Ulduz Hemidiyye Mescidi - Wikipedia
Ulduz Həmidiyyə məscidi — İstanbulda Ulduz sarayının girişində yerləşən XIX əsrə aid məscid.
Ulduz Həmidiyyə məscidi | |
---|---|
41°02′57″ şm. e. 29°00′35″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Beşiktaş |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Nikolaidis Jelpuylo |
Tikilmə tarixi | 1881 — 1885 |
Üslubu | Osmanlı memarlığı |
Minarələri | 1 |
Material | qranit, mərmər |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBanisi Sultan II Əbdülhəmid səbəbi ilə Həmidiyyə məscidi olaraq adlansa da, daha çox Ulduz məscidi olaraq tanınır. Sultan Əbdülhəmid 1876-cı ildə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüşdür. Taxtdan endirilən böyük qardaşı Sultan Muradın yenidən taxta çıxarılmasından qorxan Sultan Əbdülhəmid cümə salamlığında saraydan uzaqlaşmamaq üçün Ulduz sarayının girişindəki yüksəkliyə yeni bir məscid tikilməsini istədi. 1881-1885-ci illərdə inşa edilən məscidin inşaat prosesindən baş mabeynçi Osman bəy məsul idi. Bir çox mənbədə məscidin memarı olaraq erməni arxitekt Sarkis Balyan göstərilsə də, bu düz deyil. Dolmabağça sarayı arxivlərindəki sənədlərə görə, məscidin memarı Nikolaidis Jelpuylo adlı yunan əsilli memar idi. Osmanlı mənbələrində Nikolaki kalfa adıyla qeyd olunan Nikolaidis, vəzifəni aldıqdan sonra hazırladığı plan və rəsmlərlə birlikdə məscidin maketini quraraq Sultan Əbdülhəmidə təqdim etdi. Sultanın təsdiqindən sonra 20 dekabr 1881-ci ildə baş tutan mərasimlə məscidin təməli atıldı. Plana görə, məscidin minbəri Bursa Ulu məscidin minbərində olduğu kimi taxtadan olmalı idi. Bu məqsədlə Bursaya fotoqraf göndərildi və məscidin şəkilləri çəkildi. Ancaq sultanın bu əmri bilinməyən səbəblə yerinə yetirilmədi və məscidin minbəri mərmərdən inşa olundu. Sultan Əbdülhəmidin dülgərliklə məşğul olduğu və müxtəlif əşyalar hazırladığı bilinir. Hətta Ulduz məscidində padşahın oturduğu mahfilin sidr ağacından hazırlanan qəfəsləri şəxsən Sultan Əbdülhəmid tərəfindən hazırlanmışdır. Bütün məsrəfləri ümumilikdə 16 890 lirə olmuşdur.
1885-ci ilin sentyabrında açılışı olan məscid Sultan Əbdülhəmid səltənətinin sonuna qədər olduqca göstərişli cümə salamlıqlarına şahid olmuşdur. Erməni dəstələrinin 21 iyul 1905-ci ildəki cümə salamlığında Sultan Əbdülhəmidə qarşı tərtiblədiyi bombalı sui-qəsd məscidin tarixində önəmli rol oynamışdır. Baş verən partlayışda 26 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdır. Məsciddən çıxdıqdan sonra şeyxülislam Mehmed Cəmaləddin Əfəndi ilə ayaqüstü söhbətinin biraz uzun çəkməsi nəticəsində Sultan Əbdülhəmid sui-qəsddən xilas olmuşdu.
Ulduz məscidi meydanının şimal-qərb cəbhəsində 1890-cı ildə inşa edilən saat qülləsi məscidlə birlikdə struktur əmələ gətirir. Ulduz məscidi kimi şərq və neo-qotika üslublarında inşa edilən qüllə 3 mərtəbədən ibarətdir.
Mənbə
redaktə- BA, Y. A. Hus. Dosya nr. 182, Evrak nr. 93;
- BA, Y.PRK. BŞK. Dosya nr. 6, Gömlek nr. 83;
- Dolmabahçe Sarayı Arşivi, Evrak nr. II/989;
- Mehmet Özçay, İstanbul Hamidiye Camii Yazı ve Levhaları (mezuniyet tezi, 1985), Atatürk Üniversitesi İlâhiyat Fakültesi;
- Pars Tuğlacı, Osmanlı Mimarlığında Balyan Ailesi’nin Rolü, İstanbul 1993, s. 268-273;
- Turgut Saner, “19. Yüzyıl Osmanlı Eklektisizminde Elhamra’nın Payı”, Osman Hamdi Bey ve Dönemi, Sempozyum 17-18 Aralık 1992 (haz. Zeynep Rona), İstanbul 1993, s. 134-145;
- Semra Germaner, “XIX. Yüzyıl Osmanlı Mimarlığında Oryantalist Eğilimler”, 9. Milletlerarası Türk Sanatları Kongresi, Ankara 1995, II, 147;
- Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 2004, s. 549-550;
- Doğan Kuban, Osmanlı Mimarisi, İstanbul 2007, s. 640-641;
- Selman Can, “XIX. Yüzyıl Mimarları ve Ermeniler”, TDA, sy. 167 (2007), s. 39-49;
- Selçuk Batur, “Yıldız Camii”, DBİst.A, VII, 514-515;
- Afife Batur, “Yıldız Sarayı Saat Kulesi”, a.e., VII, 527.