Abdullah Qardaslari - Wikipedia
Abdullah qardaşları və ya Abdullah Freres (türk. Abdullah Biraderler) — Osmanlı imperiyasında fotoqraf sənətinin qurucuları kimi tanınan və hər üçü də erməni əsilli olan Viçen (1820-1902), Hovsep Abdullahyan (1830-1908) və Kevork (1839-1918) qardaşlarının adıdır.
İstanbulda Tünel səmti yaxınlarında 1858-ci ildə fotoqraf mağazası açırlar. Əbdüləziz və II Əbdülhəmid tərəfindən rəssam-i həzrəti şəhriyari (sultanın rəssamı) ünvanı ilə mükafatlandırılıblar. 1880-ci ildən əvvəl müsəlman olan Viçen,[1] 1899-cu ildə Abdullah Şükrü adını alıb. O, Qüds valisi Rəşad Paşanın qızı Həvva Nəmizə ilə evlənib və 3 övladı olub. Məzarı Maçka Şeyxlər qəbiristanlığındadır.
Tarixi
redaktəBir kimyacının İstanbulda Tünel səmtində açdığı fotoqraf studiyasında assistent işləyərək fotoqrafiya sənətinin incəliklərini öyrənən Kevork Abdullah 1858-ci ildə studiyanı alaraq qardaşı Viçen ilə burada işləməyə başlayır. Qardaşlar bu sahə ilə bağlı biliklərini artırmaq üçün iki dəfə Parisə gedirlər. Onlar əvvəlcə Əbdüləzizin, sonra isə II Əbdülhəmidin sarayının fotoqrafçıları kimi təyin edildilər. 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsində ruslarla əlaqə saxladıqlarını iddia edən jurnalın məlumatından sonra tutduqları bu vəzifələrindən uzaqlaşdırıldılar, lakin tezliklə ittihamlar geri götürüldü və öz foto studiyalarında sultanın imzasını asmaq icazəsi onlara verildi. Misir Xedivinin çağırışı əsasında onlar doqquz il Qahirədə yaşayırlar. İstanbula qayıtdıqdan sonra işləri pozulan qardaşlar saray fotoqraflığını itirdikdən sonra studiyalarını satırlar. Viçen Abdullah 1902-ci ildə, Kevork Abdullah 1918-ci ildə vəfat edir.
Abdullah qardaşları 40 il ərzində İstanbulun müxtəlif insanlarını, mənzərələrini əks etdirən fotoşəkillər çəkmiş, müxtəlif siyasi və ictimai hadisələri, tarixi və mədəni dəyərləri və quruluşları əks etdirən albomlar hazırlamışlar. Onlar dövlət xadimlərinin və dövrün Britaniya kralı, Almaniya və Avstriya-Macarıstan imperatorları kimi bir çox tanınmış şəxslərin fotoşəkillərini çəkiblər.[2]
Türkiyənin ilk fotoqrafiya müəssisələrindən olan Abdullah qardaşları tərəfindən çəkilmiş Yaxın Şərq mənzərələri 1999-cu ildə İstanbul Türk və İslam Sənətləri Muzeyində sərgilənib.[3]
Qalereya
redaktə-
I Əbdülməcid (1858-1861)
-
Əbdüləziz (1863)
-
II Əbdülhəmid Ulduz Həmidiyyə məscidində Cümə salamında
-
II Əbdülhəmid Ulduz Həmidiyyə məscidində Cümə salamında
-
II Əbdülhəmid Ulduz Həmidiyyə məscidində Cümə salamında
-
II Əbdülhəmid cümə salamında
-
II Əbdülhəmid cümə salamında
-
Ayasofya zəngi (1890-cı iı)
-
Ayasofya (1910-1915)
-
Məktəb-i Aşirət-i Humayun
-
Gürcü kişi fotosu (1870)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10. (#first_missing_last)
- ↑ Osmanlı Bankası Arşiv Araştırma Merkezi Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Oryantalizmden Osmanlı Fotoğraf Sanatına… (25 Haziran 2012'de erişildi)
- ↑ Hürriyet Gazetesi Murat Bardakçı: Abdullah Biraderler 700. yıl için dönüyor, (25 Haziran 2012'de erişildi)
Xarici keçidlər
redaktə- Mark Twain (Samuel Clemens) Signed Photo by Abdullah Frères, Constantinople 1867 Şapel Əlyazması Fondu