Elvend Mirze - Wikipedia
Bu məqalə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə haqqındadır. Qaraqoyunlu hakimi üçün Əlvənd Mirzə (Qaraqoyunlu) səhifəsinə baxın. |
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı.
Əbül Müzəffər Əlvənd Mirzə | |
---|---|
| |
1498 – 1504/1505 | |
Əvvəlki | Sultan Məhəmməd Ağqoyunlu |
Sonrakı | ləğv olunub |
14 mart 1478 – 1498 | |
Əvvəlki | Zeynalabidin bəy Bayandur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | [1] |
Vəfat yeri | Mardin |
Atası | Yusif bəy Bayandur |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur.[2] Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur.
Hakimiyyəti
redaktəQazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı.
Səfəvilərlə mübarizə
redaktəƏlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı.[3] Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı.[4] 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir.[5][6] Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ F. Sümer, “Akkoyunlular”, s. 273.
- ↑ "İlhan Erdem - OTLUKBELİ SONRASI AK-KOYUNLULAR (1473-1478)" (PDF). 2012-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-06.
- ↑ Həbib əs-Siyər, c. 4, səh. 499-500
- ↑ Həsən bəy Rumlu, "Əhsən ət-Təvarix", səh. 234
- ↑ Minorsky V. La Perse au XV-e siècle entre La Turque et Venise, Paris, 1933, səh. 60-61
- ↑ Эфендиев О. А. Образование азербайджанского государства Сефевидов в начале XVI века. Баку, 1961, səh. 90-91
Xarici keçidlər
redaktəƏlvənd Mirzə Doğum: (ehtimal ki)1464 Vəfat: 1505
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Gödək Əhməd |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı (Yəzddə) 1498-1501 |
Xələfləri (Səfəvilər imperiyası quruldu) Şah İsmayıl |