Qara Bey Eliverdiler - Wikipedia
Qara_bəy_Əliverdilər - Haqqında Məlumat
Qara bəy Əliverdilər (tam adı: Qara bəy Rəhim bəy oğlu Əliverdilər; 1879, Pərioğlular, Şuşa qəzası – 1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü.[1]
Qara bəy Əliverdilər | |
---|---|
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 1929 |
Həyatı
redaktəRəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi.
Ailəsi
redaktə- Qara bəyin Şövkət xanım adlı qızı vardı.
- Üzeyir bəy Hacıbəylinin dayısıdır.
Vəfatı
redaktəQara bəy 1929-cu ildə vəfat etmişdir.
Həmçinin bax
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti
- İttihad fraksiyası
Xarici keçidlər
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Əliverdibəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2012, № 9, səh.30–39
İstinadlar
redaktə- ↑ "İnqilabdan əvvəlki Ağdam". 15 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015, 22 aprel..