Eliverdibeyovlar - Wikipedia
Əliverdibəyovlar - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əliverdibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Əliverdibəyovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Əliverdi bəy Kəbirli |
Mənşəyi | Ağdam, Qarabağ |
Təbəəliyi | Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Pərioğlular, Muxur kəndləri |
Soyun yaranması
redaktəBu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirlidən götürür. Əliverdi bəy Kəbirli mahalının Pərioğlular obasında yaşam sürmüşdü. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul etdilər.
Soyun tanınmış nümayəndələri
redaktə- Əliverdi bəy Hüseyn bəy oğlu — Mehdiqulu xanın Ağdam üzrə darğası.
- Ağalar bəy Əliverdibəyov (1880-1953) — musiqişünas. Nazim Əliverdibəyovun atası.
- Qara bəy Əliverdilər (1879-1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü.
- Nazim Əliverdibəyov (1926-1985) — Azərbaycan bəstəkarı.
- Kazım Əliverdibəyov (1934) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978).
- Kərim Əliverdizadə (1911-1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru.
Qalereya
redaktə-
Ağalar bəy Əliverdibəyov (1880-1953)
-
Qara bəy Əliverdilər (1879-1929)
-
Nazim Əliverdibəyov (1926-1985)
-
Kazım Əliverdibəyov (1934)
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Əli bəy Kəbirlinin törəmələri, "Soy" dərgisi, Bakı. 2010.