Eli Aga Cavansir - Wikipedia
Əli ağa Kərim ağa oğlu Cavanşir (1858 -?) — şair.
Əli ağa Cavanşir | |
---|---|
Əli ağa Kərim ağa oğlu Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | şair |
Həyatı
redaktəƏli ağa Cavanşir 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Şair idi. Mir Möhsün Nəvvabın təzkirəsində şeirlərindən nümunə var.
Yaradıcılığı
redaktəXXX
Sənin ahu kimi çeşmin mənə bir ləhzə ram olmaz,
Təəccübdür, bu günə dərd ilə ömrüm tamam olmaz.
Həqiqətdə nə xoşdur kafərin qəlbində rəhm olmasa,
Sənin qəlbində bəs rəhm eyləmək necə, həram olmaz?
Hüzurunda pərişan söylərəm, məzur tut, cana,
Cünunu-eşq əqlində yəqindir ki, nizam olmaz.
Səni dilbər nəvaziş eyləyə, əlbəttə, qədrin bil
Qənimətdir, könül, məhvəşlərin lütfü madam olmaz.
Mənə məşuqəsiz xüldi-bərin bağlı cəhənnəmdir,
Hüzuri-yardən qeyri, həqiqət, xoş məqam olmaz.
Nə lazımdır mənə sazü nəvazü tarü həm bərbüt,
Fəraqinla xarab olmuş könül heç şadkam olmaz.
Əgər kərrat ilə məzul qılsan xaki-kuyindən,
Əli bir yanə getməz, çün onunçün nəngü nam olmaz.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Cavanşir eli:Sarıcalılar, Bakı, "Mütərcim", 2015, 352 səh.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |