Zeynalabidin Bey Bayandur - Wikipedia
Zeynalabidin bəy Bayandur — Ağqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı.
Zeynalabidin bəy Bayandur | |
---|---|
زین العابدین بن احمد بن اغورلو محمد | |
1505 – 1508 | |
Əvvəlki | Əlvənd mirzə |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1508 |
Atası | Gödək Əhməd |
Anası | Ayn-i Şah Sultan |
Həyatı
redaktəGödək Əhmədin oğlu idi.[1] Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi.[2]
Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.
Zeynalabidin bəy yenidən Dulqədiroğlu bəyliyinə geri döndü. Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi. 1508-ci ildə Diyarbəkir ətrafı bölgələr tamamilə Səfəvilərin hakimiyyətinə keçdi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
- ↑ "Arxivlənmiş surət". 2019-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
Xarici keçidlər
redaktəZeynalabidin bəy Bayandur Doğum: ? Vəfat: ?
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Sultan Qasım |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı (Diyarbəkirdə) 1505-1508 |
Xələfləri (Səfəvilər imperiyası) Şah İsmayıl |