Akif Necefov - Wikipedia
Nəcəfov Akif Rzaqulu oğlu (8 oktyabr 1921 – 21 yanvar 1989) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü.
Akif Nəcəfov | |
---|---|
Akif Rzaqulu oğlu Nəcəfov | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis |
Vəfat tarixi | (67 yaşında) |
Milliyyəti | Nəcəfovlar |
Fəaliyyəti | rəssam |
Janr | Rəssamlıq |
Təsir edib | SSRİ Rəssamlar İttifaqının üzvü |
Həyatı
redaktəAkif Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə anadan olmuşdur. Atası Rzaqulu Nəcəfov mətbuat xadimi, publisist olmuşdur, 1937-ci ildə repressiya edilmişdir. Anası Məsumə Fərəcullayevadır. Akif Nəcəfov Əvvəl Tiflisdə, sonra isə Bakıda alman məktəbində təhsil almış, alman dilini mükəmməl öyrənmişdir. Bu səbəbdən, İkinci dünya müharibəsi illərində Sovet ordusunda kəşfiyyatçı kimi xidmət göstərmişdir. Müharibədən sonra iki il sovet hərbi administrasiyasının əməkdaşı kimi Berlində və Almaniyanın bir sıra başqa şəhərlərində xidmət etmişdir. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinə daxil olmuşdur. 1947-ci ildə, hələ birinci kursda olarkən, universitetin həmkarlar ittifaqının sektoruna rəhbərlik etmişdir. Üçüncü kursda olanda Stalin təqaüdünə layiq görülmüşdür. Bu vaxt o, fakültənin partiya bürosunun təşviqat sektoruna rəhbərlik edirdi. Lakin avtoritar sovet rejimi xalq düşməninin oğlunun belə sürətli yüksəlişinə imkan verməmişdir. Vətən qarşısındakı xidmətlərinə, təhsildəki nailiyyətlərinə baxmayaraq, 1949-cu ildə iki nəfər təxribatçının şahidliyi ilə antisovet təbliğatında təqsirli bilinib on il müddətinə həbs olunmuş, sürgün edilmışdir. Sürgündən sonra ona Leninqrada qayıtmağa icazə verilməmiş və o Düşənbədə məskunlaşmalı olmuşdur. 1964-cü ildə Tacikistan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra universitetdə incəsənət tarixi fənnini tədris etmişdir. 1965-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Tacikistanın təsviri sənəti və musiqisi barədə çoxsaylı məqalələrin müəllifidir.
Bir neçə il diabet və ürək xəstəliyindən əziyyət çəkən Akif Nəcəfov 21 yanvar 1989-cu ildə infarktdan vəfat etmişdir.
Ailəsi
redaktəAkif Nəcəfov hələ universitet illərində tanış olduğu tələbə yoldaşı İnna Belenitskaya ilə ailə həyatı qurmuşdur. İnna məşhur şərqşünas alim, tarix elmləri doktoru Aleksandr Markoviç Belenitskinin qızıdır. Akifin üç qızı olmuşdur. Hazırda Sankt-Peterburqda (Rusiya) və Nyu-Yorkda (ABŞ) yaşayırlar.
Əsərləri
redaktə- Наджафов, Акиф Рзакулиевич. Владимир Боборыкин: альбом, М.: Советский художник, 1977.
- В. Мешресис, А. Наджафов. Живопись Таджикистана — "Коммунист Таджикистана", 1957, 2 января.
- А. Наджафов (А. Рзаев). Советский Таджикистан. — "Комсомолец Таджикистана", 1963, 27 февраля.
- А. Наджафов. Творить — значит искать. — "Коммунист Таджикистана", 1963, 25 апреля.
- А. Наджафов. Тридцать лет спустя. — "Творчество", 1964, № 7.
- А. Наджафов. Человек с этюдником. "Коммунист Таджикистана", 1965, 22 июня.
- А. Наджафов. Этюды с Памира. Коммунист Таджикистана", 1965, 24 сентября.
- А. Наджафов. Человек с этюдником. — В сб. "Крыша мира", Душанбе, 1965.
- А. Наджафов. Поступь большого искусства (Заметки с выставки). — "Комсомолец Таджикистана", 1967, 28 сентября.
- А. Наджафов. Идет человек… — "Огонек", 1967, № 14.
Mükafatları
redaktə- "Qırmızı ulduz" ("Красная звезда") ordeni;
Medalları
redaktə- "За отвагу";
- "За взятие Кенигсберга";
- "За победу над Германией в Великой Отечественной войне 1941–1945 гг."
Nişanları
redaktə- "Гвардия";
- "Отличный разведчик";
Mənbə
redaktə- Наджафов, Акиф Рзакулиевич. "Владимир Боборыкин: альбом" / А. Р. Наджафов. — М.: Советский художник, 1977, 111 с.