Ehed Ceferli - Wikipedia
Əhəd Məmməd oğlu Cəfərov (5 dekabr 1956, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı, Naxçıvan Ali Məclisinin deputatı (1990–1995).
Əhəd Cəfərli | |
---|---|
Vəzifədədir | |
7 noyabr 2005-ci ildən | |
Seçki dairəsi | 2005, 2010, 2015, 2020 – 43 saylı Yuxarı Əylis |
Əvvəlki | Telman Hüseynov |
17 noyabr 1990 – 12 noyabr 1995 | |
Seçki dairəsi | 88 nömrəli Dırnıs |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəƏhəd Cəfərli 5 dekabr 1956-cı ildə Ordubad rayonunun Dırnıs kəndində doğulmuşdur. Dırnıs kəndində 8 il təhsil aldıqdan sonra təhsilini Bakı şəhəri 5 nömrəli Kimya-biologiya Təmayüllü orta məktəbdə tamamlamışdır. 1974-cü ildə orta təhsilini başa vuraraq Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1980-ci ildə ali təhsilini başa vurmuşdur.[1][2]
Əhəd Cəfərli 1980–1981-ci illərdə Nəriman Nərimanov adına Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-interna, 1981–1982-ci illərdə Ordubad rayon Vənənd kənd Sahə Xəstəxanasında həkim-terapevt, 1982–2009-cu illərdə Ordubad rayon Dırnıs kənd Həkim Ambulatoriyasında həkim işləmişdir. 1983-cü ildə həmin ambulatoriyanın baş həkimi təyin olunmuşdur. Daha sonra, 2009-cu ildən həmin ambulatoriyanın baş həkimi vəzifəsində çalışır.[1][2]
Siyasi fəaliyyəti
redaktəƏhəd Cəfərli 1990-cı ildə keçirilən Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə 88 sayl Dırnıs seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir.[2]
Əhəd Cəfərli 6 noyabr 2005-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 2022 səs (68,9%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Aqrar siyasətlər, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə Komissiyanın üzvü seçilmişdir.
Əhəd Cəfərli 2010-cu ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 43 saylı Yuxarı Əylis seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir.[3]
Əhəd Cəfərli 2015-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 43 saylı Yuxarı Əylis seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin V çağırışının 17 noyabr 2015-ci il tarixli ilk iclasında Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri Komitəsinin üzvü seçilmişdir.[4]
O, 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə seçicilərin 2295-nin və ya 65,8 faizinin səsini toplayaraq deputat seçilmişdir.[5] Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot qərarına baxmayaraq, partiya üzvlərindən sadəcə 1-i deputatlığa namizədliyini irəli sürmüşdür.[6] Bu şəxs isə Əhəd Cəfərli olmuşdur. Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvü seçilmişdir.[7]
Partiya fəaliyyəti
redaktəƏhəd Cəfərli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvüdür.[1]
Naxçıvan Ali Məclisinin deputatı Əhəd Cəfərli 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü elan olunsa da, Klassik Xalq Cəbhəsi Partiyası Əhəd Cəfərlinin öz partiyalarının üzvü olduğunu elan etmişdir.[3] Buna baxmayaraq, Əhəd Cəfərli 2024-cü ildə Ali Məclisin rəsmi veb-saytında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olaraq qeyd olunmuşdur.[1]
Təltifləri
redaktəƏhəd Cəfərli "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1] O, həmçinin, Naxçıvan MSSR Həmkarlar Şurasının Fəxri fərmanı ilə təltif olunmuşdur.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Əhəd Məmməd oğlu CƏFƏRLİ". alimajlis.gov.az. 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ 1 2 3 4 Cəfərov Əhəd Məhəmməd oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 485.
- ↑ 1 2 AzadlıqRadiosu. "Naxçıvan parlamentinin tərkibi müəyyənləşib". Azadlıq Radiosu (az.). 2010-11-22. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ "V çağırış Ali Məclisin birinci sessiyası". 17.11.2015. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2020.
- ↑ Naxçıvan MR MSK. "Naxçıvan Ali Məclisinin deputatları". 22.02.2020. 01.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.
- ↑ "Naxçıvandakı seçkidən nə xəbər? - Novator.az" (az.). 2020-02-13. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
- ↑ "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 22.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.