Abak - Wikipedia
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə.
Tarixi
redaktəLövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır. Yaponlar isə abaka soraban deyirlər. Onlarda hər mil 6 aşıqdan ibarətdir. Mildəki aşıqlar bir-birindən sədlə iki yerə ayrılır. Bu isə onu göstərir ki,Çində və Yaponiyada istifadə olunan abaklar 5-lik say sistemi əsasında yaradılmışdır. Abakdan hesablama aləti kimi hindlilər, ərəblər, romalılar və onlara tabe olan ölkələrdə istifadə olunmuşdur. X əsrdə yaşayan İspaniyada, məşhur Avropa riyaziyyatçısı və fransız rahibi Qerbert (940-1003) abakda hesablama ilə tanış olmuş, bu haqda kitab (980-981) yazmış və onu həm özü, həm də tələbələri vasitəsilə təbliğ etmişdir. Abak Avropaya da Qerbertin və onun tələbələrinin çoxlu əməyi sahəsində yayılmışdır.[1]
İstinadlar
redaktə- ↑ Абак // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 10.