Serur Doyusu - Wikipedia
Şəril döyüşü — Ağqoyunlu Əlvənd mirzə və Şah İsmayıl Səfəvinin qoşunları arasında həlledici döyüş.[1]
Şərur döyüşü | |||
---|---|---|---|
Tarix | Avqust 1501 | ||
Yeri | Şərur düzənliyi | ||
Nəticəsi | Səfəvilər dövləti qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Arxa plan
redaktə1500-cü ilin sonunda Şirvanda Gülüstan qalasından bir qədər aralı Cabanı adlı yerdə Şirvanşah Fərrux Yasara qalib gələn, 1501-ci ilin yazın da isə, Bakını tutan İsmayıl Səfəvi Gülüstan qalasını hələ də mühasirədə saxlayarkən, Ağqoyunlu Əlvənd Mirzənin böyük bir qoşunla onun üstünə gəldiyindən xəbər tutur. İsmayıl təcili qaydada mühasirəni götürüb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şm.-q.-ə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa başladı.[2]
Döyüş
redaktəİsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Tarixi qaynaqlarda ağqoyunluların ordusunun sayı 10.000–30.000, qızılbaşların isə 7 minlik ordusu var idi. Rocer Savoriyə görə, Ağqoyunlu dövlətinin ordusu say etibarilə Səfəvilərdən 4 dəfə çox olmuşdur.
1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş baş verdi. Döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, ağqoyunlu sərkərdələrinin bir neçəsini şəxsən qılıncdan keçirdi. Öz sərkərdələrinin başlarını qızılbaşların nizələrində görən ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa başladılar. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər. Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Azərbaycan Səfəvilər dövlətinin əsasını qoydu.[3][4]
İstinadlar
redaktə- ↑ Sümer, Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü. Ankara. 1976.
- ↑ ROGER M. SAVORY. "ESMĀʿĪL I ṢAFAWĪ". iranicaonline.org. 2019-07-25 tarixində arxivləşdirilib.
- ↑ Woods, J. E. The Aqquyunlu: Clan, Confederation, Empire. Minneapolis and Chicago. 1976.
- ↑ Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti XVI əsrdə, Bakı, 1993.
Mənbə
redaktə- Ghereghlou, Kioumars. "Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554)". Journal of the American Oriental Society. 137 (4). October–December 2017: 805–832. doi:10.7817/jameroriesoci.137.4.0805. ISSN 0003-0279 – Columbia Academic Commons vasitəsilə.
- Roemer, H. R. (1986). "The Safavid period". In Lockhart, Laurence; Jackson, Peter (eds.). The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods. Cambridge: Cambridge University Press. pp. 189–351. ISBN 0-521-20094-6.
- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded). University of Utah Press. 1999. ISBN 978-0874805659.