Guardian. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
- ↑ "Actor Alan Rickman 'dies aged 69'". BBC News. 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
- ↑ Alan Rickman Biography Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine, biography.com, İstifadə tarixi:14 yanvar 2016
- ↑ 1 2 Alan Rickman (ing.). Royal Academy of Dramatic Art.
- ↑ Alan Rickman // Internet Broadway Database (ing.). 2000.
- ↑ Alan Rickman // Encyclopædia Britannica (ing.).
- ↑ Alan Rickman, giant of British screen and stage, dies at 69.
- ↑ Alan Rickman dies at 69 due to cancer (fr.). 2016.
- ↑ Alan Rickman, giant of British screen and stage, dies at 69.
- ↑ Relative Values: Little did I know my boy would become a Musketeer Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, thesundaytimes.co.uk; accessed 14 yanvar 2016.
- ↑ Bernstein, Adam. "Alan Rickman, actor who brought dynamic menace to 'Die Hard' and 'Harry Potter,' dies at 69". The Washington Post (ingilis). 14 January 2016. ISSN 0190-8286. 14 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
- ↑ Profile Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine, biography.com; accessed 1 fevral 2016.
- ↑ Paton, Maureen. Alan Rickman: the unauthorised biography. London: Virgin. 1996. ISBN 1852276304. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
- ↑ Solway, Diane. "Profile: Alan Rickman". European Travel and Life. August 1991. 6 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016. (#invalid_param_val)
- ↑ White, Hilary A. "Alan Rickman – A working-class hero at the court of Versailles". Independent.ie. 13 April 2015. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ 1 2 3 Mackenzie, Suzie. "Angel with Horns". The Guardian. UK. 3 January 1998. 6 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016. (#invalid_param_val)
- ↑ Alan Rikman — IMDb səhifəsi
- ↑ England & Wales births 1837–2006. General Register Office. England and Wales Civil Registration Indexes. London, England: General Register Office. Print.
- ↑ Maureen Paton. Alan Rickman – The Unauthorised Biography. Virgin Books. 1996. ISBN 0-7535-0754-4.
- ↑ "THE DEVIL IN MR RICKMAN". btinternet.com. 22 April 2001 tarixində arxivləşdirilib.
- ↑ "Interview: Evil Elegance". Alan-rickman.com. 7 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016. (#invalid_param_val)
- ↑ Interview Alan Rickman Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine, abouthp.free.fr; İstifadə tarixi:1 fevral 2016.
- ↑ 1 2 3 4 Shoard, Catherine; Spencer, Liese; Wiegand, Chris; Groves, Nancy; Beaumont-Thomas, Ben. "'We are all so devastated': acting world pays tribute to Alan Rickman". The Guardian. London. 14 January 2016. 17 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ McGlone, Jackie. "A man for all seasons". The Scotsman. Edinburgh. 31 July 2006. 9 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Chiu, Melody. "Alan Rickman and Longtime Love Rima Horton Secretly Wed 3 Years Ago". People. 23 April 2015. 18 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Staff. "Our Beloved Patron Alan Rickman Passed Away Today". Saving Faces. 14 January 2016. 9 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Rickman, Alan. "A message from the President". IPAT. 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ 1 2 Shoard, Catherine. "Alan Rickman, giant of British screen and stage, dies at 69". The Guardian. London. 14 January 2016. 14 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Amer, Matthew. "My place: Tom Burke". Official London Theatre. 26 July 2012. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Friedman, Roger. "Source: Alan Rickman Had Pancreatic Cancer, And Not For Very Long – Came to NY in December". Showbiz411. 15 January 2016. 16 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Staff. "Alan Rickman, Harry Potter and Die Hard actor, dies aged 69". BBC News. 14 January 2016. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
- ↑ Gettell, Oliver. "Harry Potter fans honor Alan Rickman at Platform 9¾". Entertainment Weekly. 14 January 2016. 9 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ 1 2 3 Park, Andrea. "Stars mourn Alan Rickman on social media". CBS News. 14 January 2016. 17 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2015.
- ↑ Lynch, Evanna [Evy_Lynch]. "I'll also never forget how scary it was to accidentally bump into him as Snape ..." (Tweet). 14 January 2016. İstifadə tarixi: 1 fevral 2016.
Lynch, Evanna [Evy_Lynch]. "Am not prepared for a world without Alan Rickman ..." (Tweet). 14 January 2016. İstifadə tarixi: 14 January 2016. - ↑ Shahrestani, Vin. "Kate Winslet tearfully remembers Alan Rickman at awards". The Telegraph. 18 January 2016. 4 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ Westbrook, Caroline. "Colin Firth pays touching tribute to Alan Rickman, saying he was 'in awe' of the actor". Metro.co.uk. 20 January 2016. 9 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ McTiernan, John. "Die Hard Director John McTiernan on Alan Rickman: 'He Had a Gift for Playing Terrifying People'". The Hollywood Reporter. 19 January 2016. 23 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2016.
- ↑ 1 2 Staff. "British actor Alan Rickman dies aged 69". RTÉ.ie. 14 January 2016. 16 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Rich, Frank. "Stage: Carnal abandon in Les Liaisons Dangereuses". The New York Times. 1 May 1987. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Brooks, Katherine. "Alan Rickman Was A Great Film Actor, But He Was A Master Of Theater First". The Huffington Post. 14 January 2016. 18 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ 1 2 3 Alan Rikman — IMDb səhifəsi
- ↑ "Film: Em and Phyllida keep it in the family". The Independent. 15 January 2015. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 February 2016.
- ↑ Bernstein, Adam. "Alan Rickman, actor who brought dynamic menace to Die Hard and Harry Potter, dies at 69". The Washington Post (ingilis). 14 January 2016. ISSN 0190-8286. 14 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
- ↑ "Abbey Theatre – Amharclann na Mainistreach". Abbeytheatre.ie. 16 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016. (#invalid_param_val)
- ↑ Staff. "Stars set stage alight in Ibsen's dark tale". The Irish Independent. 17 October 2010. 3 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Brantley, Ben. "Shredding Egos, One Semicolon at a Time — 'Seminar' by Theresa Rebeck, a review". The New York Times. 20 November 2011. 24 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Brantley, Ben. "Alan Rickman's Broadway.com Audience Choice Award Win Brings Back Memories of a 'Very Good Time' in Seminar". Broadway.com. 15 May 2012. 18 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Brantley, Ben. "2012 Drama League Award Nominations Announced!". Broadwayworld.com. 24 April 2012. 26 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ "Alan Rickman". Television Academy. 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
- ↑ "Alan Rickman: A Life in Pictures Highlights". BAFTA Guru. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ The Screening Room's Top 10 British Villains Arxivləşdirilib 2008-02-24 at the Wayback Machine, CNN.com; İstifadə tarixi:2 fevral 2016.
- ↑ Pop Culture News TOUGH ACTOR TO FOLLOW Arxivləşdirilib 2008-07-09 at the Wayback Machine, ew.com; İstifadə tarixi:2 fevral 2016
- ↑ "Alan Rickman, Obituary". The Sydney Morning Herald. 16 January 2016. 31 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Berman, Craig. "Is Potter's foe, Severus Snape, good or evil?". TODAY. 16 July 2007. 1 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Coveney, Michael. "Alan Rickman obituary". The Guardian. London, UK. 14 January 2016. 4 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
- ↑ Singh, Anita. "Daniel Radcliffe: Alan Rickman deserves Oscar nomination for Severus Snape". The Telegraph. London. 7 July 2011. 15 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Turan, Kenneth. "Movie review: 'Harry Potter and the Deathly Hallows — Part 2'". Los Angeles Times. Tribune Company. 13 July 2011. 12 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Travers, Peter. "Harry Potter and the Deathly Hallows, Part 2". Rolling Stone. Wenner Media. 13 July 2011. 9 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Schwartz, Terri. "'Harry Potter And The Deathly Hallows' For Your Consideration Oscars Ad Launched". MTV. 9 November 2011. 11 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
"Harry Potter: Alan Rickman Destined for Oscar Nomination?". International Business Times. The International Business Times Inc. 15 July 2011. 19 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
Ellwood, Gregory. "Alan Rickman may be 'Harry Potter's' best shot at Oscar". HitFix. 17 July 2011. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016. - ↑ "Alliance of Women Film Journalists Awards 2011". Movie City News. 2018-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ "A Caper by the Coens, With a Fake Monet". The New York Times. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Kit, Borys. The New York Times (redaktor). "Alan Rickman to Play CBGB Founder in Biopic". 12 September 2012. 31 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2016.
- ↑ "The Song Of Lunch – Alan Rickman". BBC. 16 September 2010. 29 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2016.
- ↑ 1 2 Loughrey, Clarisse. "Alan Rickman movies: Late actor has two more films out this year". The Independent. 14 January 2016. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016.
- ↑ Staff. "Alan Rickman, 1946–2016". Royal Academy of Dramatic Art. 14 January 2016. 9 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ Singer, Leigh. "Oscars: the best actors never to have been nominated". The Guardian. London, UK. 19 February 2009. 9 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2016.
- ↑ "Formula 'secret of perfect voice'". BBC News. 30 May 2008. 31 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ "Leonardism (2007)". Themessagetapes.com (Adam Leonard's website). 2011-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ "Tubular Bells II". Tubular.net. 2008-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
- ↑ "Biography of Alan Rickman". Dominic Wills/Talktalk.co.uk. 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
Xarici keçidlər
redaktə- Alan Rikman — IMDb səhifəsi
- Alan Rikman (ing.) Internet Broadway Database saytında
- Alan Rikman Emmidə